Fəzail Feyruz oğlu İbrahimli 12 aprel 1951-ci ildə anadan olmuşdur. 1968-1973-cü illərdə Azərbaycan Pedaqoji İnstitutunun Tarix fakültəsində təhsil almışdır. 1979-1982-ci illərdə BDU-nun Tarix ixtisası üzrə əyani aspiranturasında təhsil almış, 1986-cı ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş və tarix elmləri doktoru elmi adı almışdır. 1982-ci ildə BDU-da müəllim vəzifəsini tutmuş, 1982-1989-cu illərdə Sov.İKP tarixi kafedrasında, 1989-1999-cu illərdə Siyasi tarix kafedrasında işləmişdir. 2000-ci ildən bu günədək Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasında professor vəzifəsində çalışır. BDU-nun Tarix fakültəsinin Elmi Şurasının üzvüdür. 60 adda elmi məqalənin, 2 monoqrafiyanın və 2 kitabın müəllifidir, o cümlədən “Siyasi tarix”, “Azərbaycan tarixi” üzrə 3 proqramı nəşr edilmişdir. Hazırda Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, Milli Məclisin sədr müavinidir
FƏZAİL FEYRUZ OĞLU İBRAHİMLİ
FƏZAİL FEYRUZ OĞLU İBRAHİMLİ
Professor, Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini