TEZİSİN TƏRTİBİ QAYDALARI

  • Mətn ölçüləri: Times New Roman, ölçü 12, interval 1.
  • Mövzu və müəllif barədə məlumatlar mərkəzdə yazılır: başlığın hamısı böyük hərflərlə (Bold), müəllifin adı, soyadı tünd rəngdə (Bold), aid olduğu qurum, alimlik dərəcəsi, elmi adı və elektron poçt ünvanı göstərilməlidir.
  • Açar sözlər: məruzənin adına və məzmununa uyğun iki dildə 5-6 əsas anlayış.
  • Mətn ən az 1500, ən çox 2000 söz (ədəbiyyat siyahısı daxil olmadan) həcmində olmalıdır. Tezisdə mövzu üzrə əsas ideyalar, aktuallığı, elmi əhəmiyyəti, əldə olunan yeniliklər və nəticələr yığcam əhatə edilməlidir. 
  • Tezisə əlavə kimi verilən cədvəl və şəkillər cədvəl 1, cədvəl 2; şəkil 1, şəkil 2 kimi ardıcıllıqla sıralanmalı və ad verilməlidir. Məsələn, Cədvəl 1. Azərbaycan Respublikasının əhalisi (1999-cu il siyahıyaalmasına əsasən) 
  • Tezisdə cədvəl və sitatlar ümumi həcminin yalnız 25%-ni əhatə edə bilər. Yerdə qalan hissə yeni fikir və araşdırma olmalıdır. 
  • İstifadə edilən bütün ədəbiyyat və internet resursları sonda əlifba sırası ilə düzülməlidir və mətndə istinadlar verilməlidir.
  • İstifadə edilən ədəbiyyatların müəllifi, adı, nəşr ili və yeri, ümumi səhifəsi dəqiq göstərilməlidir.
  • İnternet resursları göstərilərkən, əvvəlcə istinad olunan əsərin və ya məlumatın müəllifi, məqalənin ya məlumatın başlığı, hiperiqtibas və istinad tarixi yazılmalıdır.
  • Tezislər tam redaktə olunduqdan sonra təqdim edilməlidir.

Ünvan: AZ1148, Azərbaycan Respublikası, Bakı şəhəri, Z.Xəlilov küçəsi, 23, Bakı Dövlət Universiteti, Tarix fakültəsi: III korpus, 921-ci otaq

Əlaqə
Bakı Dövlət Universiteti, Yeni Tədris binası, 8-9-cu mərtəbələr, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: +994 12 5391068 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət