M.M.Hüseynov adına Arxeologiya va etnoqrafiya muzeyi 1986-ci ildə Arxeologiya va etnoqrafiya kafedrası nəzdində yaradılmış, qısa vaxt ərzində zəngin və elmi cəhətdən çox qiymətli maddi mədəniyyət nümunələri va etnografik materiallarla təchiz olunmuşdur.
Muzey uzun müddət Arxeologiya və etnoqrafiya kafedrasına başçılıq etmiş görkəmli arxeoloq alim, Azərbaycanın daş dövrü arxeologiyasının banilərindən biri və bu sahədə qiymətli tadqiqat əsərlarinin müəllifi olan Məmmədəli Huseynovun adını daşıyır.
Ötən müddət ərzində muzey ekspozisiyasi va fondu xeyli zənginləşmişdir. Muzeydə qədim daş dövründən tutmuş orta əsrlərədək uzun bir dövrə aid misilsiz maddi mədəniyyət nümunələri və maraqlı etnoqrafik materiallar nümayiş etdirilir. Onların içərisində Azıx mağasından tapılan qədim daş alətlər və fauna qalıqları bir çox muzeylərin qibtəedici nadir tapıntılarındandır. Muzeydə saxlanılan qədim maddi mədəniyyət nümunələrinin böyük bir qismi tunc dövrünün ardıcıl inkişaf mərhələlərinə aid olmaqla uzaq keçmişdə Azərbaycan ərazisində məskunlaşmış qədim tayfaların məişət və təsərrüfatından, adət və ənənələrindən, dini təsəvvür və mərasimlərindən, mədəniyyət və incəsənətindən xəbər verir. Muzeydə nümayiş etdirilən maddi mədəniyyət nümunələri içərisində antik va orta əsrlərə aid saxsı məlumatları sikkələr və digər tapıntılar da qiymətli və elmi cəhətdən çox dəyərlidirlər.
Etnoqrafiya bölməsində isə xalqımızın əkinçiliklə bağlı əmək alətləri, məişət avadanlığı, geyim və bəzəkləri, nəfis al tikmələri, ayrı-ayrı sənətkarlıq nümunələri və digər materiallar nümayiş etdirilir. Muzeydəki qədim vəl nümunəsi maraqli eksponatlardan olmaqla hamıda maraq doğurur və Azərbaycanın yüksək əkinçilik mədəniyyətindən söhbət açır.
Muzeyin Arxeologiya və Etnoqrafiya ekspozisiya kolleksiya şəkilləri.
Muzeydə tez-tez elmi-kütləvi tədbirlər keçirilir, mühazirələr oxunur, seminar məşğələləri aparılır.
Hal-hazırda muzey müdiri Yasəmən Qasımlıdır.
Arxeologiya və etnoqrafiya muzeyinin
Arxeologiya və etnoqrafiya muzeyinin