SAYAD ÇİNGİZ QIZI MEHDİZADƏ

SAYAD ÇİNGİZ QIZI MEHDİZADƏ

SAYAD ÇİNGİZ QIZI MEHDİZADƏ

tarix üzrə fəlsəfə doktoru, müəllim

Tel.: +994 12 5390351

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

  • 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildə Bakı şəhəri 132 saylı orta məktəbini bitirmişdir.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

  • 1992-1998-ci illərdə Bakı Dövlət Universiteti Tarix fakültəsində təhsil almışdır.
  • 2017-ci ildə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.  
  • Dissertasiya işinin mövzusu: “Azərbaycanın mədəni həyatı Qərbi Avropa səyyahlarının gündəliklərində (XV-XVII əsrlər)”

ƏMƏK FƏALİYYƏTİ

  • 1998-2019-cu illərdə Bakı Dövlət Universiteti Tarix fakültəsi Qədim dünya və orta əsrlər tarixi kafedrasında böyük laborant vəzifəsində çalışmışdır.
  • 2019-cu ildən hal hazıradək Bakı Dövlət Universteti Tarix fakültəsi Qədim dünya və orta əsrlər tarixi kafedrasında müəllim olaraq çalışır.

ELMİ-TƏDQİQAT SAHƏSİ

  • Orta əsrlərdə Azərbaycan Ağqoyunlu və Səfəvi dövlətlərinə müxtəlif məqsədlərlə gələn Qərbi Avropa səyyahlarının yol qeydlərini araşdırmaq və oradakı Azərbaycanın mədəni həyatı ilə bağlı məlumatları digər mənbə materialları ilə müqayisə edərək təhlil etmək.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • Azərbaycanda elm və təhsil Adam Olearinin məlumatları əsasında. Ümumimilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş «Azərbaycanşünaslığın aktual problemləri» VIII Beynəlxalq elmi konfransın materialları, Bakı Slavyan Universiteti, Bakı 2017, s. 326-327
  • Azərbaycanın orta əsr musiqisi və təsviri sənəti Qərbi Avropa səyyahlarının gündəliklərində. Dünya Azərbaycanlıları: tarix və müasirlik. 3-cü beynəlxalq elmi konfrans. Xülasələr. Bakı 21-22 dekabr 2019, s.87-88
  • Azərbaycanın orta əsr şəhərləri və memarlıq abidələri Avropa səyyahlarının gündəliklərində. Qərbi Kaspi Universitetinin 20 fevral 2021-ci il tarixində təşkil etdiyi “Ortaçağ Azərbaycan tarixinin aktual problemləri” mövzusuna həsr edilmiş Respublika elmi-praktik (online) konfransının materialları Bakı, 2021, s. 348-363
  • İrəvan şəhəri XVII əsr Avropa səyyahlarının gündəliklərində. Ümumimilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş «Azərbaycanşünaslığın aktual problemləri» XIII Beynəlxalq elmi-praktik konfransın materialları. Bakı Slavyan Universiteti, 4-5 may, Bakı 2022, s. 463-466
  • Adam Olearus’un “Seyahetname”sinde Türkçe Azerbaycan Edebiyatı. Bilimdili Dernegi’nin ev sahipliği yaptığı “Uluslararası Bilim ve Yazı dili olarak Türkçe Sempozyumu”. İstanbul, 18-20 Mayıs 2022, s. 124-130  https://www.youtube.com/watch?v=ekLXcEq3mbQ&feature=youtu.be1:25:53 – 1:36:06
  • Safeviler’de şiir ve devlet dili olarak Azerbaycan türkçesi. (Avrupalı gezginlerin bilgileri temelinde). Çankırı Karategin Universitesi, I Uluslararası Türkiyat Kongresi. 8-10 Haziran 2022, Bidiri özetleri kitapçığı. Çankırı 2022, s. 98  UTK Bildiri Özetleri.pdf (karatekin.edu.tr)
  • Safeviler’de şiir ve devlet dili olarak Azerbaycan türkçesi (Avrupalı gezginlerin bilgileri temelinde). Çankırı Karategin Universitesi, I Uluslararası Türkiyat Kongresi, Bildiri kitabı. Çankırı. 8-10 Haziran 2022, s. 1016-1031  https://krtknadmn.karatekin.edu.tr/files/turkiyat/ÇKÜUTK Bildiri Kitabı.pdf
  • Azərbaycanın orta əsr musiqisi və təsviri sənəti Qərbi Avropa səyyahlarının gündəliklərində. Dünya Azərbaycanlıları: tarix və müasirlik.3-cü beynəlxalq elmi konfrans. Konfrans materialları. 21-23 dekabr 2023, 2-ci cild, s.75-78

SEÇİLMİŞ ELMİ ƏSƏRLƏRİ

DƏRS VƏSAİTİ, PROQRAMLAR

  • İtaliyaorta əsrlərdə. Magistrsəviyyəsi üçünproqram. Bakı: 2022, s.1-16
  • Azərbaycan-İtaliya diplomatik əlaqələri. Magistr səviyyəsi üçün proqram. Bakı: 2022, s.1-18
  • Amerika tarixi (qədim və orta əsrlər dövrü). Bakalavr səviyyəsi üçün proqram. Bakı. 2023, s.1-22 (həmmüəllif dos.M.N.Mirzəyev)
  • Avropa tarixi (orta əsrlər dövrü). Bakalavr səviyyəsi üçün proqram. Bakı. 2023, s.1-18 (həmmüəllif baş müəllim S.Ə.Zeynalova)
  • Fransa və İngiltərə XI-XV əsrlərdə. Dərs vəsaiti. Bakı: “Turxan” NPB. 2023, s.1-120
  • Amerika tarixi (qədim və orta əsrlər dövrü). Dərs vəsaiti. Bakı: “Füyuzat”. 2023, s. 1-263
Əlaqə
Bakı Dövlət Universiteti, Yeni Tədris binası, 8-9-cu mərtəbələr, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: +994 12 5391068 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət