SEVİNC MƏLİK MƏMMƏD QIZI MƏLİKZADƏ

SEVİNC MƏLİK MƏMMƏD QIZI MƏLİKZADƏ

SEVİNC MƏLİK MƏMMƏD QIZI MƏLİKZADƏ

tarix üzrə fəlsəfə doktoru, müəllim

Tel.: +994 12 5390351

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

  • 1985-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2003-cü ildə Bakı şəhəri Sabunçu rayonu 75 saylı tam orta məktəbi bitirmişdir.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

  • 2004-2009-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsində bakalavr, 2010-2013-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində “Tarixşünaslıq və mənbəşünaslıq" ixtisası üzrə magistratura təhsili almışdır.
  • 2014-2018-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının A.A. Bakıxanov adına Tarix İnstitutunda “Tarixşünaslıq və mənbəşünaslıq” ixtisası üzrə doktorantura təhsili almışdır. 2022-ci ildə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
  • Dissertasiya işinin mövzusu: “İtalyan “Karmelitlərin xronikası”nda Azərbaycan tarixi məsələləri”

ƏMƏK  FƏALİYYƏTİ

  • 2009-2011-ci illərdə Sabunçu rayonu 295 saylı tam orta məktəbdə, 2011-2018-ci illərdə 81 saylı tam orta məktəbdə tarix müəllimi vəzifəsində çalışmışdır.
  • 2018-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının A.A. Bakıxanov adına Tarix İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır.
  • 2021-2022-ci illərdə Azərbaycan Universitetində (0,5, əvəzçiliklə) müəllim işləmişdir.
  • 2022-ci ildən hal hazıradək Bakı Dövlət Universiteti Tarix fakültəsi Qədim dünya və orta əsrlər tarixi kafedrasında tam ştat müəllim olaraq çalışır.

ELMİ TƏDQİQAT SAHƏSİ

  • Səfəvi dövləti ərazisində fəaliyyət göstərmiş Karmelit missionerlərinin fəaliyyətini “Karmelitlərin xronikası”əsasında tədqiq etmək, Azərbaycan tarixinə aid məsələləri Vətən tarixşünaslığına daxil etmək.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

SEÇİLMİŞ ELMİ ƏSƏRLƏRİ

  • Carmelite missions in Safavi state in the period of Shah Abbas I (1587-1629), Qileya, Киев, 2014, 12 (91), s.173-175.
  • Karmelit xronikası” əsərinin səciyyəvi xüsusiyyətləri haqqında, AMEA Tarix İnstitutunun Elmi Əsərləri,  Bakı, 2017, c.67, s.83-90.
  • I Şah Abbasın hakimiyyəti dövründə (1587-1629) Səfəvilər imperiyasının siyasi həyatı (“Karmelit xronikası”əsasında), AMEA Tarix İnstitutunun Elmi Əsərləri, Bakı, 2017, c.68, s.26-37. http://istoriya.az/Web/finder_upload/68-ci%20cild.pdf
  • Azərbaycan Səfəvi imperiyasında nüfuz uğrunda Avropa dövlətlərinin mübarizəsi (“Karmelit xronikası” əsasında), Geostrategiya, Bakı, 2017, 6 (42), s. 47-50. http://www.geostrategiya.az/pdf/2017/064217.pdf
  • Şah Səfinin (1629-1642) hakimiyyəti illərində katolik missionerlərinin Səfəvi imperiyasında dini ayrı seçkilik cəhdləri, AMEA Tarix İnstitutunun Elmi Əsərləri, Bakı, 2018, c.69, s.103-112. http://azerbaycanhistory.az/Web/finder_upload/69-cu%20cild.pdf
  • Səfəvi imperiyasının xristian əhalisi arasında Avropalı missionerlərin dini təbliğatı (“Karmelit xronikası” əsəri əsasında), Qərbi Kaspi Universiteti Elmi xəbərlər, Bakı, 2018,№1,s.113-120.https://journal.wcu.edu.az/uploads/files/2018%20Scientific%20Bulletin%20%E2%84%96%201.pdf
  • Nadir şah Əfşar “Karmelitlərin xronikası”nda, Akademik Tarih ve düşünce, 2019, 6 (5), s. 210-230. https://dergipark.org.tr/tr/pub/atdd/issue/52084/689844
  • XVIII əsrin I yarısında iqtisadi tənəzzül: Nadir şah Əfşarın vergi və torpaq siyasəti, Bakı Universitetinin xəbərləri, Humanitar Elmlər seriyası, №2, Bakı, 2021, s.145-154. http://static.bsu.az/w1/pdf%20humanitar/humanitar-2-2021.pdf
  • “Əfqan müdaxiləsi dövründə (1722-1729) katolik kilsəsinin Səfəvi imperiyasında xristianlaşdırma cəhdləri ”, Bakı Universitetinin xəbərləri, humanitar elmlər seriyası, № 4, Bakı, 2022, s.24-34. https://www.elibrary.az/docs/jurnal/jrn2022_333.pdf
  • “Səfəvi imperiyasına əfqan müdaxiləsi və ona qarşı mübarizə “Karmelitlərin xronikası”nda (1722-1729)”, Bakı Universitetinin xəbərləri, humanitar elmlər seriyası, №2, Bakı, 2023, s.127-140. http://static.bsu.az/w1/Hum2023_2_2.pdf

 PROQRAMLAR

  • Qədim dünya tarixi . Bakalavr səviyyəsi üçün proqram. Bakı:2023, s. 1-45.
  • Şərq tarixi (qədim dövr). Bakalavr səviyyəsi üçün proqram. Bakı: 2023, s.1-37.
  • Qədim Azərbaycan yunan-roma mənbələrində. Magistratura səviyyəsi üçün Bakı: 2023. s, 1-21.
Əlaqə
Bakı Dövlət Universiteti, Yeni Tədris binası, 8-9-cu mərtəbələr, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: +994 12 5391068 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət