ARİFƏ PƏNAH QIZI ADIGÖZƏLOVA

ARİFƏ PƏNAH QIZI ADIGÖZƏLOVA

ARİFƏ PƏNAH QIZI ADIGÖZƏLOVA

tarix üzrə fəlsəfə doktoru, dosent

Tel.: +994 12 5390837

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

  • 1969-сu il 29 oktyabrda Bakı şəhərində anadan olmuşdur.
  • 1986-cı ildə Şəmkir şəhəri 4 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

  • 1991-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
  • 1995-ci ildə “Fevral inqilabından sonra Müvəqqəti hökumətin Azərbaycanda yerli hakimiyyət orqanları və şəhər özünüidarələrinin təşkili və fəaliyyəti” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və tarix elmləri namizədi elmi dərəcəsini almışdır.
  • 2012-2016-ci illərdə elmlər doktoru proqramı üzrə əyani doktoranturada təhsil almışdır.
  • 30 dan çox elmi əsərin və 1 monoqrafiyanın müəllifidir.

ƏMƏK FƏALİYYƏTİ

  • 1995-ci ildə Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasında laborant vəzifəsində çalışır.
  • 1996-cı ildən Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasında müəllim vəzifəsində çalışır.
  • 2017-ci ildən dosent əvəzi vəzifəsində çalışır.
  • Tarix, Beynəlxalq münasibətlər və Beynəlxalq iqtisadiyyat fakültələrində mühazirə və seminar məşğələləri aparır.

TƏDQİQAT SAHƏSİ

  • “Azərbaycan Xalq Cümhuriyyətinin idarəçilik sistemi” mövzusunda doktorluq dissertasiyası üzrə tədqiqat aparır.
  • Elmi araşdırmaları 1917-1918-ci illərdə  Şimali Azərbaycanda ictimai-siyasi vəziyyət, idarəçilik sistemi və Azərbaycan Xalq Cümhuriyyətində dövlət quruculuğu məsələləri ilə bağlıdır.  Tədqiqat işində XX əsrin əvvəllərində ictimai özünüidarə orqanları mövzusu da xüsusi yer tutur.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • 2013-cü ilin 24 mayında Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyinə həsr olunmuş Respublika elmi konfransında “Azərbaycan Xalq Cümhuriyyətinin dövlət idarəçilik sistemi” mövzusunda məruzə ilə çıxış etmişdir.
  • 2017-ci ilin 24 mayında Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rusiyada Fevral inqilabının 100 illiyi və Qafqaz və Ümumrusiya müsəlmanları qurultaylarının 100 illiyi ilə bağlı təşkil etdiyi elmi konfransda “Fevral inqilabından sonra Azərbaycan siyasi sistemində Müsəlman milli komitələrinin yeri” adlı məruzə ilə çıxış etmişdir.
  • 2017-ci ilin 28 sentyabrında “İçərişəhər” Dövlət tarix-memarlıq Qoruğu İdarəsinin və Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə “Cümhuriyyətə gedən yol” mövzusunda elmi-praktik konfransda “Fevral inqilabı və Azərbaycanda hakimiyyət məsələsi” adlı məruzə ilə çıxış etmişdir.
  • 2018-ci il 21-23 mayında Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransda “Nəsib bəy Yusifbəyli görkəmli dövlət xadimi kimi” mövzusunda məruzə etmişdir.

ELMİ ƏSƏRLƏRI

  • I Dünya müharibəsinin və Rusiya inqilablarının Azərbaycanda milli hakimiyyət ideologiyasının formalaşmasna təsiri.// Tarix və onun problemləri. Bakı, 2011. №2. Səh.50-60
  • .1918-1920-ci illərdə Qarabağın idarəçiliyinə dair.// Tarix və onun problemləri.Bakı, 2012. №4. Səh.83-90
  • Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu.// Tarix və onun problemləri.Bakı, 2013, №2. Səh.294-302
  • Azərbaycan Xalq Cümhuriyyəti dövründə şəhər özünüidarə orqanları.// Tarix və onun problemləri.Bakı, 2013, №4. Səh.79-86
  • Azərbaycan Xalq Cümhuriyyətinin dövlət idarəçilik sistemi.// Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyinə həsr olunmuş Respublika elmi konfransının materialları. Bakı,2014. Səh.79-87.
  • Роль Первой мировой войны в формировании идеологии национальной власти в Азербайджане. // Право и политология. Международный научный журнал. №27.Chisinau-2014. Стр.63-68
  • Azərbaycan Xalq Cümhuriyyətinin dövlət idarəetmə aparatı – ali, mərkəzi və yerli hakimiyyət orqanları. //Bakı Universitetinin Xəbərləri (humanitar elmlər seriyası). Bakı,2014. №4.Səh.62-69
  • О системе управления Азербайджанской Демократической Республики. //Кавказ и мир. Международный научный журнал. №17.Тбилиси-2014. Стр.94-101.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Daxili İşlər Nazirliyinin strukturu və fəaliyyəti. //Tarix və onun problemləri.№1.Bakı-2015. Səh.116-125.
  • Azərbaycan Xalq Cümhuriyyətinin dövlət mexanizminin xüsusiyyətləri.// Dövlət idarəçiliyi. Bakı, 2016. №2. Səh.157- 162.
  • Fevral İnqilabından sonra Şimali Azərbaycanda idarəçilik sistemi. Bakı, 2017. (monoqrafiya)
  • Fevral inqilabı və Azərbaycanda hakimiyyət məsələsi.// “İçərişəhər” Dövlət tarix-memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konfransın materialları. Bakı, 2018. Səh.88-98.
  • 1918-1920-ci illərdə erməni təcavüzünə qarşı Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin tədbirləri.// Bakı Universitetinin Xəbərləri (humanitar elmlər seriyası). Bakı,2018. №2. Səh.147-157.
  • Azərbaycan Cümhuriyyətinin Parlamenti: təşkili və səlahiyyətləri.// Tarix və onun problemləri. Bakı, 2018. №4. Səh.104-110.                                                                                                                                                                                  
  • Nəsib bəy Yusifbəyli görkəmli dövlət xadimi kimi.// Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransın materialları. Bakı, 21-23 may 2018. s.445-450.
  • 1918-1920-ci illərdə erməni təcavüzünə qarşı Azərbaycan Сümhuriyyəti hökumətinin tədbirləri (t.e.d. Rüstəmova Cəmilə Yaşar qızı t.ü.f.d. Arifə Adığözəlova)// Zəfər epopeyası, Bakı, 2021. s.80-102
  • Azərbaycan Xalq Cümhuriyyətinin milli təhlükəsizliyi və xüsusi xidmət orqanlari.//Baki universitetinin xəbərləri. ( Humanitar elmlər seriyası). Bakı, 2020, No1.s.65-73.
  • Azərbaycan Xalq Cümhuriyyətinin idarəçilik sistemi. // Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci ildönümünə həsr olunmuş “Müstəqil Azərbaycan Respublikası AXC-nin siyasi varisidir” (Bakı, 30 may 2020-ci il) Respublika elmi konfransının materialları, Bakı: BDU-nun nəşriyyatı, 2020, s. 45-49
  • Azərbaycan Xalq Cümhuriyyətinin idarəçilik sisteminin qısa xülasəsi. // Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünə həsr edilmiş elmi konfransın materialları. 31 may 2020-ci il. Bakı, 2020.s.52-55
  • Azərbaycan Xalq Cümhuriyyətinin məhkəmə sistemi //Azərbaycan Xalq
    Cümhuriyyətinin yaranmasının 103-cü ildönümünə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti tarixi tədqiqatlarda” mövzusunda Respublika elmi konfransının (26-27 may 2021) materialları. Bakı, 2021.s.7-12
    Böyük Britaniya hərbi komandanlığının Azərbaycan Xalq Cümhuriyyətinin dövlət həyatına müdaxiləsi// Bakı Dövlət Universiteti // “Müstəqilliyin 30 illiyi: Tarixşünaslıq və mənbəşünaslıq elminin uğurları və perspektivləri” mövzusunda Respublika elmi konfransının (17-19 noyabr 2021-ci il) materialları,Bakı,2022.s.98-99
    Azərbаycаn Xаlq Cümhuriyyəti dövründə sepаrаtçılıq meylləri // Dünya
    azərbaycanlıları: tarix v müasirlik mövzusunda IV beynəlxalq konfransı. Bakı, 21-22 dekabr, 2021.s.6-12
  • Azərbaycan Cümhuriyyətinə qarşı bolşeviklərin “Müstəqil Sovet Azərbaycanı” şüarı.// Tarix və onun problemləri.No 4, 2021
  • Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Müdafiə Komitəsi. // AXC-nin yaranmasının 104-cü ildönümünə həsr olunmuş Müsəlman Şərqinin ilk Cümhuriyyəti, Milli Dövlət Quruculuğunun elmi-nəzəri Əsasları və əsas istiqamətləri” Respublika elmi konfransının materialları, Bakı, 26-27 may, 2022,s.196-198
  • Azərbаycаn Xаlq Cümhuriyyətinin milli siyasəti. Tarix və onun problemləri.No 4, 2023
  • Azərbаycаn Xаlq Cümhuriyyətinin Parlamenti. // Azərbaycan Xalq
    Cümhuriyyətinin yaranmasının 105-ci ildönümünə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti tarixi tədqiqatlarda” mövzusunda Respublika elmi konfransının (26-27 may 2023) materialları. Bakı, 2023. s.7-12
  • Azərbaycan Xalq Cümhuriyyəti Dövründə Milli Azlıqların Separatçılıq Meyilləri // s. 60-65, Azərbaycanın dövlət müstəqilliyinin bərpası və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi təsis edilməsinin 30 illik yubileylərinə həsr olunmuş Dünya Azərbaycanlıları:Tarix və Müasirlik mövzusunda IV Beynəlxalq elmi konfransın tezisləri 29-30 dekabr. Bakı. 2023
Əlaqə
Bakı Dövlət Universiteti, Yeni Tədris binası, 8-9-cu mərtəbələr, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: +994 12 5391068 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət