QISA BİOQRAFİK MƏLUMAT
1990-ci il iyulun 11-də Bakı şəhərində anadan olmuşdur.
2007-ci ildə Bakı şəhəri, Nərimanov rayonu, Novruzov qardaşları adına 36 saylı tam orta məktəbi əla qiymətlərlə bitirmişdir.
2011-2012-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
2007-2011-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində bakalavr pilləsi üzrə təhsil almışdır.
2012-2013 cü illərdə Almaniyada alman dili kurslarında iştirak etmişdir.
2018-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin magistr pilləsi üzrə Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı ixtisasını fərqlənmə dplomu ilə bitirmişdir.
2020-ci ildən Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının “Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları” (5509.01) ixtisası üzrə qiyabi doktorantıdır. “Heydər Əliyev irsi Azərbaycan tarixinin öyrənmək üçün mənbə kimi” mövzusunda doktorluq işi üzərində çalışır.
ƏMƏK FƏALİYYƏTİ
BDU, Tarix fakültəsi, Tarix, Dil və Metodika mərkəzində laborant (2015-2021)
BDU, Tarix fakültəsi, Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müəllimi (2023-cü ildən)
BDU, Tarix fakültəsi, Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini (2021-ci ildən)
Universitetin ictimai həyatında fəal iştirakına görə 04.05.2018 tarixli, 2/216 saylı əmrlə Rektorluq adından təşəkkür elan olunmuşdur.
2015-ci ildən Yeni Azərbaycan Partiyasının fəal üzvüdür.
SEÇİLMİŞ ƏSƏRLƏRİ
1905-1907-ci illər Türk-müsəlman soyqırımı mühacir tarixşünaslığında. “Əziz Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsindəki rolu” mövzusunda magistrantların və gənc tədqiqatçıların elmi-praktik konfransının materialları. s.23-25, Bakı-2017.
1905-1907-ci illər Türk-müsəlman soyqırımı milli azadlıq hərəkatının məntiqi nəticəsi kimi. Ümumilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və AXC-nin qurulmasının 100 illik yubileyi münasibətilə təşkil olunmuş magistrantların və gənc tədqiqatçıların elmi-praktik konfransının materialları. s.39-41, Bakı-2018.
Heydər Əliyevin əsərlərində Azərbaycan tarixinin dövrləşdirilməsi. Tarix və onun problemləri, №1. s.199-202, Bakı-2021.
Müstəqil Azərbaycan və beynəlxalq təşkilatlar Heydər Əliyevin əsərlərində. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və inkişafında Heydər Əliyevin rolu” mövzusunda beynəlxalq elmi konfransının materialları. s.47-50, Bakı-2021.
Heydər Əliyevin əsərlərində Azərbaycan Xalq Cümhuriyyətinin tarixi rolu. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümünə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti tarixi tədqiqatlarda” mövzusunda respublika elmi konfransının materialları. s.31-34, Bakı 2021.
Müstəqil Azərbaycanın xarici siyasəti Heydər Əliyevin əsərlərində. “Müstəqilliyin 30 illiyi: Tarixşünaslıq və mənbəşünaslıq elminin uğurları və perspektivləri” mövzusunda respublika elmi konfransının materialları. s.64-66, Bakı-2021.
Heydər Əliyevin əsərləri müstəqil Azərbaycanın iqtisadi inkişafının öyrənmək üçün mənbə kimi. BDU-nun Xəbərləri humanitar seriyası № 2, səh. 45-52, Bakı. 2022.