İstiqamət: Arxeologiya, antropologiya və etnoqrafiya
2024-cü il üzrə:
Elmi istiqamət: Azərbaycanın arxeoloji, etnoqrafik və antropoloji araşdırılması
Mövzunun adı: Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi
Məqsəd: Qarabağın və Şərqi Zəngəzurun mədəni irsinin səciyyəsi üçün yazılı mənbə məlumatlarının, arxeoloji mənbələrin, paleoantropoloji dəlillərin, memarlıq və epiqrafik abidələrin, etnoqrafik materiallarının toplanması, sistemləşdirilməsi və müasir metodoloji nailiyyətlərin konteksində yeni interpretasiyası əsasında kompleks tədqiqatla bölgənin mədəni irsinin obyektiv tədqiqi, onun inkişaf mərhələlərinin, ümumazərbaycan xüsusiyyətlərinin, məhəlli özəlliklərinin müəyyənləşdirməsi, dünya mədəni irsində yerini və əhəmiyyətini göstərmək, mədəni irsin qorunması və təbliğinə yardım etməkdir.
Elmi tədqiqat işi 1. Qarabağ və Şərqi Zəngəzurun maddi mədəni irsi
Mövzunun rəhbəri: Dosent Dostiyev Tarix Meyrut oğlu
İcraçılar: Dosent Dostiyev Tarix Meyrut oğlu, dosent Pirquliyeva Qanira Əli qızı, dosent Avşarova İradə Nizam qızı, t.ü.f.d Mahmudova Hicran Rəhman qızı
Məqsəd: Müxtəlif xarakterli mənbələrə əsaslanmaqla Qarabağın və Şərqi Zəngəzurun kompleks tədqiqi və təşviqidir.
Elmi tədqiqat işi 2. Qarabağ və Şərqi Zəngəzurun qeyri-maddi mədəni irsi
Mövzunun rəhbəri: Dosent Dostiyev Tarix Meyrut oğlu
İcraçılar: Dosent İbrahimova Rəna Muxtar qızı, b/m Bayramov Asif Cabir oğlu, t.ü.f.d. Əsədova Əmanət Allahverən qızı, t.ü.f.d. Həvilova Fəxriyyə Həvil qızı, b/m Orucova Laləndar Ruhulla qızı
Məqsəd: Nəsildən-nəslə ötürülən və daim yenilənən təcrübələri, təsəvvürləri, ifadələri, ətraf mühit, təbabət, kainat üzrə emprik bilikləri, bacarıqları, əlaqəli mədəni məkanı ehtiva edən qeyri-maddi mədəni irsin hər bir xalqın özgünlünün, mövcudluğunun, dayanaqlı inkişafının mühüm şərtidir. Tədqiqat işinin məqsədi Qarabağın və Şərqi Zəngəzurun çoxşaxəli, zəngin qeyri-maddi irsinin arxeoloji, etnoqrafik, lingvistik mənbələr əsasında səciyyələndirmək; Azərbaycanın mədəni irsində yerini və əhəmiyyəti müəyyənləşdirməkdir.
2023-cü il üzrə
Türk xalqlarının arxeologiyası, etnoqrafiyası və antropologiyası: mədəniyyətlərarası mübadilə və varislik məsələləri
Mövzunun rəhbəri: dosent Kərəm Məmmədov
İcraçılar:
Kərəm Məmmədov |
Asif Bayramov
Məqsəd: Ön Asiya türklərinin etnogenezinin öyrənilməsi ilə onların antropoloji- irqi mənsubiyyətini müəyyən etmək və avtoxton əhalinin əsas morfoloji-linqvistik xüsusiyyətlərini, etnik tarixini müəyyən etmək
Nəticə: Antropoloji və etnoqrafik araşdırmalar bölgənin türksoylu əhalisinin avtoxton olduğunu, onların ağ irqin daşıyıcısı olmaqla yanaşı, bəzi lokal variantlarda nisbi epikantusa da rast gəlindiyini bildirmək mümkündür
Təcrübi əhəmiyyəti: Tədris prosesində və elmi əsərlərin yazılmasında istifadə oluna bilər
Tunc dövrü mədəniyyətlərinin ardıcıl inkişaf mərhələləri
Mövzunun rəhbəri: dosent Kərəm Məmmədov
İcraçılar: Qüdrət İsmayılzadə, Laləndər Orucova
Məqsəd: Azərbaycanın tunc dövrü mədəniyyətlərinin inkişafındakı ardıcıllıq həm yaşayış yerləri, həm qəbir abidələri, həm də məişət-təsərrüfat abidələrinin misalında ətraflı araşdırmaq, mədəniyyətlərin genezisini, xronologiyasını öyrənmək
Nəticə: Yaşayış yerləri, qəbir abidələri və tapılan artefaktlar tunc dövrünün ardıcıl inkişaf xüsussiyyətlərini izləməyə imkan verir
Təcrübi əhəmiyyəti: Tunc dövrü arxeologiyası ilə bağlı elmi işlərdə istifadə oluna bilər
IV-VII əsrlərdə Azərbaycanda etnik-mədəni proseslər
Mövzunun rəhbəri: dosent Kərəm Məmmədov
İcraçılar: Tarix Dostiyev
Məqsəd: İlk orta əsrlərdə Azərbaycanın “Xalqların böyük köçü” adlandırılan hərbi-siyasi hadisələr burulğanına cəlb olunması, regionda fəal cərəyan edən etnik-mədəni proseslərinin mənzərəsini arxeoloji abidələr, arxeoloji qazıntıların nəticələrinin yazılı mənbələrlə kompleks təhlili əsasında bərpa etməkdir
Nəticə: Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, IV-VIII əsrlər Azərbaycanın etnik-mədəni tarixində xüsusi bir mərhələ olmuş, şimaldan və cənubdan müxtəlif xarakterli müqrasiyalar baş vermiş, etnik konsolidasiya prosesləri güclənmiş, dini rəngarənglik dərinləşmiş, bütpərəst, zərdüşt, xristian mədəniyyətləri özününün əksini arxeoloji abidələrdə mühafizə etmişdir. Bu dövrdə həm də Azərbaycana yəhudilərin miqrasiyası olmuş və burada iudaist icma fəaliyyət göstərməyə başlamışdır. Dövrün sonunda ölkədə yeni dininin – İslamın yayılması etnik-mədəni prosesləri daha da sürətləndirmiş, Azərbaycan xalqının formalaşmasında özünəməxsus rol oynamışdır.
Təcrübi əhəmiyyəti: Arxeoloji materialların öyrənilməsində istifadə oluna bilər
Azərbaycanin antik dövr qəbir abidələri və onlarda mifoloji xüsusiyyətlər
Mövzunun rəhbəri: dosent Kərəm Məmmədov
İcraçılar: İradə Avşarova
Məqsəd: Albaniya ərazisində yaşamış tayfaların mənəvi mədəniyyətini araşdırmaq, buradakı tayfaların etnik kimliyi haqqında arxeoloji qazıntı materialları əsasında məlumat vermək
Nəticə: Azərbaycan arxeologiyasında ilk dəfə olaraq arxeoloji komplekslərdə və maddi mədəniyyət nümunələrində əks olunan mifoloji görüşlər, onların semantik xüsusiyyətləri, simvolik mənası ümumiləşdirilərək araşdırılmış, müqaisəli təhlil əsasında mifoloji və dini xüsusiyyətləri özündə yaşadan ibadətgahların səciyyəvi və lokal xüsusiyyətləri müəyyən edilmiş, eneolit, tunc və antik dövrlərinə aid bəzi dəfn adətlərinin sakral xüsusiyyətləri müəyyən edilmişdir.
Təcrübi əhəmiyyəti: Arxeoloji istiqamətli tədqiqiatlarda istifadə oluna bilə
Qafqazda yaşayan türk xalqlarının ailə məişəti
Mövzunun rəhbəri: dosent Kərəm Məmmədov
İcraçılar: Rəna İbrahimova
Məqsəd: Müasr dövrdə ailə məişətinddə yer almış innovasiyaları göstərmək, onların mənfi və müsbət nəticələrini üzə çıxartmaq, azərbaycalılar, qaraçaylı, balkarlar, noqaylar, qumukların ailə məişətinin müxtəlif problemləri müqayisəli şəkildə araşdırmaq
Nəticə: ailə və nigahın foraları bilavasitə cəmiyyətin sosial-içtimai və iqtisadi səviyyəsindən asılıdır. Nigah adətləri xalqların dini, sosial mənsubiiyyətini, maddi durumlarını əks etdirir
Təcrübi əhəmiyyəti: Etnoqrafik araşdırmalarda istifadə olunabilə
Parfiya və Qafqaz Albaniyasının iqtisadi əlaqələrinin tarixşünaslığı
Mövzunun rəhbəri: dosent Kərəm Məmmədov
İcraçılar: Qanira Pirquliyeva
Məqsəd: Tarixşünaslıqda yalnız Azərbaycan elmində mövcud olan əsərlərin öyrənilməsi deyil, həmçinin əcnəbi alimlərin əsərlərini təqdiqata cəlb etmək nəzərdə tutlmuşdur
Nəticə: Azərbaycanın antik dövr dövləti olan Atropatena və Albaniyanın Parfiyanın əsas vilayətlərindən olması faktının təsdiqlənir
Təcrübi əhəmiyyəti: Tarixi və numizmatik araşdırmalarda istifadə oluna bilər
Etnik inkulturasiya prosesinin mərhələləri və etnik identifikasiyanın səviyyələri
Mövzunun rəhbəri: dosent Kərəm Məmmədov
İcraçılar: Əmanət Əsədova
Məqsəd: İnkulturasiyanın tam və hərtərəfli baş verməsi üşün lazım olan bilik və təcrübənin düzgün istiqamətlənməsi, milli etnik mədəniyyətin dünyəviliyini və əhəmiyyətini dəyərləndirmk və milli təəssübkeşliyin yüksək səviyyədə formaşdırılması
Nəticə: Müəyyən olunmuşdur ki, inkulturasiyanın birinci məhələsində tərbiyəcinin uğurlu rolu onun daha yüksək milli mənəvi dəyələrə, xalqının etnik tarixi aqibətini real mənbələrə əsaslanaraq bilməsini tələb edir
Təcrübi əhəmiyyəti: Antropoloji tədqiqatlarda istifadə oluna bilər
Göyçə mahalı əhalisinin tarixi-etnoqrafik səciyyəsi
Mövzunun rəhbəri: dosent Kərəm Məmmədov
İcraçılar: Fəxriyyə Həvilova
Məqsəd: Göyçə mahalında əhalinin tarixi dinamikası bu ərazinin tarixi Azərbaycan topraqlarından bir hissə olmasını və əhalinin avtoxton türk tayfalarından ibarət olmasını və bu ərazilərə ermənilərin sonradan məqsədyönlü şəkildə köçürülməsini göstərmək
Nəticə: etnoqrafik materiallar və statistik göstəricilər təsdiq edir ki, ermənilər buraya köçürülmə etnoslardandır
Təcrübi əhəmiyyəti: Azərbaycan tarixi vəetnoqrafiyasının öyrənilməsində istifadə oluna bilər
İlk dəmir dövründə Cənubi Qafqazda mədəniyyətlərin varislik bağlılığı
Mövzunun rəhbəri: dosent Kərəm Məmmədov
İcraçılar: Hicran Mahmudova
Məqsəd: Mədəniyyətlərin xarakterik xüsusiyyətləri, onların xronologiyası, arealının öyrənilməsi ilə, arxeoloji mədəniyyətlərdə varisliyi izləyərək, qarşılıqlı təsirin hansı istiqamətdə getdiyini araşdırmaq
Nəticə: Erkən dəmir dövründə Cənubi Qafqazda müasir Azərbaycan ərazisində yaranıb formalaşmış mədəniyyətlər, bütün bölgəyə öz təsirini göstərmiş, tarixi torpaqlarımızda Xocalı-Gədəbəy, Naxşıvan mədəniyyətinin əsas xüsusiyyətlərini özündə əks etdirən oxşar və sinxron artefaktlar aşkar olunmuşdur. Bütün bunlar bölgədə avtoxton əhalinin arxeoloji mədəniyyətinin əvvəlki mədəniyyətlər əsasında formalaşdığını, eyni etnik kökə malik insanların mədəni varisliyinin izlərini görməyə imkan verir.
Təcrübi əhəmiyyəti: Arxeoloji araşdırmalarda istifadə oluna bilər