ETL-İN TARİXİ:
Təhsil nazirliyinin və BDU rektorluğunun əmri ilə 1989-cü ildə Tarix fakültəsinin nəzdində “Azərbaycanın tarixi demoqrafiyası” elmi tədqiqat laboratoriyası yaradılmışdır. 1989-2005-ci illərdə elmi-tədqiqat laboratoriyasına Əməkdar elm xadimi, akademik Y.M.Mahmudov elmi rəhbərlik etmişdir. Azərbaycan Respublikasının Təhsil nazirinin 12 dekabr 1994-cü il tarixli 689 saylı əmrinə əsasən Tarix fakültəsinin nəzdində “Dünya azərbaycanlıları: tarixi-demoqrafiya” elmi tədqiqat laboratoriyasının təşkili barədə sərəncam verilmişdir. BDU-nun 11.IX.2001-ci il 1/190 saylı əmrinə əsasən Tarix fakültəsinin nəzdində “Azərbaycanşünaslıq” Elmi Tədqiqat Mərkəzi yaradılmış və “Dünya azərbaycanlıları: tarixi-demoqrafiya” elmi tədqiqat bölməsi onun tərkibinə daxil edilmişdir. Rektorun “ETM və ETL-lərin idarə olunmasının təkmilləşdirilməsi haqqında” 11.11.2010-cu il R-72 saylı əmrinə əsasən “Dünya azərbaycanlıları: tarixi-demoqrafiya” bölməsi yenidən elmi tədqiqat laboratoriyası olaraq “Azərbaycan tarixi (təbiət fakültələri üzrə)” kafedrası nəzdində fəaliyyət göstərir.
Bu illər ərzində ETL-də vaxtı ilə çalışan və dünyalarını dəyişən alimlərdən Mahmud İsmayılov, Rafael Qurbanov, baş laborant Azər Paşayev, gənc aspirant Kəmalə İsmayılova və diasporaşünas alim Gülzar Novruzova, həmçinin ETL-də işləmiş və hazırda əmək fəaliyyətlərini digər müəssisələrdə davam etdirən alimlərdən Kərim Şükürov, Ataxan Paşayev, Əlihüseyn Əsgərov, Elbəy Əlibəyov, Nigar Məmmədova, Arzu Məmmədova, Xumar Vahidova, Həcər Verdiyeva, Nuridə Quliyeva, Gövhər Rizayeva, Leyla Vaqif qızını qeyd etmək olar.
ETL-in ELMİ FƏALİYYƏTİ:
1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra tariximizin sovet ideologiyasının təsiri altında saxtalaşdırılmış və öyrənilməmiş bir çox məsələlərin tədqiqinə ehtiyac yarandı. Gülüstan (1813) və Türkmənçay (1828) sülh müqavilələri ilə Azərbaycan torpaqları Rusiya və Qacar imperiyaları arasında bölüşdürüldükdən sonra yaranmış “tarixi Azərbaycan torpaqları” və ya “itirilmiş torpaqlar” problemi Vətən tarixşünaslığının həmin dövrdə tədqiqata cəlb edilmiş ən ciddi problemlərindən biri idi. Çarizmin ərazi islahatları nəticəsində sərhədlərimizdən kənarda qalmış Azərbaycan ərazilərinin tarixinin, həmçinin burada baş vermiş soyqırımlar, deportasiya və digər miqrasiya proseslərinin mənbələr əsasında öyrənilməsi prinsipial əhəmiyyət kəsb edirdi.
Elmi-tədqiqat işlərinin nəticələri elmi konfranslar, seminarlar və çap vasitəsilə ictimaiyyətə çatdırılır, bu yolla elmi nəticələr tarixi tədqiqatlara cəlb olunmaq üçün elmi dövriyyəyə daxil edilir.
ETL-də tarixi-demoqrafiya sahəsində uğurlu tədqiqatlar aparılmış, yüksək nəticələr əldə edilmişdir.
Eyni zamanda, tədqiqatların tədris prosesinə tətbiqi, dərslik və monoqrafiyalarda istifadəsi üçün təqdim edilir. Laboratoriyanın əməkdaşları tərəfindən sanballı tədqiqat əsərləri yazılıb çap edilmişdir. Bunlardan: Kərim Şükürov “Azərbaycan əhalisi: öyrənilməsi və qaynaqları”; “Demoqrafiya» Ensiklopedik lüğət”; “Türkmənçay-1828”; Həcər Verdiyeva “Rusiya imperiyasının Şimali Azərbaycanda köçürmə siyasəti”; Zərinə Cavadova “Şimal-Qərbi Azərbaycan (tarixi-demoqrafik araşdırma)”; “Şimal-Qərbi Azərbaycanın əhali tarixi və tarixi-demoqrafiyası (XIX əsrin əvvəlləri – 70-ci illəri)”; Salman İbişov “Quba xanlığının əhalisi (tarixi-demoqrafik tədqiqat)”; “Quba xanlığı: əhali tarixi və azadlıq mücadiləsi”; Nuru Quliyev “Naxçıvan xanlığının əhalisi (tarixi-demoqrafik tədqiqat)”; İbrahim Kazımov “Naxçıvan: əhalisi, sosial-iqtisadi və siyasi tarixinə dair (1828-1920-ci illər)”; Arzu Məmmədova “Car-Balakən camaatlığı (XVII əsrin sonu – XIX əsrin 30-cu illəri)”; Hikmət Əhmədov “Azərbaycan Demokratik Respublikası hökumətinin milli ziyalı kadrlarının hazırlanması sahəsində fəaliyyəti (1918-1920-ci illərdə)”; Gülzar Novruzova “Кто есть кто в Азербайджанской диаспоре России”; “Азербайджанская диаспора в Российской Федерации: проблемы исторической демографии”; Sitarə Mustafayeva “Изменения границ и территорий на Южном Кавказе (1917-1922 гг.)”; Gözhər Rizayeva “Национальное-освободительное движение в Азербайджане (конец 1917-1918 г.)”; Asəf Hacıyev “Dərbənd XIX-XX əsrin əvvəllərində (tarixi-demoqrafik tədqiqat)”; Vidadi İsayev “Yevlax sənədlərdə və yaddaşlarda”; Səidə Quliyeva “Oğuz rayonunun əhalisi XX-XXI əsrin əvvəllərində (tarixi-demoqrafik tədqiqat)”.
ETL-İN ELMİ JURNALI:
ETL-də Yaqub Mahmudovun rəhbərliyi ilə 2003-cü ildən etibarən ETL-də "Dünya azərbaycanlıları: tarix və müasirlik" adlı elmi-nəzəri toplu nəşr olunur (https://history.bdu.info.az/dunya-azerbaycanlilari-tarix-ve-muasirlik). Əldə olunan elmi nəticələr elmi tədqiqatlarda istifadə edilir və tədris prosesinə tətbiq edilir.
ETL-İN TƏŞKİL ETDİYİ ELMİ KONFRANSLAR:
1997-ci il dekabrın 30-da AR Prezidentin İcra aparatı ilə birlikdə ölkədə ilk dəfə olaraq "Dünya azərbaycanlıları: demoqrafik proseslər, müasirlik" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. ETL-in təşkilatçılığı ilə 2016-cı ildən başlayaraq “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda ənənəvi konfranslar keçirilir:
1 “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda I elmi konfrans. 21-22 dekabr 2016-cı il. (http://history.bsu.edu.az/az/content/dnya_azrbaycanllar_tarix_v_masirlik_mvzusunda_i_elmi_konfrans_1122_dekabr_2016_
- “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda II respublika elmi konfransı. 21-22 dekabr 2017-ci il (https://history.bdu.info.az/2017-ci-il-dekabrin-21-22-de-bdu-da-dunya-azerbaycanlilari-tarix-ve-muasirlik-movzusunda-respublika-elmi-konfransi).
- “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda III Beynəlxalq elmi konfrans. 21-22 dekabr 2018-ci il (https://history.bdu.info.az/dunya-azerbaycanlilari-tarix-ve-muasirlik-movzusunda-iii-beynelxalq-elmi-konfrans)
- “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda IV Beynəlxalq elmi konfrans. 29-30 dekabr 2021-ci il
- “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda V Beynəlxalq elmi konfrans. 27-28 fevral dekabr 2025-ci il (https://bdu.info.az/storage/files/63/Konfrans/Tezisl%C9%99r%20-%20D%C3%BCnya%20az%C9%99rbaycanl%C4%B1lar%C4%B1-2025.pdf)
ETL-in KADR HAZIRLIĞI:
Uzun illər boyu tarixi-demoqrafiya sahəsində gərgin elmi araşdırmalar aparan ETL-in nəzdində yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərmişdir. Yüksək səviyyədə kadr hazırlığının nəticəsində ETL-də ölkədə yeganə olan tarixi-demoqrafiya məktəbi akademik Yaqub Mahmudovun və professor Kərim Şükürovun sayəsində formalaşmışdır. Bunun nəticəsində də tarixi-demoqrafiya sahəsində uğurlu tədqiqatlar aparılmış, yüksək nəticələr əldə edilmişdir.
ETL-də tarixi-demoqrafiya sahəsində uğurlu tədqiqatlar aparılmış, dissertasiya mövzuları müdafiə edilmişdir.
- f.d.Z.Ə.Cavadova - Şimal-Qərbi Azərbaycan: tarixi-demoqrafik tədqiqat (XIX əsrin əvvəllərində - 70-ci illər)
- f.d.İ.F.Kazımov - Naxçıvan bölgəsinin tarixi (1828-1920-ci il)
- f.d.S.Ə.İbişov - Quba xanlığının əhalisı (tarixi-demoqrafik tədqiqat)
- f.d.A.A.Abbasova - XVIII əsrdə Rusiyanın Cənubi Qafqaza qarşı işğalçılıq siyasətində dini-etnik amillər
- f.d.S.S.Xəlilova - XIX əsrin II yarısında - XX əsrin əvvəllərində azəbaycanlıların sahibkarlıq fəaliyyəti
6.t.f.d.N.Ə.Quliyev - Naxçıvan xanlığının əhalisi (tarixi-demoqrafik tədqiqat)
- f.d.A.Ə.Məmmədova - Car-Balakən camaatlığı XVII əsrin sonları-XIX əsrin 30-cu illərində (tarixi-demoqrafik tədqiqat)
- f.d.S.O.Mustafayeva-Cənubi Qafqazda ərazi və sərhəd dəyişiklikləri (1917-1922-ci illər)
- f.d.A.A.Hacıyev - Dərbəndin əhalisi: XIX-XX əsrin əvvəllərində (tarixi-demoqrafik tədqiqat)
- f.d.S.Z.Quliyeva- Heydər Əliyevin əsərləri Azərbaycan Respublikasının İslam Konfransı Təşkilatı ilə qarşılıqlı əlaqələrini öyrənmək üçün mənbə kimi
- f.d.Ş. F. Fərəcov - Ermənistan SSR-də azərbaycanlıların demoqrafik vəziyyəti (1920-1980-ci illər)
- f.d.Leyla Vaqif qızı - Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında əməkdaşlıq (1991-2008 - ci illər)