SÜLEYMAN SƏRDƏR OĞLU ƏLİYARLI (1930-2014)

SÜLEYMAN SƏRDƏR OĞLU  ƏLİYARLI (1930-2014)

SÜLEYMAN SƏRDƏR OĞLU ƏLİYARLI (1930-2014)

Əməkdar elm xadimi, Azərbaycan tarixi kafedrasınin müdiri (1978-2001)

Suleyman Əliyarlı Sərdar oğlu 18 dekabr 1930-cu ildə anadan olmuşdur. 1948-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. Birinci kursdan sonra təhsilini davam etdirmək üçün M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə göndərilmişdir. 1954-cü ildə həmin universiteti bitirdikdən sonra AEA-nın Tarix İnstitutunda elmi işçi kimi işə başlamış və elmi katib vəzifəsində çalışmışdır. 1956-1959-cu illərdə Tarix İnstitutunun aspiranturasında təhsil almışdır. 1962-ci ildə namizədlik, 1975-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1980-cı ildə professor elmi adı almışdır. 1959-cu ildən BDU-nun Azərbaycan tarixi kafedrasında elmi və pedaqoji fəaliyyətə başlamışdır. Azərbaycan tarixi kafedrasında baş müəllim, dosent və professor vəzifələrində çalışmışdır. 1978-2001-ci illərdə həmin kafedranın müdiri qismində fəaliyyət göstərmişdir. Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. 1990-2000-ci illərdə Azərbaycan Milli Məclisinin Yer Adları (Toponimika) Ko­missiyasına başçılıq etmişdir. 1992-2001-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü olmuşdur. 2000-ci ildə Türk və Türkiyə tarixi ilə bağlı araşdırmalarına görə Türk Tarix Qurumunun fəxri üzvü seçilmişdir. Türk və ingilis dillərində çap olunmuş 26 cildlik “Türklər” ensiklopediyasının (Ankara, 2002) Redaksiya Heyətinin üzvü və müəlliflərindən biri olmuşdur. Elmi fəaliyyəti Azərbaycanın orta əsrlər, yeni və müasir dövrünün aktual problemlərinin araşdırılması ilə bağlıdır. 150-dən çox elmi məqalənin müəllifi olmuşdur. Rəhbərliyi ilə 30-dan çox magistr dissertasiyası yerinə yetirilmiş, 3 elmlər doktoru, 18 elmlər namizədi hazırlanmışdır.

Əlaqə
Bakı Dövlət Universiteti, Yeni Tədris binası, 8-9-cu mərtəbələr, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: +994 12 5391068 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət