Əlövsət Nəcəfqulu oğlu Quliyev 1939-cu ildə ADU-nun Tarix fakültəsinə daxil olmuşdur. 1942-ci ildə ADU-nun SSRİ tarixi kafedrası tələbə Ə.Quliyevi universitetin Filologiya fakültəsinə tarix müəllimliyi vəzifəsinə tövsiyə etmişdir. Həmin vaxtdan Ə.Quliyev Fakültənin Həmkarlar İttifaqı komitəsinin sədri seçilmişdir. Ə.Quliyev 1943-cü ildə ADU-nun Həmkarlar komitəsinin sədri seçilmişdir. 1944-cü ildə ADU-nu fərqlənmə diplomu ilə bitirmiş, Azərbaycan tarixi kafedrasında müəllim kimi saxlanılmış və Azərbaycan tarixi üzrə aspiranturaya daxil olmuşdur. 1944-1945-ci illərdə ADU-nun Azərbaycan tarixi, SSRİ tarixi kafedralarında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmış, 1948 və 1950-1952-ci illərdə Tarix fakültəsinin dekanı olmuşdur. Ə.Quliyev 1952-1958-ci illərdə Azərbaycan SSR EA-nın Tarix və Fəlsəfə İnstitutunun direktoru, 1958-1965-ci illərdə baş elmi işçi, 1965-1967-ci illərdə Azərbaycanın yeni dövr tarixi şöbəsinin müdiri, 1967-1969-cu illərdə Azərbaycan SSR EA-nın Tarix İnstitutunun direktoru vəzifələrində işləmişdir. Ə.Quliyev 1961-ci ildə tarix elmləri doktoru elmi dərəcəsi, 1962-ci ildə professor elmi adı almış, 1968-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir. AMEA-nın müxbir üzvü Ə.Quliyev görkəmli Azərbaycan tarixçisi və elm təşkilatçısı olmuşdur. O, Azərbaycan tarixinin fundamental əsasını qoymuş, Azərbaycan tarixşünaslıq məktəbini yaratmış, Azərbaycan tarix elminin beynəlxalq miqyasda nüfuzunu yüksəklərə qaldırmışdır. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə 1958-1963-cü illərdə ilk monumental üçcildlik «Azərbaycan tarixi» hazırlanmışdır. Ə.Quliyevin əsərləri başlıca olaraq Azərbaycanın sosial-iqtisadi tarixinə həsr olunmuşdur. Qırmızı Əmək bayrağı ordeni və medallarla təltif edilmişdir.
ƏLÖVSƏT GÜLÜŞ OĞLU QULİYEV(1922-1969)
ƏLÖVSƏT GÜLÜŞ OĞLU QULİYEV(1922-1969)
Tarix fakültəsinin dekanı, Azərbaycan SSR EA-nın Tarix və Fəlsəfə İnstitutunun direktoru