Təhsil nazirliyinin və BDU rektorluğunun 1989-cü il tarixli əmrinə əsasən Tarix fakültəsinin nəzdində “Azərbaycanın tarixi demoqrafiyası” elmi tədqiqat laboratoriyası yaradılmışdır. 1989-2005-ci illərdə Tarix fakültəsində Elmi-tədqiqat laboratoriyalarına Əməkdar elm xadimi, akad. Y.M.Mahmudov elmi rəhbərlik etmişdir. Azərbaycan Respublikası Təhsil nazirinin 12 dekabr 1994-cü il tarixli 689 saylı əmrinə əsasən Tarix fakültəsinin nəzdində “Dünya azərbaycanlıları: tarixi-demoqrafiya” ETL-nin təşkili barədə sərəncam verilir. Rektorun 11.IX.2001-ci il 1/190 saylı əmrinə əsasən Tarix fakültəsinin nəzdində “Azərbaycanşünaslıq” Elmi-Tədqiqat Mərkəzi yaradılmış və “Dünya Azərbaycanlıları: tarixi-demoqrafiya” elmi-tədqiqat bölməsi onun tərkibinə daxil edilmişdir. Rektorun “ETM və ETL-lərin idarə olunmasının təkmilləşdirilməsi haqqında” 11.11.2010-cu il R-72 saylı əmrinə əsasən “Dünya azərbaycanlıları: tarixi-demoqrafiya” bölməsi yenidən ETL olaraq “Azərbaycan tarixi (təbiət fakültələri üzrə)” kafedrası nəzdində fəaliyyət göstərir. Bu illər ərzində ETL-də vaxtı ilə çalışan və dünyalarını dəyişən alimlər adlarını qeyd edək: Mahmud İsmayılov, Rafael Qurbanov, baş laborant Azər Paşayev, gənc aspirant Kəmalə İsmayılova və diasporaşünas alim Gülzar Novruzova, həmçinin ETL-də işləmiş və hazırda əmək fəaliyyətlərini digər müəssisələrdə davam etdirən alimlərdən Kərim Şükürov, Ataxan Paşayev, Əlihüseyn Əsgərov, Elbəy Əlibəyov, Nigar Məmmədova, Arzu Məmmədova, Xumar Vahidova, Həcər Verdiyeva, Nuridə Quliyeva, Gövhər Rizayeva, Leyla Vaqif qızını qeyd etmək olar. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra tariximizin sovet ideologiyasının təsiri altında saxtalaşdırılmış və öyrənilməmiş bir çox məsələlərin tədqiqinə ehtiyac yarandı. Gülüstan (1813) və Türkmənçay (1828) sülh müqavilələri ilə Azərbaycan torpaqları Rusiya və İran arasında bölüşdürüldükdən sonra yaranmış “tarixi Azərbaycan torpaqları” və ya “itirilmiş torpaqlar” problemi Vətən tarixşünaslığının həmin dövrdə tədqiqata cəlb edilmiş ən ciddi problemlərindən biri idi. Çarizmin ərazi islahatları nəticəsində sərhədlərimizdən kənarda qalmış Azərbaycan ərazilərinin tarixinin, həmçinin burada baş vermiş soyqırımlar, deportasiya və digər miqrasiya proseslərinin mənbələr əsasında öyrənilməsi, Dağlıq Qarabağ kimi süni şəkildə yaradılmış ərazi münaqişələrinin həqiqi tarixinin üzə çıxarılması baxımından da prinsipial əhəmiyyət kəsb edirdi. Azərbaycanın tarixi demoqrafiyasının sistemli şəkildə tədqiqinin vacibliyinə xüsusi önəm verən Yaqub Mahmudovun rəhbərliyi ilə ETL-də tarixi – demoqrafiya, etno-demoqrafiya məktəbi yaradılır. Həmçinin tarixi Azərbaycan ərazilərində və onun hüdudlarından kənarda məskunlaşmış azərbaycanlıların tarixi-demoqrafiya problemləri, miqrasiya, məcburi köçkün və qaçqın problemləri, diaspora və d. mövzular ETL-də diqqətlə araşdırılır. ETL-in elmi istiqaməti tarixi-demoqrafik, demoqrafik tədqiqat, ərazi və əhali problemləridir. Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin “Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyasının” təsdiq edilməsi haqqında 9 dekabr 1999-cu il tarixli sərəncamı Azərbaycanın müasir əhali problemlərinin tarixi köklərinin öyrənilməsi üçün tarixi-demoqrafik tədqiqatları zəruri edir. Dövlətin demoqrafik siyasətinin əsas məqsəd, vəzifə və prinsiplərinin müəyyən olunduğu bu konsepsiyada qeyd edildiyi kimi, “müasir dövrdə dünya əhalisinin sürətli artımı və demoqrafik proseslərdə baş verən dəyişikliklər ayrı-ayrı dövlətlərin ölkə daxilində və beynəlxalq aləmdə yeritdiyi siyasətə daha çox təsir göstərir və həmin məsələlərlə bağlı bir çox problemlərə “demoqrafik aspekt” verərək, onların qoyuluşuna və həll edilməsinə tamamilə yeni mövqelərdən və normalardan yanaşılmasını tələb edir. Bu baxımdan, respublikamızda yaranmış demoqrafik vəziyyəti düzgün qiymətləndirmək, ona dünya miqyasında bu proseslərdə baş vermiş dəyişikliklər fonunda tarixi səpgidə yanaşmağı tələb edir”. Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyasına əsasən ETL-də tarixi Azərbaycan ərazisində, o cümlədən müxtəlif dövrlərdə işğal olunmuş Azərbaycan torpaqlarında baş vermiş demoqrafik proseslər statistik məlumatlar əsasında təhlil edilir. Elmi-tədqiqat işlərinin nəticələri elmi konfranslar, seminarlar və çap vasitəsilə ictimaiyyətə çatdırılır, bu yolla elmi nəticələr tarixi tədqiqatlara cəlb olunmaq üçün elmi dövriyyəyə daxil edilir. ETL-də Yaqub Mahmudovun rəhbərliyi ilə 2003-cü ildən etibarən “Dünya azərbaycanlıları: tarix və müasirlik elmi-nəzəri toplu nəşr olunur. ETL-də tarixi-demoqrafiya sahəsində uğurlu tədqiqatlar aparılmış, yüksək nəticələr əldə edilmişdir.
Eyni zamanda, tədqiqatların tədris prosesinə tətbiqi, dərslik və monoqrafiyalarda istifadəsi üçün təqdim edilir. Laboratoriyanın əməkdaşları tərəfindən sanballı tədqiqat əsərləri yazılıb çap edilmişdir. Bunlardan: K.K.Şükürov “Azərbaycan əhalisi: öyrənilməsi və qaynaqları”; “Demoqrafiya» Ensiklopedik lüğət”; “Türkmənçay-1828”; H.Y.Verdiyeva “Rusiya imperiyasının Şimali Azərbaycanda köçürmə siyasəti”; Z.Ə.Cavadova “Şimal-Qərbi Azərbaycan (tarixi-demoqrafik araşdırma)”; “Şimal-Qərbi Azərbaycanın əhali tarixi və tarixi-demoqrafiyası (XIX əsrin əvvəlləri – 70-ci illəri)”; S.Ə.İbişov “Quba xanlığının əhalisi (tarixi-demoqrafik tədqiqat)”; “Quba xanlığı: əhali tarixi və azadlıq mücadiləsi”; N.Ə.Quliyev “Naxçıvan xanlığının əhalisi (tarixi-demoqrafik tədqiqat)”; İ.F.Kazımov “Naxçıvan: əhalisi, sosial-iqtisadi və siyasi tarixinə dair (1828-1920-ci illər)”; A.Ə.Məmmədova “Car-Balakən camaatlığı (XVII əsrin sonu – XIX əsrin 30-cu illəri)”; H.O.Əhmədov “Azərbaycan Demokratik Respublikası hökumətinin milli ziyalı kadrlarının hazırlanması sahəsində fəaliyyəti (1918-1920-ci illərdə)”; G.T.Novruzova “Кто есть кто в Азербайджанской диаспоре России”; “Азербайджанская диаспора в Российской Федерации: проблемы исторической демографии”; S.O.Mustafayeva “Изменения границ и территорий на Южном Кавказе (1917-1922 гг.)”; G.Ə.Rizayeva “Национальное-освободительное движение в Азербайджане (конец 1917-1918 г.)”; Asəf Hacıyev “Dərbənd XIX-XX əsrin əvvəllərində (tarixi-demoqrafik tədqiqat)”; V.İ.İsayev “Yevlax sənədlərdə və yaddaşlarda”.
Uzun illər boyu tarixi-demoqrafiya sahəsində gərgin elmi araşdırmalar aparan ETL-in nəzdində yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərmişdir. Yüksək səviyyədə kadr hazırlığının nəticəsində ETL-də ölkədə yeganə olan tarixi-demoqrafiya məktəbi akad. Yaqub Mahmudovun və prof. Kərim Şükürovun sayəsində formalaşmışdır. Bunun nəticəsində də tarixi-demoqrafiya sahəsində uğurlu tədqiqatlar aparılmış, yüksək nəticələr əldə edilmişdir. ETL əməkdaşları tərəfindən Azərbaycanşünaslıq elminə verilən töhfələr aşağıdakı monoqrafiyalarda öz əksini tapmışdır: t.f.d.Z.Ə.Cavadova “Şimal-Qərbi Azərbaycan: tarixi-demoqrafik tədqiqat (XIX əsrin əvvəllərində - 70-ci illəri)”; t.f.d.İ.F.Kazımov “Naxçıvan bölgəsinin tarixi (1828-1920-ci il)”; t.f.d.S.Ə.İbişov “Quba xanlığının əhalısı (tarixi-demoqrafik tədqiqat)”; t.f.d.N.Ə.Quliyev ”Naxçıvan xanlığının əhalisi (tarixi-demoqrafik tədqiqat)”; t.f.d., dos.A.Ə.Məmmədova “Car-Balakən camaatlığı XVII əsrin sonları-XIX əsrin 30-cu illərində (tarixi-demoqrafik tədqiqat)”; t.f.d., dos. S.O. Mustafayeva “Cənubi Qafqazda ərazi və sərhəd dəyişiklikləri (1917-1922-ci illər)”; t.f.d.A.A.Hacıyev “Dərbəndin əhalisi: XIX-XX əsrin əvvəllərində (tarixi-demoqrafik tədqiqat)”, həmçinin dissertasiya işləri müdafiə edilmişdir: t.f.d., dos.S.Z.Quliyeva “Heydər Əliyevin əsərləri Azərbaycan Respublikasının İslam Konfransı Təşkilatı ilə qarşılıqlı əlaqələrini öyrənmək üçün mənbə kimi”; t.f.d.Ş. F. Fərəcov “Ermənistan SSR-də azərbaycanlıların demoqrafik vəziyyəti (1920-1980-ci illər)”, t.f.d.Leyla Vaqif qızı “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında əməkdaşlıq (1991-2008-ci illər)” və digər əsərlər.
ETL əməkdaşlarının gərgin fəaliyyəti nəticəsndə Dünya azərbaycanlılarının həmrəyliyi gününə həsr olunmuş “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda ənənəvi konfranslar keçirilir. “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda I elmi konfrans 2016-cı ildə, II respublika elmi konfransı 2017-ci ildə, III Beynəlxalq elmi konfrans 2018-ci ildə, IV Beynəlxalq elmi konfrans 2021-ci ildə keçirilib.
Hazırda “Dünya azərbaycanlıları: tarixi-demoqrafiya“ adı ilə fəaliyyət göstərən elmi-tədqiqat laboratoriyasının əməkdaşları ETL-in elmi istiqamətinə və məqsədinə uyğun hər il təsdiq olunan plan işlərini yerinə yetirirlər.
ETL əməkdaşları tərəfindən Universitetdaxili, Respublika və Beynəlxalq səviyyəli elmi konfranslar keçirilir və ETL əməkdaşlarına rektorluq tərəfindən təşəkkür elan edilir.
ETL ƏMƏKDAŞLARI:
1. Hacıyev Asəf Adil o. - aparıcı elmi işçi (0,5 şt.v.), t.f.d.
2. Fərəcov Şəfayət Fərəc o.. - aparıcı elmi işçi, t.f.d.
3. Quliyeva Səidə Zakir q.- böyük elmi işçi, t.f.d., dos.
4. Əhmədov Hikmət Oqtay o. - böyük elmi isçi, t.f.d
5. Paşayeva Ulduz Miri q. - böyük elmi işçi.
8. Sədrəddinova Gülnarə Eldar q.- elmi işçi ( 0,5 şt.v.)
9. Aşurova Günay Rauf q. - elmi isçi (0,5 şt.v.)
10. Əsədov Murad Elçin o. - böyük laborant
11. Quliyeva İlahə Yaşar q. - böyük laborant
12. Cəfərli Aytən Şiraz q. - böyük laborant
13. Mehrəliyeva Səidə Vahid q. - laborant
ETL-in MƏQSƏDİ:
- ETL-in elm istiqaməti dünya azərbaycanlılarının tarixi-demoqrafiya problemləri, tarixi ərazilərdə və onun hüdudlarından kənarda məskunlaşmış azərbaycanlıların demoqrafiya, diaspora, miqrasiya, həmçinin işğal olunmuş Azərbaycan torpaqlarında baş vermiş etno-demoqrafik proseslər və digər əhali problemləridir. Tədqiqatlar zamanı ümummilli lider Heydər Əliyevin Azərbaycanşünaslıq ideyasının inkişafı, diaspora, əhali problemləri ilə əlaqədar imzaladığı sənədlər, xüsusilə Dünya azərbaycanlılarının Konfranslarının materialları, Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası və s. əsas götürülür.
ETL-in ELMİ FƏALİYYƏTİ:
- ETL əməkdaşları qarşıya qoyulmuş problemə və plana uyğun olaraq elmi araşdırmalar aparırlar.
- 2003-cü illərdən bəri ETL-də "Dünya azərbaycanlıları: tarix və müasirlik" adlı elmi-nəzəri toplu nəşr olunmuşdur. Əldə olunan elmi nəticələr tədris prosesinə tətbiq olunur.
1. Dünya azərbaycanlıları: tarix və müasirlik (Elmi - nəzəri toplu) I buraxılış
2.Dünya azərbaycanlıları: tarix və müasirlik (Elmi - nəzəri toplu) II buraxılış
3.Dünya azərbaycanlıları: tarix və müasirlik (Elmi - nəzəri toplu) III buraxılış
4.Dünya azərbaycanlıları: tarix və müasirlik (Elmi - nəzəri toplu) IV buraxılış
5.Dünya azərbaycanlıları: tarix və müasirlik (Elmi - nəzəri toplu) V buraxılış
6. Dünya azərbaycanlıları: tarix və müasirlik (Elmi - nəzəri toplu) VI buraxılış
7. Dünya azərbaycanlıları: tarix və müasirlik (Elmi-nəzəri toplu) VII buraxılış
- 1997-ci il dekabrın 30-da AR Prezidentin İcra aparatı ilə birlikdə ölkədə ilk dəfə olaraq "Dünya azərbaycanlıları: demoqrafik proseslər, müasirlik" mövzusunda elmi-praktik konfrans keçirilmişdir.ETL-in təşkilatçılığı ilə 2016-cı ildən başlayaraq “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda ənənəvi konfranslar keçirilir:
1 “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda I elmi konfrans. 21-22 dekabr 2016-ci il
ETL-in KADR HAZIRLIĞI:
- ETL-də ölkədə yeganə olan tarixi-demoqrafiya məktəbi formalaşmışdır. ETL-də tarixi-demoqrafiya sahəsində uğurlu tədqiqatlar aparılmış, dissertasitya mövzuları müdafiə edilmişdir.
- t.f.d.Z.Ə.Cavadova - Şimal-Qərbi Azərbaycan: tarixi-demoqrafik tədqiqat (XIX əsrin əvvəllərində - 70-ci illər)
- t.f.d.İ.F.Kazımov - Naxçıvan bölgəsinin tarixi (1828-1920-ci il)
- t.ü.f.d.S.Ə.İbişov - Quba xanlığının əhalısı (tarixi-demoqrafik tədqiqat)
- t.f.d.A.A.Abbasova - XVIII əsrdə Rusiyanın Cənubi Qafqaza qarşı işğalçılıq siyasətində dini-etnik amillər
- t.f.d.S.S.Xəlilova - XIX əsrin II yarısında - XX əsrin əvvəllərində azəbaycanlıların sahibkarlıq fəaliyyəti
6.t.f.d.N.Ə.Quliyev - Naxçıvan xanlığının əhalisi (tarixi-demoqrafik tədqiqat)
- t.f.d.A.Ə.Məmmədova - Car-Balakən camaatlığı XVII əsrin sonları-XIX əsrin 30-cu illərində (tarixi-demoqrafik tədqiqat)
- t.f.d.S.O.Mustafayeva-Cənubi Qafqazda ərazi və sərhəd dəyişiklikləri (1917-1922-ci illər)
- t.f.d.A.A.Hacıyev - Dərbəndin əhalisi: XIX-XX əsrin əvvəllərində (tarixi-demoqrafik tədqiqat)
- t.f.d.S.Z.Quliyeva- Heydər Əliyevin əsərləri Azərbaycan Respublikasının İslam Konfransı Təşkilatı ilə qarşılıqlı əlaqələrini öyrənmək üçün mənbə kimi.
- t.f.d.Ş. F. Fərəcöv «Ermənistan SSR-də azərbaycanlıların demoqrafik vəziyyəti (1920-1980-ci illər)».
- t.f.d.Leyla Vaqif qızı " Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında əməkdaşlıq (1991-2008 - ci illər)"
Hazırda bölmədə 4 dissertant və 3 aspirant elmi tədqiqat mövzularını davam etdirirlər.
ETL-in ünvanı; Akademik Zahid Xəlilov küçəsi: 23 , Index AZ 1148 , BDU 3-cü tədris binası;
Tarix Fakültəsi, IX mərtəbə, otaq 904