“Qarabağın mədəni irsi” adlı elmi seminar

7 dekabr 2022-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Tələbə Elmi cəmiyyətinin təşkilatçılığı ilə “Şuşa ili-2022” ilə bağlı “Qarabağın mədəni irsi” adlı elmi seminar keçirilib.
Elmi seminarı Tarix fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri, III kurs tələbəsi Nurəli Məmmədov açaraq Şuşa şəhərinin tarixindən bəhs edib, Şuşa ili ilə bağlı məsələrə aydınlıq gətirərək tələbələrə məlumat verdi.
Tarix fakültəsinin Tələbə Elmi Cəmiyyətinin rəhbəri, t.ü.f.d. Hicran Mahmudovanın moderatorluğu ilə keçən elmi seminarda “Qarabağın mədəni irsi” mövzusunu əhatə edən 3 məruzə dinlənildi.
Bakı Dövlət Universiteti, Tarix fakültəsinin III kurs tələbəsi Mərziyə Xudiyeva “Qarabağın ənənəvi xalq musiqisi”, I kurs tələbəsi Nurtən Əzimova “Qarabağda xalq geyimləri”, IV kurs tələbəsi Aydan Əlizadə “Şuşa ili - sevinc və qürur ilimiz” mövzusunda məruzə etdilər.
Əlaqə
Bakı Dövlət Universiteti, Yeni Tədris binası, 8-9-cu mərtəbələr, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: +994 12 5391068 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət