Elmi istiqamət və elmi-tədqiqat mövzuları

İstiqamət: Avropa – Asiya qarşılıqlı əlaqələri və Azərbaycan

1. Qədim Azərbaycanın Şərq ölkələri və antik dünya ilə əlaqələri

Mövzunun rəhbəri: akademik Yaqub Mikayıl oğlu Mahmudov

İcraçılar: akademik Yaqub Mikayıl oğlu Mahmudov, professor Əmrah Nemət oğlu Dadaşov, dosent Elvira Məhəmməd qızı Lətifova

Məqsəd: Qədim Azərbaycanın İkiçayarası, Kiçik Asiya ölkələri və Antik dünya ilə qarşılıqlı əlaqələri araşdırmaq

Nəticə: Mənbə məlumatlarına və arxeoloji tapıntılara əsasən Qədim Azərbaycanın qonşu ölkələrlə qarşılıqlı əlaqələri aşkar edilmişdir.

Təcrübi əhəmiyyəti: Vətən tarixi ixtisası üzrə elmi apaşdırmalarda, bakalavr və magistratura pillələrində tədris prosesi zamanı istifadə edilə bilər

  • “Armina” coğrafi ərazisinin adının ermənilər tərəfindən mənimsənilməsi

Mövzunun rəhbəri: akademik Yaqub Mikayıl oğlu Mahmudov

İcraçılar: akademik Yaqub Mikayıl oğlu Mahmudov

Məqsəd: “Armina” coğrafi ərazisinin adının ermənilər tərəfindən mənimsənilməsini araşdırmaq və gerçəkləri müəyyən etmək

Nəticə: Mənbə araşdırmasına əsasən nəticəyə gəlmək olar ki, Qafqaz ərazisinə köçürülən ermənilərin ulu babaları Kiçik Asiyayanın yerli əhalisi deyil, Fərat çayının yuxarılarına Balkan yarmadasından köçüb gəlmişlər.

Təcrübi əhəmiyyəti: Vətən tarixi ixtisası üzrə elmi apaşdırmalarda istifadə edilə bilər

  • Orta tunc dövrünün torpaqbecərmə alətləri

Mövzunun rəhbəri: akademik Yaqub Mikayıl oğlu Mahmudov

İcraçılar: professor Əmrah Nemət oğlu Dadaşov

Məqsəd: Azərbaycanda orta tunc dövrünün təsərrüfat-məişət komplekslərini Vətən tarixşünaslığında araşdırmaq, torpaqbecərmə alətlərini müəyyən etmək

Təcrübi əhəmiyyəti: Arxeologiya ixtisası üzrə elmi apaşdırmalarda istifadə edilə bilər

  • Etnik miqrasiyalar

Mövzunun rəhbəri: akademik Yaqub Mikayıl oğlu Mahmudov

İcraçılar: dosent Elvira Məhəmməd qızı Lətifova

Məqsəd: Qədim Azərbaycan ərazisinə etnik miqrasiyaları və onların məskunlaşma ərazilərini araşdırmaq

Nəticə: Mənbələrin və problemə dair tədqiqat əsərlərinin əsasında belə qənaətə gəlmək olar ki, Qədim Azərbaycanla İkiçayarası əlaqələrdə xüsusilə kuti, su, turukki və kaşşu tayfalarının rolu olmuşdur.

Təcrübi əhəmiyyəti: Vətən tarixi ixtisası üzrə elmi apaşdırmalarda istifadə edilə bilər

2. Orta əsrlərdə Avropa ölkələrinin qarşılıqlı ticarət, siyasi və mədəni əlaqələrində Azərbaycanın yeri və rolu

Mövzunun rəhbəri: akademik Yaqub Mikayıl oğlu Mahmudov

İcraçılar: akademik Yaqub Mikayıl oğlu Mahmudov, dosent Rövşən Arif oğlu Muğanlinski, baş müəllim Nazilə Böyük Ağa qızı Məmmədova, baş müəllim Sevinc Əlixan qızı Zeynalova, t.ü.f.d., müəllim Sayad Çingiz qızı Mehtizadə, t.ü.f.d., müəllim Rəna Şamil qızı Şahbazova

Məqsəd: Azərbaycan Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa dövlətləri ilə ilk diplomatik, ticarət və mədəni əlaqələrini araşdırmaq

Nəticə: Azərbaycan Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa dövlətləri ilə ilk diplomatik və mədəni əlaqələri 1453-cü ildə Bizans imperiyasını süqut etdirən və Kiçik Asiyada yerləşərək Avropa üçün bpyük təhlükə yaradan -  “türk problemi”ndən sonra yaranmışdır.

Təcrübi əhəmiyyəti: Ümumi tarix ixtisası üzrə elmi apaşdırmalarda, bakalavr və magistratura pillələrində tədris prosesi zamanı istifadə edilə bilər

  • Səfəvilərin Qərbi Avropa ölkələri ilə əlaqələri ingilisdilli tarixşünaslıqda

Mövzunun rəhbəri: akademik Yaqub Mikayıl oğlu Mahmudov

İcraçılar: dosent Rövşən Arif oğlu Muğanlinski

Məqsəd: Səfəvi – İngiltərə əlaqələrinin ingilisdilli tarixşünalıqda öyrənilmə dərəcələrini müəyyən etmək

Nəticə: Səfəvilərin hakimiyyəti illərində İngiltərə ilə əsasən ticarət münasibətləri qurulmuşdur. 

Təcrübi əhəmiyyəti: Ümumi tarix ixtisası üzrə elmi apaşdırmalarda və magistratura pilləsində tədris prosesi zamanı istifadə edilə bilər

  • Çaldıran döyüşündən sonra Səfəvilərin Qərbi Avropa dövlətləri ilə diplomatik əlaqələri

Mövzunun rəhbəri: akademik Yaqub Mikayıl oğlu Mahmudov

İcraçılar: baş müəllim Nazilə Böyük Ağa qızı Məmmədova

Məqsəd: Səfəvi – Avropa ölkələrinin  diplomatik əlaqələrini araşdırmaq və öyrənilmə dərəcəsini müəyyən etmək

Nəticə: Mənbə materialların təhlil edilməsi nəticəsində Çaldıran döyüşündən sonra Səfəvi-Portuqaliya əlaqələrinin gücləndiyi, İtaliya ilə əlaqələrin zəiflədiyi görünür.

Təcrübi əhəmiyyəti: Ümumi tarix ixtisası üzrə elmi apaşdırmalarda və magistratura pilləsində tədris prosesi zamanı istifadə edilə bilər

  • Ağqoyunlu-Osmanlı müharibəsi (1472-1473) və onun nəticələri

Mövzunun rəhbəri: akademik Yaqub Mikayıl oğlu Mahmudov

İcraçılar: baş müəllim Sevinc Əlixan qızı Zeynalova

Məqsəd: Ağqoyunlu-Osmanlı müharibəsi (1472-1473) və onun nəticələrini araşdırmaq və öyrənilmə dərəcəsini müəyyən etmək

Nəticə: 1472-1473-cü illər Ağqoyunlu-Osmanlı müharibəsinin mənbə və ədəbiyyatlar üzərində araşdırılması nəticəsində Türkiyə üzərində qələbələr əldə edən Ağqoyunlu süvarilərinin əslində II Mehmedin şərqə doğru genişlənmək planlarını yarımçıq qoyduqları və Osmanlı sultanının Azərbaycanı, bütünlükdə isə Cənubi Qafqazı və İranı tuta bilməməsi müəyyən edilmişdir.

Təcrübi əhəmiyyəti: Ümumi tarix ixtisası üzrə elmi apaşdırmalarda və magistratura pilləsində tədris prosesi zamanı istifadə edilə bilər

  • Qərbi Avropa səyyahlarının əsərlərinin Azərbaycan tarix elmində tədqiqi səviyyəsi

Mövzunun rəhbəri: akademik Yaqub Mikayıl oğlu Mahmudov

İcraçılar: t.ü.f.d., müəllim Sayad Çingiz qızı Mehtizadə

Məqsəd: XV-XVII əsrlərdə Azərbaycanın mədəni inkişaf tarixini özundə əks etdirən Qərbi Avropa mənbələrinin Vətən tarixşünaslığında tədqiqi səviyyəsini araşdırmaq və təhlil etmək

Nəticə:  Azərbaycanın mədəni həyatına dair bu və ya digər dərəcədə məlumatları özündə əks etdirən Avropa səyyah gündəlikləri Vətən tarixşünaslığında müəyyən qədər araşdırılmış, bu barədə bir sıra namizədlik və doktorluq dissertasiyaları müdafiə edilmiş, elmi əsərlər nəşr edilmişdir.

Təcrübi əhəmiyyəti: Ümumi tarix ixtisası üzrə elmi apaşdırmalarda və magistratura pilləsində tədris prosesi zamanı istifadə edilə bilər

  • Ərəb xilafəti dövründə siyasi və iqtisadi vəziyyət rus tarixşünaslığında

Mövzunun rəhbəri: akademik Yaqub Mikayıl oğlu Mahmudov

İcraçılar: t.ü.f.d., müəllim Rəna Şamil qızı Şahbazova

Məqsəd: Orta əsr Azərbaycan dövlətlərinin siyasi və iqtisadi vəziyyətini rus tarixşüanslığında araşdırmaq

Nəticə: V.V.Bartoldun Ərəb xilafəti dövründə Azərbaycanın siyasi və iqtisadi vəziyyət bağlı olan mülahizələri, onun istifadə etdiyi tarixi faktlar, mənbələrdən etdiyi tərcümələr hələ də öz aktuallığını və elmi əhəmiyyətini saxlayır.

Təcrübi əhəmiyyəti: Ümumi tarix ixtisası üzrə elmi araşdırmalarda istifadə edilə bilər

Əlaqə
Bakı Dövlət Universiteti, Yeni Tədris binası, 8-9-cu mərtəbələr, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: +994 12 5391068 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət