Fakültə haqqında

Bakı Dövət Universitetinin Tarix fakültəsində 4 ixtisas üzrə - Tarix, Tarix müəllimliyi, Regionşünaslıq (Qafqaz üzrə), Regionşünaslıq (Amerika üzrə) mütəxəssis hazırlığı həyata keçirilir. Hal-hazırda fakültədə ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində 2130 nəfər (1894 əyani təhsilalma forması üzrə, 76 tələbə qiyabi təhsilalma forması üzrə, 160 magistratura səviyyəsi üzrə) Azərbaycan, rus və ingilis dillərində təhsil alır.

Fakültənin nəzdində 2 elmi tədqiqat laboratoriyası (“Azərbaycanın maddi-mədəniyyət tarixi” ETL, “Dünya azərbaycanlıları: tarixi demoqrafiya” ETL), 1 mərkəz (“Tarix, dil və metodika”) və 10 kafedra (Arxeologiya və etnoqrafiya, Asiya və Afrika ölkələri tarixi, Azərbaycan tarixi (humanitar fakültələr üzrə), Azərbaycan tarixi (təbiət fakültələri üzrə), Mənbəşünaslıq, tarixşünaslıq və metodika, Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi, Qədim dünya və orta əsrlər tarixi, Slavyan ölkələri tarixi, Türk xalqları tarixi, Qafqaz xalqları tarixi) mövcuddur.

Tələbələrimiz birinci kursdan etibarən elmi-tədqiqat işlərinə cəlb olunurlar. Tələbələrimizin təhsilinə və  elmi-tədqiqat işlərinə 111 nəfərdən ibarət professor-müəllim heyəti (19 professor, 48 dosent və 44 müəllim) rəhbərlik edir. Bu, məqsədyönlü  tələbələrin öz potensiallarını ortaya qoymaq, dərin bilik əldə etmək, təcrübə və lazımi elmi bacarıqlarını qazanmasına imkan yaradır.

Tarix fakültəsinin tələbələri müxtəlif mübadilə proqramları çərçivəsində (məsələn, “Erasmus+” və “Mevlana”) xarici universitetlərdə müəyyən tədris semestri ərzində təhsil ala bilirlər. Bu da onların gələcəkdə ixtisaslarına daha yaxşı yiyələnmələri və savadlı kadrlara çevrilmələri üçün şərait yaradır.

Siz BDU-nun Tarix fakültəsini seçməklə öz həyatınızda ən mühüm qərarlardan birini qəbul etmiş olacaqsınız. Bununla Siz bu divarlar arasında formalaşaraq rəqabət qabiliyyətli və tələb olunan mütəxəssis olacaqsınız. Bu qərar çox məsuliyyətlidir, çünki o təkcə Sizin intellektual və yaradıcı potensialınızı üzə çıxarmayacaq, bütünlükdə taleyinizi müəyyən edəcəkdir. Əgər siz gələcəyinizdən əmin olmaq istəyirsinizsə, əmək bazarında tələb olunan peşəkar mütəxəssis kimi yetişmək istəyirsinizsə, hərtərəfli və aktiv  tələbə həyatı arzulayırsınızsa, Bakı Dövət Universitetinin Tarix fakültəsini seçin. Bizim qapılarımız üzünüzə açıqdır və biz sizin hər birinizi gözləyirik.

Tarix fakültəsinə qəbul III ixtisas qrupu üzrə həyata keçirilir. Bu haqda Dövlət İmtahan Mərkəzinin səhifəsində məlumat almaq olar.

Keçid üçün:

Əlaqə
Bakı Dövlət Universiteti, Yeni Tədris binası, 8-9-cu mərtəbələr, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: +994 12 5391068 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət