“Tarixi ədaləti bərpa edən lider” adlı tədbir keçirilib.
Bakı Dövlət Universitetinin Tarix fakültəsinin və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının, YAP Yasamal rayonu “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatı və Bakı Dövlət Universitetinin Tarix fakültəsi ilə birgə “Tarixi ədaləti bərpa edən lider” adlı tədbir keçirilib. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, “Z.Xəlilov küç.33” (Bakı Dövlət Universiteti) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Yaqub Mahmudov, BDU-nun Tarix fakültəsinin dekanı İbrahim Zeynalov, Tarix fakültəsinin professor-müəllim heyəti, Tarix fakültəsinin əməkdaşları, fakültənin tələbələri və Partiya fəalları iştirak edib. Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçılarını salamlayaraq tədbiri açıq elan edən YAP Yasamal rayonu “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov qeyd edib ki, Ulu öndər Heydər Əliyevin xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil etməkdədir. Millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində daim təməl prinsip və norma kimi qəbul edən Ümummilli liderimiz bugünkü müstəqil Azərbaycanın memarıdır. Ümummilli lider Heydər Əliyev çoxşaxəli fəaliyyəti ilə sübuta yetirmişdir ki, güclü iqtisadiyyata, müstəqil xarici siyasətə, demokratik imicə, mənəvi-intellektual yüksəlişə malik olmayan xalq güclü dövlət qura bilməz. Bütün bunlar təsdiqləyir ki, Ümummilli lider Heydər Əliyev bütün mənalı həyatı və şərəfli dövlətçilik fəaliyyəti müddətində yalnız Azərbaycanı düşünmüş, onun müasirləşməsinə, qüdrətlənməsinə, çiçəklənməsinə çalışmışdır. Bu gün müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir və həmin ideyalar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxışına davam edən Z.Cəfərov qeyd edib ki, bu gün Azərbaycan Respublikasının əldə etdiyi uğurlu nailiyyətlərin şah əsəri heç şübhəsiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Rəşadətli Azərbaycan Ordusunun doğma Qarabağımızı düşmən tapdağından azad etməsi, 19-20 sentybar 2023-cü ildə Lokal xarakterli antiterror tədbirləri və 2023-cü ilin oktybarın 15-də Xankəndi və digər ərazilərimizdə üç rəngli bayrağımızın dalğalandırılmasıdır. Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bidirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan quruculuq strategiyasının bu sahədə də uğurla reallaşması respublikamızı regionun lider dövlətinə, qlobal miqyaslı nüfuz sahibinə çevirmişdir. Azərbaycanın son iyirmi bir ildə qazandığı misilsiz nailiyyətlər, birmənalı olaraq, möhtərəm Prezident cənab İlham Əliyevin müdrik siyasətinin, qətiyyətli, qüdrətli liderliyinin nəticəsi, bariz nümunəsidir. Prezident cənab İlham Əliyev tarixin ən qüdrətli Azərbaycanın yaradıcısı olmaqla bərabər, həm də onun ən böyük Zəfərinin Müzəffər Ali Baş Komandanıdır. Bu günlərdə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun tam təmin edilməsi isə dövlət başçısı kimi fəaliyyətinin 21-ci ili tamam olan Prezident cənab İlham Əliyevin tarixi missiyasının ən parlaq məqamlarından oldu. Xalqımıza böyük qürur bəxş edən 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər və lokal xarakterli antiterror tədbiri nəticəsində suverenliyimizin tam olaraq bərpa olunması, eləcə də 2023-cü ilin oktyabr ayının 15-də Xankəndi və digər ərazilərilərimizdə üç rəngli dövlət bayrağımızın ucaldılması, Xankəndi şəhərindən Müzəffər Ali Baş Komandanımızın xalqımıza müraciəti möhtərəm Prezidentimiz cənab İlham Əliyevin "Dəmir yumruğ"unun qəti qələbəsinin göstəricisi oldu. Zəfər indi işğaldan azad olunmuş torpaqlarımızda genişmiqyaslı quruculuq, nəhəng dirçəliş və yeniləşmə proseslərilə uğurla davam edir. Bu tarixi mərhələdə də Prezident cənab İlham Əliyevlə birgə Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərdiyi dəstək, həyata keçirdiyi təşəbbüslər də xüsusi önəm daşıyır. Çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Yaqub Mahmudov vurğulayıb ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Başqa sözlə, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Bu gün müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasını təmin edib. Bu gün Azərbaycan Respublikasının əldə etdiyi uğurlu nəaliyyətlərin şah əsəri heç şübhəsiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Rəşadətli Azərbaycan Ordusunun doğma Qarabağımızı düşmən tapdağından azad etməsi və regionda yaranan reallıqlardır. Bundan əlavə 2023-cü ilin 19-20 sentyabr tarixlərindəki lokal xarakterli anti terror tədbirləri və həmin ilin 15 oktyabr tarixində isə Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində, Əsgəran qəsəbəsində üçrəngli bayrağımızın dalğalandırılması tarixi Zəfərlərimizin zirvəsi oldu. Sonda çıxış edən BDU-nun Tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, professor İradə Hüseynova vurğulayıb ki, zamanımızın dühası ulu öndər Heydər Əliyevdən “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” dəyərli qiymətini alan Prezident cənab İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 21 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Ali Baş Komandanın xalqa müraciətindəki mətinlik, qətiyyət onu göstərdi ki, cənab İlham Əliyev güclü ordusuna və arxasında dayanan Azərbaycan xalqına güvənir. Xalq isə hər zaman olduğu kimi, öz liderinə arxalanır və qələbə müjdəsini səbirsizliklə gözləyirdi ki, bu da çox çəkmədi. Müzəffər Ali Baş Komandanın "Dəmir yumruq" əməliyyatını uğurla icra edən Azərbaycan Ordusu cəmi 44 günə düşməni diz çökdürməsi ilə torpaqlarımız işğaldan azad olundu. 2023-cü il sentyabrın 19-20-də müzəffər Ali Baş Komandan İlham Əliyevin məharətli rəhbərliyi ilə Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri xalqımızın milli ruhunun yenilməzliyini bir daha nümayiş etdirdi. Azərbaycan Ordusunun qəhrəmanlığı və fədakarlığı sayəsində erməni silahlı dəstələri tərk-silah edildi, kriminal xunta rejiminin fəaliyyətinə son qoyuldu, dövlətimizin suverenliyi onun bütün ərazisində bərpa edildi. Ən nəhayət 2023-cü ilin oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi və digər ərazilərimizdə üçrəngli dövlət bayrağımızın ucaldılması və Prezident İlham Əliyevin Xankəndi şəhərindən xalqımıza müraciəti ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının təntənəsi olmaqla yüksək qürur və iftixar hissləri ilə qarşılandı. Çıxşlardan sonra BDU-nun Tarix fakültəsinin Türk xalqları tarixi kafedrasının müdiri, professor Əsməd Muxtarova Partiyada səmərli ictimai-siyasi fəaliyyətinə YAP Yasamal rayon təşkilatının fəxri fərmanı təqdim edilib. Sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.