Kafedra haqqında

Azərbaycan ta­ri­xi (humanitar fa­kültələr üzrə) kafed­rası 1941-ci ildə fəaliyyətə baş­lamışdır. 1991-ci il­dən müstəqil kafedra­dır. Kafedraya 1991-2004-cü il­lərdə prof.Qurban Bay­ramov rəhbərlik etmişdir. 2001-ci ildə kafedranın bazasında yeni Azərbaycan tarixi (humanitar fakül­tələr üzrə) kafedrası yaradılmışdır.

2011-ci ildən etibarən ka­fedra müdiri dosent Azad Rzayevdir. Dosent Azad Rzayev XIX əsrlərdə Azər­bay­canın siyasi-sosial, iqtisadi, mədəni məsələlərini tədqiq edir. 30-dan çox elmi əsərin müəllifidir.

Hazırda kafedrada  t.e.d., professor Fə­za­il İbrahimli, t.e.d., professor İbra­him Zeynalov, t.e.d., professor Elmira Mu­radəliyeva, t.e.d., professor əvəzi Nuru Məm­mədov, t.e.d., professor əvəzi Cəmilə Rüstəmova, dosent A.Ə.Rzayev, dosent Kəmalə Nəcəfova, dosent Xumar Səfə­rova, dosent Boran Əziz, dosent Sevda İsmayılova, dosent əvəzi Ələmdar Şahverdiyev, dosent əvəzi Arifə Adıgözəlova, baş müəllim Vaqif Nəbiyev, mü­əllimlər -  t.ü.f.d. Təhminə Aslanova, t.ü.f.d. Xoşqədəm Qarayeva , t.ü.f.d. Kəmalə Qurbanova, İsa Quliyev, Rəşad Cabarov və Gülnarə Sədrəddinova, habelə 1 tədris-köməkçi heyət böyük laborant – Rəna Məlikli çalışır. 

Kafedra ölkədə Azərbaycan tarixi prob­lem­lərinin ən mühüm tədqiqat mərkəz­lə­rindəndir. Elmi araşdırmalar yeni və müasir dövrədək Azərbaycanın çoxsaylı problemlərini əhatə edir.

Kafedranın əməkdaşları tərəfindən müxtəlif illərdə «Heydər Əliyev və Azərbaycan tarix elmi» Q.M.Bayramov); «İslahatdan sonrakı dövrdə Azərbaycanda torpaq icarə münasibətləri» (L.L.Hə­­­sənova); «Azərbaycan torpağından axan qan – neft seli və torpaq», «Города Кавказа на Ве­ликом Шелковом пути» (E.B.Muradəliyeva); «Azərbaycan kəndində sosial-siyasi pro­ses­lər. 1920-1930-cu illər» (F.F.İbrahimli); «Azər­bay­­canın iqtisadi və sosial inkişafı. 1970-1980-ci illər» (İ.X.Zeynalov); «Türkmənçay-1828: tarixi xronika» (K.K.Şükürov); «Z.İbrahimov. Seçilmiş əsərlər» (A.Z.İbra­hi­mova); «Xocalı soyqırımı: sə­bəbləri, həyata keçirilmə üsulları və nəticələri» (B.O.Əziz); «Из истории предпринимательства в Азербайджане» (C.Y.Rüstəmova) və digər monoqrafik araşdırmalar, Azərbaycan tarixi (XIX-XXI əsrin əvvəli) mühazirələr kursu, Azərbaycan tarixinin öyrənilməsində bədii ədəbiyyat mənbə kimi ( XIX əsrin II yarısı Şimalı Azərbaycan bədii ədəbiyyatı üzrə), Dərs vəsaiti (S.A. İsmayilova) nəşr edilmişdir. 

Əlaqə
Bakı Dövlət Universiteti, Yeni Tədris binası, 8-9-cu mərtəbələr, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: +994 12 5391068 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət