ÖLKƏDAXİLİ ƏMƏKDAŞLIQ

Tarix fakültəsi ölkədə fəaliyyət göstərən, dövlət və özəl müəssisələrlə geniş şəkildə əməkdaşlıq edir. Tədris prosesinin innovativ metodlar əsasında qurulması, elmi-tədqiqat fəaliyyətinin həyata keçirilməsi, eyni zamanda tələbələrin gələcəkdə işlə təmin edilməsi baxımından bu qurumlarla əməkdaşlıq olduqca əhəmiyyətlidir. Tərəflər arasında qarşılıqlı əməkdaşlıq mövcuddur. Fakültə əməkdaşları eyni zamanda bu qurumların təşkil etdiyi müxtəlif konfrans, elmi seminar, tədbir və təlimlərdə iştirak edir. Həmçinin həmin müəssisələrin əməkdaşları fakültəmizin sosial həyatında yaxından iştirak edir. Fakültəmiz Qərbi Azərbaycan İcması, AMEA-nın Qafqazşünaslıq İnstitutu, AMEA-nın Arxeologiya və etnoqrafiya İnstitutu, Bakı Dövlət Universitetinin Qazax filialı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Tarix kafedrası, Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasının Tarix kafedrası, Gəncə Dövlət Universitetinin Tarix fakültəsi, Lənkəran Dövlət Universitetinin Tarix fakültəsi, Mingəçevir Dövlət Universitetinin Tarix fakültəsi, Bakı Musiqi Akademiyası ilə əməkdaşlıq edir.

Fakültəmizin əməkdaşlıq etdiyi qurumlar sırasında Arxeologiya və etnoqrafiya institutu, Sumqayıt dövlət Universitetinin Tarix fakültəsi, YAP-nin Yasamal rayon təşkilatı, Bakı şəhərində yerləşən orta təhsil müəssisələri, müxtəlif qoruqlar və digər müəssisələr də vardır.

 

Əlaqə
Bakı Dövlət Universiteti, Yeni Tədris binası, 8-9-cu mərtəbələr, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: +994 12 5391068 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət