Kafedra Haqqında

Kafedra 1919-cu ildə yaradılmışdır. 1922-ci ildən Qədim tarix və Orta əsrlər tarixi kafedraları kimi, 1980-ci ildən indiki adla fəaliyyət göstərir. Kafedrada müxtəlif vaxtlarda professor Mehdi Məhəmməd oğlu İrəvanski, professor Ədhəm Mürsəl oğlu Şahmalıyev, professor Məlik Həsən oğlu Orucov, professor Bəxtiyar Əmrah oğlu Əhmədov, dosent Mirheydər Nəzər oğlu Mirzəyev kimi görkəmli alimlər və tanınmış ziyalılar fəaliyyət göstərmişlər. Hal-hazırda kafedranın müdiri akademik Yaqub Mikayıl oğlu Mahmudovdur.

Hazırda kafedrada Yaqub Mikayıl oğlu Mahmudov (akademik), Əmrah Nemət oğlu Dadaşov (professor), Elvira Məhəmməd qızı Lətifova (dosent), Rövşən Arif oğlu Muğanlinski (dosent), Nazilə Böyük Ağa qızı Məmmədova (baş müəllim), Sevinc Əlixan qızı Zeynalova (baş müəllim), Sayad Çingiz qızı Mehtizadə (t.ü.f.d., müəllim), Rəna Şamil qızı Şahbazova  (t.ü.f.d., müəllim), Sevinc Məlik Məmməd qızı Məlikzadə (t.ü.f.d., müəllim) çalışırlar.

Kafedranın elmi-pedaqoji fəaliyyətinin formalaşmasında mühüm rol oynamış şəxslərdən professor Mehdi Məhəmməd oğlu İrəvanski, professor Ədhəm Mürsəl oğlu Şahmalıyev, akademik Yaqub Mikayıl oğlu Mahmudov və digər görkəmli alimlərin xidmətləri olmuşdur.

Qədim dünya və orta əsrlər tarixi kafedrası tarixçi kadrların yetişdirilməsi üçün ən gərəkli kafedralardan biridir. Universitetə qəbul olunmuş tarixçi gənclər tarixin öyrənilməsinə bu kafedradan başlayır. Kafedrada “Avropa-Asiya qarşılıqlı əlaqələri və Azərbaycan” mövzusunda elmi-tədqiqat işləri aparılır. Bu istiqamət iki əsas mövzuya bölünür: 1. Qədim Azərbaycanın Şərq ölkələri və Antik dünya ilə əlaqələri; 2. Orta əsrlərdə Avropa ölkələrinin qarşılıqlı ticarət, siyasi və mədəni əlaqələrində Azərbaycanın yeri və rolu. Kafedranın professor-müəllim heyəti, doktorantları və magistantları mövzuların ayrı-ayrı problemləri üzrə geniş tədqiqat işləri aparırlar.

Kafedrada 12 tarix üzrə fəlsəfə doktoru hazırlanmışdır.

Kafedranın Türkiyə, Dağıstan və Rusiyanın müxtəlif universitetləri ilə çoxillik elmi əməkdaşlıq əlaqələri vardır. Hal-hazırda Qədim dünya və orta əsrlər tarixi kafedrası Varşava universitetitinin Şərqşünaslıq fakültəsi nəzdində fəaliyyət göstərən “Azərbaycanşünaslıq” mərkəzi ilə əlaqələrin yaradılması istiqamətində işlərini davam etdirir.

Kafedranın əməkdaşları tərəfindən tədris olunan fənlər üzrə 40-dan çox monoqrafiya, dərslik, dərs vəsaiti, proqram, metodik göstəriş, 1500-dən çox elmi məqalə nəşr olunmuşdur. Kafedra əməkdaşlarının iştirakı ilə 10 dərslik, dərs vəsaiti və metodik göstəriş, 35 proqram nəşr edilmişdir. 

Hazırda kafedrada 15 nəfər magistrant elmi fəaliyyətlə məşğul olur.

Əlaqə
Bakı Dövlət Universiteti, Yeni Tədris binası, 8-9-cu mərtəbələr, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: +994 12 5391068 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət