YUSİF BƏHLUL OĞLU YUSİFOV (1906-1995)

YUSİF BƏHLUL OĞLU YUSİFOV (1906-1995)

YUSİF BƏHLUL OĞLU YUSİFOV (1906-1995)

Azərbaycan SSR Ali Sovetinin sədri (1947-1951)

Yusif Yusifov Niftali oğlu 1906-cı il oktyabrın 20-də Qazax rayonunda anadan olmuşdur. 1926-cı ildə Qazax müəllimlər seminariyasını bitirib əmək fəaliyyətinə başlamışdır. Qaryagin rayonunun Qoçəhmədli kəndində müəllim, natamam orta məktəbin müdiri, kəndli-gənclər məktəbinin direktoru, RXMŞ-nin müdiri, 1933-1953-cü illərdə Şamxor və Ağdam rayon partiya komitələrində şöbə müdiri, Ağdamda “Lenin yolu” qəzetinin redaktoru, Bakı şəhər partiya komitəsinin mühazirəçisi və şöbə müdirinin müavini, Keşlə və Ağdam rayonları partiya komitələrinin birinci katibi, 1948-1951-ci illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. 1952-ci ildən başlayaraq 40 ildən artıq ali məktəbdə fəal pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycan Dövlət Universitetində baş müəllim vəzifəsindən Sov.İKP tarixi kafedrasında professor vəzifəsinə qədər pedaqoji yol keçmişdir. Y.N.Yusifovun bir alim kimi tarix elmində böyük xidmətləri olmuşdur. Onun Azərbaycan tarixinin aktual problemlərinə aid onlarca əsəri nəşr edilmişdir. Dəfələrlə SSRİ, Azərbaycan SSR və Naxçıvan MSSR ali sovetlərinə deputat seçilmişdir. 1947-1951-ci illərdə Azərbaycan SSR Ali Sovetinin sədri olmuşdur. Çoxillik əmək, partiya-dövlət, pedaqoji fəaliyyətinə görə 2 dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, birinci dərəcəli Vətən müharibəsi ordeni və bir sıra medallarla təltif edilmişdir.

Əlaqə
Bakı Dövlət Universiteti, Yeni Tədris binası, 8-9-cu mərtəbələr, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: +994 12 5391068 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət