etl haqqında

Arxeologiya və Etnoqrafiya kafedrasının nəzdində fəaliyyət göstərən  AZƏRBAYCANIN MADDİ MƏDƏNİYYƏTİ TARİXİ ETL-i Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi qərarı ilə 6 mart 1989-cu il 1/64 saylı qərarı ilə yaradılmışdır.  ETL-ə həmin tarixdən prof. Arif Mustafayev rəhbərlik etmişdir. “Azərbaycan maddi mədəniyyət tarixinə dair 1991-ci il çöl tədqiqatlarının yekünları” mövzusunda Respublika elmi konfrası keçirilmişdir. Azərbaycanın Maddi Mədəniyyət Tarixi Elmi-Tədqiqat laboratoriyası Arxeologiya və Etnoqrafiya ixtisası üzrə mütəxəssislərin iştirakı ilə elmi-tədqiqat işlərinin aparılmasını həyata keçirir. Azərbaycanın Maddi Mədəniyyət Tarixi Elmi-Tədqiqat laboratoriyasının məqsədi elmi araşdırmalar aparmaq, nəzəri və praktiki əhəmiyyət kəsb edən aktual problemlərin təhlili, laboratoriyada tədqiqatların təşkili və yeniləşdirilməsinin təmin edilməsi, alınan elmi nəticələrin universitet fəaliyyətinə daxil edilməsidir.

  • Azərbaycanın Maddi Mədəniyyət Tarixi Elmi-Tədqiqat laboratoriyası əsas vəzifəsi BDU-nun müvafiq fakültə və kafedralar arasında tədrislə bağlı sıx əlaqə yaratmaq;
  • laboratoriyanın ixtisasına uyğun müəyyən edilmiş istiqamətlər üzrə fundamental, tətbiqi və axtarış  tədqiqatlarını aparmaqdır.

Azərbaycanın Maddi Mədəniyyət Tarixi Elmi-Tədqiqat laboratoriyası professor-müəllim heyətini, doktorantları, magistrantları və ali məktəb tələbələrini elmi-tədqiqat işlərinə geniş cəlb edir. Azərbaycanın Maddi Mədəniyyət Tarixi Elmi-Tədqiqat laboratoriyası AMEA-nın müvafiq institutları ilə əməkdaşlıq edir və birgə tədqiqatlarda çalışırlar. ETL-in rəhbərliyi ilə Azərbaycanın müxtəlif bölgələrinə bir neçə etnoqrafik səfər təşkil edilmişdir.

Əlaqə
Bakı Dövlət Universiteti, Yeni Tədris binası, 8-9-cu mərtəbələr, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: +994 12 5391068 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət