CƏMİL BAHADUR OĞLU QULİYEV (1927-2010)

CƏMİL BAHADUR OĞLU QULİYEV (1927-2010)

CƏMİL BAHADUR OĞLU QULİYEV (1927-2010)

AMEA-nın vitse-prezidenti (1997-2010), Akademik

Cəmil Bahadur oğlu Quliyev 1944-cü ildə ADU-nun (indiki BDU) Tarix fakültəsinə daxil olmuşdur. 1946-cı ildən təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Tarix fakültəsində davam etdirmişdir. 1949-cu ildə təhsilini başa vurmuş və həmin il orada aspiranturaya daxil olmuşdur. 1952-ci ildə namizədlik, 1971-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1972-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü seçilmişdir. 1979-cu ildə Əməkdar elm xadimi adına layiq görülmüşdür. Əmək fəaliyyətinə 1952-ci ildə ADU-nun Tarix fakültəsində başlamış, 1970-ci illərdə ADU-da müəllim, professor, 1958-1972-ci illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda elmi işlər üzrə direktor müavini, 1972-1978-ci illərdə AEA-nın Tarix İnstitutunun direktoru, 1989-1990-cı illərdə ADU-nun rektoru, 1975-1988-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının Baş redaktoru, 1976-1991 və 1997-2010-cu illərdə AMEA-nın vitse prezidenti, 1990-1997-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun baş elmi işçisi, 1997-2010-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin üzvü, 2007-2010-cu illərdə Milli Elmlər Akademiyasının müşaviri işləmişdir. Akademik Cəmil Quliyev 20 ildən artıq tarixçi kadrlar hazırlayan Dissertasiya Şurasının sədri olmuşdur. Onun rəhbərliyi ilə 12 nəfər namizədlik, 3 nəfər doktorluq dissertasiyası müdafiə etmişdir. 400-dən çox elmi əsərin müəllifi olmuşdur. 1974-cü ildə Azərbaycanın SSR Dövlət mükafatına layiq görülmüşdür. «Şöhrət» və «İstiqlal» ordenləri ilə təltif edilmişdir. Azərbaycan Ali Sovetinin X-XI çağırış deputatı olmuşdur.

Əlaqə
Bakı Dövlət Universiteti, Yeni Tədris binası, 8-9-cu mərtəbələr, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: +994 12 5391068 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət