İstiqlal klubu və BDU Yeni Klubun təşkilatçılığı ilə “Bahar gəlir elimə” adlı tədbir keçirilib.
14.03.2025 tarixində BDU Tarix fakültəsi nəzdində fəaliyyət göstərən İstiqlal klubu və BDU Yeni Klubun təşkilatçılığı ilə “Bahar gəlir elimə” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edilib. Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad olunub. BDU Tarix fakültəsinin dekanı İbrahim Zeynalov bildirib ki, Novruz qədim Türk bayramıdır və onunla bağlı müxtəlif faktlar var ki, bu gün də öz reallığını qoruyur. Daha sonra səhnəyə BDU Tarix fakültəsi tələbələri-Ayan İsmayılova, Nəzrin Musayeva, Əminə Hacıyeva, Fidan Cəfərli, Ruqiyyə Babayeva, Sabir Xudiyev və Röya Mehdizadə dəvət olunub və onlar “Qarabağ xanlığında Novruz” adlı səhnəcik təqdim ediblər. Növbəti olaraq BDU Tarix fakültəsi tələbələri Cəfərli Fidan rəqs, Fətiyeva Ləman və Sabir Xudiyev isə xalq mahnıları ifa ediblər. Son olaraq isə BDU Tarix fakültəsi tələbələri-Surac İrşadov, Fidan Cəfərli, Ayan İsmayılova tərəfindən hazırlanmış “Bahar qızları və Kosa” adlı səhnəcik təqdim olunub və sonda bütün tədbir iştirakçılarının birlikdə rəqsi ilə tədbirin gedişatında bayram əhval-ruhiyyəsi daha da hiss edilib.