ANAR CAMAL OĞLU İSGƏNDƏROV

ANAR CAMAL OĞLU İSGƏNDƏROV

ANAR CAMAL OĞLU İSGƏNDƏROV

tarix üzrə elmlər doktoru, professor

Tel.: +994 12 5381209

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

  • 1956-cı ildə Masallı rayonunun Kolatan kəndində anadan olmuşdur. Yeni Azərbaycan Partiyasının üzvü, 71 saylı Masallı kənd seçki dairəsi üzrə Azərbaycan Resbublikası Milli Məclisinin deputatıdır. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
  • Professor A.İsgəndərov 2011-2018-ci illərdə Azərbaycan Respubli­kasının Prezidenti yanında Ali Attestasiya Komis­siya­sının tarix və siyasi elmlər üzrə Ekspert Şurasının sədri olmuşdur. 2020-ci ildən yenidən həmin vəzifəni icra edir. Eyni zamanda o, Universitet və fakültə Elmi Şuralarının, Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının, Azərbaycan-Türkiyə Tarixinin Araşdırma Fondunun (ATAF) Himayəçilər Şurasının üzvüdür. Anar İsgəndərov "Tarix və onun problemləri", "Dirçəliş", "Kəlam", "Yaşıl çay" jurnallarının redaksiya heyətinin üzvüdür.
  • 2011-ci ildə Castin Makkartinin ön sözü ilə ABŞ-da nəşr olunmuş "Realites of Azerbaijan: 1917-1920" əsəri ilə ABŞ Konqresi kitabxanasına daxil edilən ilk azərbaycanlı müəllifdir.
  • Professor  A.C.İsgəndərovun 6 monoqrafiyası, 8 dərs vəsaiti, 350-dən çox elmi məqaləsi nəşr olunmuş, o, 50-dən artıq kitabın elmi redaktoru, elmi məsləhətçisi və rəyçisi olmuşdur.
  • Professor A.C.İsgəndərov və kafedranın digər əməkdaşları mütəmadi olaraq  Beynəlxalq və Respublika elmi konfranslarında vətən tarixinin aktual problemləri ilə bağlı maraqlı məruzələrlə çıxış edirlər.
  • Professor A.C.İsgəndərov rəhbərliyi altında 20 nəfər namizədlik dissertasiyası müdafiə et­mişdir. Hazırda onun rəhbərliyi altında 10 əyani doktorant, 8 nəfər disser­tant dissertasiya üzərində tədqiqat işlərini davam etdirirlər. O, tarix elmləri proqramı üzrə 6 el­mlər doktorunun elmi məsləhətçisidir.
  • A.C.İsgəndərov müqəddəs Həcc, Ümrə və Məhşəd ziyarətlərində olmuşdur. Ailəlidir, iki övladı, iki nəvəsi var. 

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

  • 1978   Bakı Dövlət Universitetinin tarix fakültəsi
  • 1989   tarix elmləri namizədi
  • Dissertasiya işinin mövzusu: “Azərbaycanda sovet hakimiyyətinin qurulması və möhkəmləndirilməsinin tarixşünaslığı”
  • 2004   tarix elmləri doktoru
  • Doktorluq dissertasiyası mövzusu: “Azərbaycanda 1917-1918-ci illərdə türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı”
  • 2005   professor

ƏMƏK FƏALİYYƏTİ

  • 1978-1981    Boradigah qəsəbə orta məktəbində direktor müavini, sonra isə Kolatan orta məktəbində tarix müəllimi
  • 1982-1984    Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) "Fəlsəfə" kafedrasında kabinet müdiri
  • 1984-1989    Bakı Dövlət Universitetinin Tarix fakültəsinin “Mənbəşünaslıq, tarix­şü­nas­lıq və metodika” kafedrasında böyük laborant
  • 1989-1999    Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Mənbəşünaslıq, tarixşünaslıq və metodika" kafedrasında müəllim, baş müəllim, dosent
  • 1999-dan      Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Mənbəşünaslıq, tarixşünaslıq və metodika" kafedrasının müdiri

 

MÜKAFATLAR

  • 1998  Ankarada Türkiyə Cümhuriyyətinin 75 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda maraqlı məruzəsinə görə Türkiyə Cümhuriyyətinin baş nazirinin qol saatı və "Altun" medalı
  • 2008  Türkiyə və Azərbaycan tarixinin tədqiqində maraqlı araşdırmalarına görə "Azərbaycan və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin" "Qızıl döş nişanı"
  • 2009  Bakı Dövlət Universitetinin 90 illik yubileyi ilə bağlı Azərbaycan Respub­likası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı 
  • 2016   Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqində xidmətlərinə görə III dərəcəli "Vətənə xidmətə görə" ordeni
  • 2019   Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə “Azərbaycan Xalq Cümhuriyyətinin yubiley medalı”
  • 2019   Dövlət başçısının sərəncamı ilə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Bakı Dövlət Universitetinin  “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” 
  • 2019   Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikası Təhsil Nazirinin “Yubiley medalı”
  • 2024   Elm və Təhsil Nazirinin əmri ilə Heydər Əliyevin 100 illiyi (1923-2023) yubiley medalı

 

TƏDRİS ETDİYİ FƏNLƏR

  • Magistratura pilləsində “Tarix elminin aktual problemləri”, “Tarix elminin tarixi və metodo­lo­giyası”, “Azərbaycanın ictimai-siyasi fikir tarixində milli dövlətçilik məfkurəsi”

 

TƏDQİQAT SAHƏSİ

  • 1917-1920-ci illər Azərbaycan tarixi, Azərbaycanda 1917-1918-ci illərdə türk-müsəlman soyqırımı problemi, 1930-cu illərdə din xadimlərinə qarşı həyata keçirilən repressiyalar tarixi

 

BEYNƏLXALQ KONFRANS, SİMPOZİUM VƏ SEMİNARLARDA İŞTİRAKI

  • 2017   Beynəlxalq elmi konfrans, "XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları" 2017 V beynəlxalq elmi konfrans, “Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyəti”
  • 2018   Beynəlxalq elmi konfrans,  “Azərbaycan Xalq Cümhuriyyəti - 100: Müsəlman Şərqində ilk Parlamentli Respublika”
  • 2018   Beynəlxalq elmi konfrans, "Dünya Azərbaycanlıları: tarix və müasirlik”
  • 2020   Respublika elmi konfransı, “Heydər Əliyev dühası və intibah dövrünün davamlı inkişafı”
  • 2020   Respublika virtual elmi konfransı, “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir”, Bakı
  • 2020   Respublika virtual elmi konfransı, “Heydər Əliyev Müasir Azərbaycanın qurucusudur”, Bakı
  • 2020   Beynəlxalq Elmi və Praktik İnternet Konfransı, “Dünyaya inteqrasiya və elmlərin əlaqəsi”, Bakı
  • 2021   Respublika Elmi konfransı, “Müstəqilliyimizin 30 illiyi: Tarixşünaslıq və mənbəşünaslıq elminin uğurları və perspektivləri”, Bakı
  • 2022   Beynəlxalq Konfrans, “Azərbaycana təzyiqlər Türkiyə ictimaiyyətinin diqqətində”İstanbul
  •  

Seçilmiş əsərləri

  1. Əhməd Bəy Ağaoğlunun aşiqı. Tarix və Onun Problemi, N 3, 2016, s.374-376
  2. Massacres against türk-muslims population committed by dashnak-bolsheviks in 1918-1920 s. Azerbaijan National Academy of Sciences Commission on Research of Genocide against Azerbaijanis İnstitute of the Caucasus Studies "The Relaties of Genocide", Baku, 2017, s.162-184
  3. Quba soyqırımı. "Multikultralizm" ədəbi-bədii, elm-publisistik jurnalı, Bakı, 2017 № 2, s.51-55
  4. Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tarixində yeri. BDU-nun Tarix fakültəsinin Dünya azərbaycanlıları: tarix və müasirlik" mövzusunda keçirdiyi III beynəlxalq konfrans, 21-22 dekabr 2018-ci il, Dünya azərbaycanlıları: Tarix və müasirlik (elmi-nəzəri toplu – VII buraxılış), Bakı, 2020, 10-18
  5. Türk-müsəlman dünyasının böyük lideri Heydər Əliyev.Bakı Dövlət Universitetində Tarix fakültəsinin təşklatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev dühası və intibah dövrünün davamlı inkişafı” mövzusunda Respublika elmi konfransı. Bakı, 7 may 2020
  6. 1918-ci ilin mart soyqırımı tarixi sənədlərdə. Bakının erməni-daşnak, bolşevik işğalından azad edilməsinin 103 illiyinə həsr olunmuş “XX əsr türk-müsəlman soyqırımları, Bakının Qafqaz İslam Ordusu tərəfindən qurtuluşundan Qarabağ zəfərinə doğru Azərbaycan-Türkiyə münasibətləri” mövzusunda 10-11 sentyabr 2021-ci ildə keçirilən II Beynəlxalq Quba Simpoziumunun materialları, s.188-198
  7. Qafqaz İslan Ordusu və Azərbaycanın xilası. Bakının erməni-daşnak, bolşevik işğalından azad edilməsinin 103 illiyinə həsr olunmuş “XX əsr türk-müsəlman soyqırımları, Bakının Qafqaz İslam Ordusu tərəfindən qurtuluşundan Qarabağ zəfərinə doğru Azərbaycan-Türkiyə münasibətləri” mövzusunda 10-11 sentyabr 2021-ci ildə keçirilən II Beynəlxalq Quba Simpoziumunun materialları, s.165-187
  8. Xan qızı Gövhərnisə xanımın yadigarları: Gövhər Ağa məscidləri. “Milli Məclis” analitik-informasiya jurnalı, mart-aprel 2022, s.86-91
  9. Müstəqil Azərbaycan xanlıqlarının çar Rusiyası və Azərbaycan Xalq Cüm­hu­riyyətinin sovet Rusiyası tərəfindən işğalının oxşar cəhətlərinə bir baxış. “Azər­bay­can dövlət müstəqilliyinin 30 illiyi: Mənbəşünaslıq və tarixşünaslıq elminin uğurları və perspektivləri” Respublika elmi konfransının materialları, Bakı, 2022, s.7-8 
  10. İsgəndərov Anar Camal oğlu “Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə yeri Dünya azərbaycanlıları” tarix və müasirlik” III beynəlxalq elmi konfrans materialları 21-22 dekabr 2018 II cild, Bakı 2023 s.7-10
  11. İsgəndərov Anar Camal oğlu “Bağımsız Azerbaycanın kurucusu Haydar Aliyev” Türkiyə Cümhuriyyəti, Bayburt şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans materialları. Bayburt 2023 s.265
  12. İsgəndərov Anar Camal oğlu “Böyük müəllim, böyük ağsaqqal”. Möhübbət Nurullayev “Ziyalılığın təcəssümü” ( məqalə, oçerk və xatirələr).Elm və təhsil nəşriyyatı.Bakı,2023.s.5-6
  13. İsgəndərov Anar Camal oğlu “Böyük əxlaq sahibi və səmimi ziyalı Nurəddin Ədiloğlu” Ölməzlik haqqı”.Bakı, 2023.s.77
  14. İsgəndərov Anar Camal oğlu “İrəvan şəhərinin Təpəbaşı məhəlləsi Qərbi Azərbaycan” “Tarixi-siyasi” aspektlər. “Elm və təhsil”.Bakı-2023s.146-160
  15. İsgəndərov Anar Camal oğlu “Qafqaz İslam Ordusu və Azərbaycanın xilası Kəlam” elmi-ədəbi publisistik jurnal.Ümummilli lider Heydər Əliyev 100.s.28-42

 KİTABLAR

  1. İsgəndərov A. 1918-ci il Mart qırğınının tarixşünaslığı. Bakı, 1997
  2. İsgəndərov A. Azərbaycan Xalq Cümhuriyyəti. Bakı, 2003
  3. İsgəndərov A. Azərbaycanda türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı (1918-1920), 2006
  4. Isgəndərov A. Təzəpirin tarixi (Azərbaycan, rus, ingilis və ərəb dillərində), Bakı, 2009
  5. İsgandarov A. Realites of Azerbaijan: 1917-1920, 2011,
  6. Isgəndərov A. Azərbaycan ərazisində erməni quldur və terrorçu birləşmələrinin törətdikləri cinayətlərə dair faktlar. 2011
  7. İsgəndərov A. Azərbaycan həqiqətləri: 1917-1920. Bakı, 2012
  8. А.Искендеров, А.Мамедов. Историческая демография (учебное пособие). Баку, 2017
  9. Isgəndərov A., Səidə Əli qızı. Azərbaycan Xalq Cümhuriyyətinin yadıgarı: Bakı Dövlət Universiteti - 100. Bakı, 2019, 176 s.
  10. Isgəndərov A. Qafqaz İslam Ordusu və Azərbaycanın xilası. Bakı, Turxan NPB, 2019, 120 s.
  11. Bakı Dövlət Universiteti - 100 ilin elm və təhsil məbədi (həmmüəllif). “Nurlar” nəşriyyatı, Bakı, 2019, 296 s.
  12. Qarabağ Azərbaycandır! Zəfər epopeyası (kollektiv monoqrafiya). Bakı, 2021, s.Anar İsgəndərov, Aydın Məmmədov “ Tarix və onun metodologiyası”. Dərslik. Bakı, 2024, s.309
  13. Anar İsgəndərov, Aydın Məmmədov “ Tarix və onun metodologiyası”. Dərslik. Bakı, 2024, s.309
Əlaqə
Bakı Dövlət Universiteti, Yeni Tədris binası, 8-9-cu mərtəbələr, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: +994 12 5391068 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət