Tarix fakültəsinin tələbələri Nəriman Nərimanovun xatirə muzeyini və Səməd Vurğunun ev-muzeyini ziyarət ediblər
5 Mart 2026 12:26

Tarix fakültəsinin III kurs 019 Tİ qrup tələbələri “Muzeyşünaslıq” fənni üzrə dərsi praktik şəkildə həyata keçirmişlər.
Fənn müəllimi Suqra Orucovanın rəhbərliyi ilə tələbələr 04.03.2026-cı il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan Milli Azərbaycan Tarixi Muzeyini, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nəriman Nərimanovun xatirə muzeyini və Səməd Vurğunun ev-muzeyini ziyarət ediblər.
Ekskursiya zamanı tələbələr muzey eksponatları ilə yaxından tanış olmuş, Azərbaycanın tarixi və görkəmli şəxsiyyətləri haqqında ətraflı məlumat əldə ediblər.
Son XƏBƏRLƏR
23.04.2026 | 19:53