QARAŞ ƏLİ OĞLU MƏDƏTOV (1928-1993)

QARAŞ ƏLİ OĞLU MƏDƏTOV (1928-1993)

QARAŞ ƏLİ OĞLU MƏDƏTOV (1928-1993)

AMEA-nın Tarix İnstitutunun Azərbaycanın müasir dövr tarixi şöbəsinin rəhbəri (1968-1993)

Qaraş Əli oğlu Mədətov 1928-ci il fevralın 10-da Naxçıvan MR Kəngərli (Şərur) rayonunun Qarabağlar kəndində anadan olmuşdur. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini bitirmişdir. 1953-1956-cı illərdə Moskva Dövlət Universitetinin aspiranturasında təhsil almışdır. 1956-cı ildə namizədlik, 1966-cı ildə isə doktorluq dissertasiyası müdafiə etmiş, 1969-cu ildə professor elmi adını almış, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Q.Mədətov 1956-cı ildən Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutuna işə qəbul edilmiş, 1968-ci ildən ömrünün sonunadək Azərbaycanın müasir dövr tarixi şöbəsinə rəhbərlik etmişdir.

Q.Mədətov bütün elmi fəaliyyətini Azərbaycanın 1941-1945-ci illər müharibəsi dövrü tarixinin tədqiqinə həsr etmişdir. O, 160-dan artıq elmi əsərin, o cümlədən «Naxçıvanda sovet hakimiyyətinin qələbəsi və Naxçıvan MSSR-in yaradılması», «Azərbaycan Böyük Vətən müharibəsində (1941-1945-ci illərdə)» və başqa monoqrafiyaların müəllifidir.

Q.Mədətov eyni zamanda 3 cildlik «Azərbaycan tarixi» və «Azərbaycan Kommunist Partiyası tarixinin oçerkləri» kitablarında «Azərbaycan Böyük Vətən müharibəsində» bölmələrinin də müəllifidir. Onun rəhbərliyi və iştirakı ilə «Azərbaycan Böyük Vətən müharibəsi dövründə» (2 cildlik), «Azərbaycanın Qırmızı Ulduzları», «Azərbaycan oğulları Sovet İttifaqı Qəhrəmanlarıdır», «Azərbaycan SSR fəhlə sinfi tarixinin oçerkləri» (3 cildlik) və başqa əsərlər nəşr olunmuşdur.

Q.Mədətovun rəhbərliyi ilə 11 doktorluq və 30 namizədlik dissertasiyası müdafiə edilmişdir.

Əlaqə
Bakı Dövlət Universiteti, Yeni Tədris binası, 8-9-cu mərtəbələr, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: +994 12 5391068 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət