YAQUB MİKAYIL OĞLU MAHMUDOV

YAQUB MİKAYIL OĞLU MAHMUDOV

YAQUB MİKAYIL OĞLU MAHMUDOV

tarix üzrə elmlər doktoru, akademik

Tel.: +994 12 5390351

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

  • 1939-cu il fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur. 1956-cı ildə Balakən rayonu Sarıbulaq orta məktəbini bitirmişdir.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

  • 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
  • 1966-cı ildə tarix elmləri namizədi elmi dərəcəsini almışdır.
  • Namizədlik dissertasiyasının mövzusu: "Ağqoyunlu dövlətinin Venesiya Respublikası ilə qarşılıqlı əlaqələri (XV əsrin 60–70-ci illəri)".
  • 1989-cu ildə tarix elmləri doktoru elmi dərəcəsini almışdır.
  • Doktorluq dissertasiyasının mövzusu: "Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı — XVII əsrin əvvəlləri)".
  • 1981-ci ildə dosent elmi adını almışdır.
  • 1990-cı ildə professor elmi adını almışdır.
  • 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.
  • Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Beynəlxalq Aytmatov Akademiyasının həqiqi üzvü, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü, İtaliyanın Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, İtaliyanın Bonifasiana Akademiyasının həqiqi üzvü, Elmlərin İnkişafı üzrə Müstəqil İsrail Akademiyasının həqiqi üzvüdür.

ƏMƏK FƏALİYYƏTİ

  • 1966–1975-ci illərdə Azərbaycan Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor, redaksiya müdiri, elmi işlər üzrə baş redaktor müavini vəzifələrində çalışmışdır.
  • 1968–1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) baş müəllim, dosent vəzifələrində çalışmışdır.
  • 1981-ci ildə Bakı Dövlət Universitetində Qədim dünya və orta əsrlər tarixi kafedrasında dosent vəzifəsində işə dəvət olunmuşdur.
  • 1983-cü ildə Universitetin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri vəzifəsini icra etmişdir.
  • 1985–1986-cı illərdə Universitetin Tarix fakültəsinin dekan müavini işləmişdir.
  • 1986-1990-cı ildə Tarix fakültəsinin dekanı vəzifəsində çalışmışdır.
  • 1986–1990-cı illərdə onun təşəbbüsü ilə Respublika Tarix Liseyi yaradılıb, Tarix fakültəsində yeni ixtisaslar – "tarixçi‐arxivşünas", "tarixçi‐şərqşünas", "çinşünas", "tarixçi‐arxeoloq", "tarixçi‐etnoqraf", "beynəlxalq münasibətlər", "sosiologiya", "psixologiya", "etnopsixologiya", "etnososiologiya" və "sosial psixologiya" ixtisasları açılıb, "Azərbaycanın maddi‐mədəniyyət tarixi", "Dünya azərbaycanlıları: tarixi‐demoqrafiya" elmi‐tədqiqat laboratoriyaları, "Tarixi tədqiqatlarda elektron‐hesablama maşınları və riyazi üsulların tətbiqi" tədris laboratoriyası yaradılıb, qədim türk dili və folklorunun tədrisinə başlanılıb. Yaqub Mahmudov Azərbaycan Respublikasının yeni təhsil sisteminin yaradılması işində, o cümlədən qəbul proqramlarının tərtibində və təkmilləşdirilməsində, test bankının yaradılmasında, fənlər üzrə metodiki vəsaitlərin hazırlanmasında fəal iştirak etmişdir.
  • 1991–1992‐ci illərdə Təhsil Konsepsiyası və Təhsil Qanununu hazırlayan ekspert‐işçi qrupuna rəhbərlik edib. 1992–1993-cü illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Ali Attestasiya Komissiyasının (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası) sədr müavini və "Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru vəzifələrində çalışıb.
  • 1992–1993-cü illərdə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası sədrinin müavini və "Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru vəzifələrində çalışmışdır.
  • 2000-ci ilin 5 noyabrında Azərbaycan Respublikasının Milli Məclisinə (II çağırış) deputat seçilmişdir. Sonrakı illərdə yenidən Azərbaycan Respublikasının Milli Məclisinə (III, IV, V çağırış) deputat seçilmişdir. O, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü olmuşdur.
  • 2004-cü ildən 2021-ci ilə qədər Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru vəzifəsində çalışmışdır.
  • Yusif Məmmədəliyev, Rəsul Rza, «Qızıl qılınc», «Qızıl qələm» mükafatları laureatıdır. Azərbaycan Respublikasının Əməkdar Elm xadimidir. Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunmuşdur.
  • 1990-cı ildən hal-hazıradək Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri vəzifəsində çalışır.

ELMİ-TƏDQİQAT SAHƏSİ

  • Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri mövzusu üzərində tədqiqat işi aparmışdır. Tədqiqat işində Azərbaycanın Səfəvilər dövlətinin Avropa və Şərq ölkələri ilə siyasi, hərbi və ticarət əlaqələri araşdırılmışdır. Başlıca diqqət Ağqoyunlu-Avropa, Səfəvilər-Avropa əlaqələrinə, dəqiq desək, siyasi və iqtisadi əlaqələrinə yönəldilmişdir. Səfəvilər dövlətinin antiosman cəbhəsində tutduğu yer, Avropa dövlətləri ilə Azərbaycanın siyasi və iqtisadi əlaqələrinin qurulmasında bu dövlətin rolu tədqiq edilmişdir. Ümumilikdə, Səfəvilər dövrü Azərbaycanın beynəlxalq siyasi və iqtisadi əlaqələrinin tarixi şərtləri, Avropa dövlətlərinin Azərbaycanla münasibətlərə can atmasının səbəbləri geniş şəkildə araşdırılmışdır. Başlıca diqqət Səfəvi şahı I Abbasın hakimiyyəti dövrünə ayrılmışdır. Belə ki, şah Abbasın İngiltərə dövləti ilə qurduğu hərbi-siyasi əlaqələr, “Ost-Hind” şirkətinin Şərq ölkələrində fəaliyyəti, Hörmüz münaqişəsinin mahiyyəti tədqiqatda diqqət yetirilən ən mühüm məsələlər olmuşdur. Tədqiqatda əsasən orta əsr Avropa mənbələrindən, o cümlədən İtaliya tarixçisi Q.Berşenin “La Venezia e la Persia” adlı toplusunda əksini tapmış sənədlərdən və Marin Sanudonun gündəliklərindən istifadə olunmuşdur.
  • Yaqub Mahmudovun həmmüəllif və naşiri olduğu fundamental tədqiqatlar – "Qarabağ: real tarix, faktlar, sənədlər", "Naxçıvan: tarixi və abidələri" və "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" kitabları Dövlət Mükafatına layiq görülüb. O, iki cildlik "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası"nın baş redaktorudur. 16 cildlik "Seçilmiş əsərləri" çapdan çıxıb. Əsərləri bir çox xarici ölkələrdə (Türkiyə, Pakistan, Rusiya, Böyük Britaniya, ABŞ, Qırğızıstan, Almaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Polşa, Ukrayna, İtaliya, Misir, Cənubi Koreya, İsveç və Meksika) nəşr olunub. Ulu Öndər Heydər Əliyev Yaqub Mahmudovun elmi fəaliyyətini yüksək qiymətləndirərək, onu Azərbaycanın "böyük alimi", "böyük tarixçisi" adlandırmışdır.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • Türkiyə, ABŞ, Rusiya, Yunanıstan, İran, Koreya (Cənubi Koreya), Səudiyyə Ərəbistanı, İraq, İsveçrə, Belçika, Şimali Kipr Cümhuriyyəti, Pakistan, Xorvatiya, Filippin, İsveç, Macarıstan və b. ölkələrin müxtəlif şəhərlərində (Ankara, İstanbul, Vaşinqton, Nyu-York, Moskva, Sankt-Peterburq, Kiyev, Afina, Tehran, Seul, Hoseo, Pusan, Kayseri, Təbriz, Zəncan-Sultaniyyə, Vladimir-Suzdal, Bağdad, Cenevrə, Brüssel, Manila, Stokholm, Budapeşt və s.) keçirilən beynəlxalq simpoziumlarda iştirak və çıxışlar etmişdir. Ölkə üzrə tarix ixtisası sahəsində Dissertasiya Şurasının, Təhsil Nazirliyi Elmi-Metodik Şurası Tarix bölməsinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Tarix fənni üzrə elmi-nəzəri seminarın sədridir.
  • Azərbaycan xalqının çoxmədəniyyətlilik tarixindən // Heydər Əliyev irsi və multikultural dəyərlər: Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş konfransın materialları. – Bakı: Azərnəşr, 2016. –. 241-254.
  • Böyük dövlətlərin siyasəti tarixi həqiqətlərə əsaslanarsa dünya rahat nəfəs alar... //XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları: IV beynəlxalq elmi konfransın materialları (22-27 aprel, 2017-ci il Lənkəran) //AMEA A.A.Ba-kıxanov ad. Tarix İnstitutu. Elmi əsərlər. Xüsusi buraxılış. №64; 65; 66. s. 3-6
  • The world will be stable and safely if the great states‘policy is based on historical facts // Genocide of turkic-muslim peoples in the twentieth century. Scientific works of the institute of history of Azerbaijan/ Special issue. – 2017. - № 64; 65; 66. – p. 5-7.
  • XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları: IV beynəlxalq elmi konfransın materialları (22-27 aprel, 2017-ci il Lənkəran) //AMEA A.A. Bakıxanov ad. Tarix İnstitutu. Elmi əsərlər/ baş red. Əməkdar elm xadimi, akademik Y.Mahmudov. Xüsusi buraxılış. №64; 65;66. – 714 s.
  • Dövlətçilik tariximizin parlaq səhifəsi və ya od içində dirçəliş: ön söz // Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycanın dövlətçilik tarixinin parlaq səhifəsi: Beynəlxalq elmi konfransın materialları (26-30 iyun 2018-ci il, Gəncə şəhəri); baş elmi məsl. AMEA-nın prezidenti A.Əlizadə; baş red. akademik Y.Mahmudov. AMEA Bakıxanov ad. Tarix Institutu/ Elmi əsərlər. Xüsusi buraxılış (№74; 75; 76). – Bakı: 2018. – s. 7-8.
  • 1918-ci ildə Azərbaycan torpağında erməni dövləti necə yarandı və ya İrəvan və ətrafındakı Azərbaycan torpaqları ermənilərə hansı şərtlərlə verilmişdi?// Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycanın dövlətçilik tarixinin parlaq səhifəsi: Beynəlxalq elmi konfransın materialları (26-30 iyun 2018-ci il, Gəncə şəhəri); baş elmi məsl. AMEA-nın prezidenti A.Əlizadə; baş red. akademik Y.Mahmudov. Elmi əsərlər. Xüsusi buraxılış (№74; 75; 76). – Bakı: 2018. – s.9-14.
  • 2018-ci il yanvarın 17-də Azərbaycan Bəstəkarlar İttifaqında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Akademik Yaqub Mahmudov 20 Yanvar hadisələri haqqında danışaraq ölkəmizin müstəqilliyi, suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu qeyd etmişdir.
  • 2018-ci il fevralın 24-27-də Türkiyə Cümhuriyyətinin Ankara şəhərində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Tarihdaş Milletler ve Topluluklar Cemiyeti İnceleme Araştırma Eğitim Kültür ve Yardımlaşma Derneği, İldırım Bəyazit Universiteti və Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə hazırladığı “Tarix, Siyasət və Uluslararası Hüquq bağlamında Uluslararası Hocalı” simpozyumu 2018-ci il martın 12-də AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə təşkilatçılığı ilə “Azər-baycan Xalq Cümhuriyyəti – 100” mövzusunda elmi konfrans 2018-ci il sentyabrın 27-29-da Bakıda Türkiyə Respublikasının Türk Tarix Qurumu (TTQ) və Strateji Düşüncə İnstitutunun (SDİ), AMEA Tarix İnstitutunun birgə təşkilatçılığı ilə “Qafqaz: tarix, çağdaş dövr, gələcək mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

SEÇİLMİŞ ELMİ ƏSƏRLƏRİ

  • Azərbaycan tarixinin Heydər Əliyev dövrü. Azərbaycan” qəzeti, 2016, 8 may.
  • Гейдар Алиев был великой личностью, обладал железной волей и ярко выделялся среди мировых лидеров. “Бакинский рабочий”, 2016,11 мая
  • Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı. Azərbaycan və Şərqi Anaoluda türk- müsəlman əhaliyə qarşı soyqırımları (1914-1929-cu illər). III Beynəlxalq elmi konfransın Materialları 07-10 aprel 2016-cı il Azərbaycan Respublikası Şamaxı şəhəri. // Tarix İnstitutu Elmi Əsərlər, Xüsusi buraxılış, 56-58, Bakı, 2016. S.14-35
  • Azerbaycan tarihinin kurucusu İlham Eliyev dönemi. Türkiye - Azerbaycan ilişkileri ve gelecek perspektivi Çalıştayı. Ankara, Atatürk Araştırma Merkezi, 2016. S.111-138
  • Aprel döyüşləri böyük qələbənin uğurlu başlanğıcıdır //Azərbaycan. – 2017. – 06 aprel. Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk parlamentli Respublika (1918-ci il may – 1920-ci il aprel) // Respublika. – 2017 – 28 may.
  • Azərbaycan İrəvana varislik hüququnu bərpa etməlidir (Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında müzakirədə çıxışı // Xalq cəbhəsi. – 2017. –02 fevral. Ölkəmizin vahid tarixi vahid dərslik əsasında öyrədilməlidir // Elm. – 2017. – 13 yanvar.
  • 20 yanvar faciəsi tariximizin qəhrəmanlıq salnaməsinin parlaq nümunəsidir // Azərbaycan. – 2018. – 20 yanvar. 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb // Azad Azərbaycan. – 2018. – 13 fevral: Palitra. – 2018. -20 mart.
  • Azərbaycanda mövcud olan seçki ənənləri böyük tarixə malikdir / müsahibəni yazdı Anar Turan // Xalq qəzeti. – 2018. – 28 mart. Saxtakarların yalançı elmi, yaxud “ermənisayağı tarix”. Şərqi və Qərbi Ermənistan haqqında uydurma /ruscadan tərcümə edən Ülfət Kürçaylı //Respublika. – 2018. - 8; 9; 10; 12; 13 iyun.
  • AMEA Tarix İnstitutunun “David Qareçi” ilə bağlı bəyanatı //Xalq cəbhəsi. – 2019. – 18 may. – s. 7-8.
  • “Azərbaycan” qəzeti: tariximizin güzgüsü /T.Nəcəfli; C.Bəhramov və b. // Azərbaycan. – 2019. – 4 iyul. – s.1-3. 
  • Azərbaycan tarix elminə Prezident qayğısı. Tarix İnstitutu son 15 ildə  //Azərbaycan. – 2019. – 21. – s.3. 
  • Azərbaycan tarix elminə Prezident qayğısı: Tarix İnstitutu son 15 ildə: Cümhuriyyət tarixi institutun əsas tədqiqat istiqamətlərindən biridir  // Azərbaycan. – 2019. – 22 may. – s.4. 
  • Azərbaycan tarixçilərinin əsas məqsədi real tariximizi dünya ictimaiyyətinə çatdırmaqdır //Azərbaycan. – 2019. – 25 iyun. – s.6.
  • Bakı nefti və Azərbaycan aliminin ixtirası olmasaydı dünya faşizm bəlasından xilas olmazdı //Elm qəzeti. – 2019. – 17 may. – s. 6.
  • Bu prezidentin müdrik siyasətinin çox böyük qələbəsidir //Olaylar. – 2019. – 11-12 iyul. 
  • Dünya ermənilərin yalanını çox asan eşidir və ona inanır //İki sahil. – 2019. – 01 aprel.
  • Gülüstan və Türkmənçay müqavilələri tariximizin ən ağrılı səhifələridir // Azərbaycan. – 2019. – 13; 16; 17-18  oktyabr. 
  • Heydər Əliyev BDU-nun dünya şöhrətli məzunudur: Akademikin bildirdiklərini qeyd etdi: Hacı Tofiq //Azad Azərbaycan. – 2019. – 09 may. – s. 3.
  • Heydər Əliyev sübut etdi ki,  sovet imperiyası xalqımıza qarşı çox ağır cinayətlər törədib //Olaylar. – 2019. – 11-13 may. – s. 6. 
  • Heydər Əliyev Şah Abbasın köşklərindən birinə çıxıb dedi ki... //Şərq qəzeti. – 2019. – 13 dekabr. – s. 6-7.
  • Xalqın böyük sevgisi (Prezident İlham Əliyevin 2018-ci ildə yenidən Prezident seçilməsi haqqında) //Azərbaycan. – 2019. – 11 aprel. –s.2.
  • İham Əliyev müasir inkişaf modelinin müəllifidir //Xalq qəzeti. – 2019. – 13 aprel. – s.6.
  • Keşikçidağ məntəqəsində yaranan insident təsadüfi bir təxribat deyil // //Azad Azərbaycan. – 2019. – 23 iyul. 
  • Mən bir tarixçi və millət vəkili kimi xalq içərisində  Prezidentə olan böyük sevginin şahidiyəm //Olaylar. – 2019. – 11-12 aprel. – s. 7.
  • Nəsimi dövrü tarixi səpkidə təhlil ediləcək (“Nəsimi ili” çərçivəsində keçiriləcək tədbirlərə AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun açıqlaması) // Azərbaycan. – 2019. – 26 yanvar. – s.7
  • Nəsiminin məzarının Hələbdə qalmasının tərəfdarıyam. Yaqub Mahmudov: "Ən görkəmli adamlarımız harada yaşayıb-yaradıbsa, dəfn olunubsa, bizim orda tariximiz var //Üç nöqtə. – 2019. – 18 yanvar. 
  • Prezidentin müdrik siyasətinin böyük təntənsi //Azərbaycan. – 2019. - 10 iyul. – s.1; 6.
  • Ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı ilə xalqımızın tarixində yeni bir dövr başlandı //Azərbaycan. – 2019. – 15 iyun. 
  • Ümummilli lider Heydər Əliyevin bütün ömrünü doğma xalğına həsr etdi //Respublika. – 2019. – 12 iyul. – s.5.
  • Ziyalılığımızın Nizami Cəfərov ünvanı //525-ci qəzet. – 2019. – 10 avqust. - s.3.
  • Новая страница в истории: Гейдар Алиев превратил Азербайджан в самодостаточную республику //Каспий. – 2019. – 13 июль. –с.4-5.
  • Спаситель нации. Гейдар Алиев воодушевил народ и вернул ему веру в будущее //Каспий. – 2019. – 9 мая. 
  • Отец нации. Гаджи Зейнадабдин Тагиев всю свою жизнь посвятил родному народу  //Каспий. – 2019. -  20 апреля. – с.  10-11.
  • “Ata yurdumuzun Atatürkü” / Великая личность тюркского  мира. /Türk dünyasının dahi şəxsiyyəti.  Бишкек: “Улуу Тоолор”, 2020, s.234-242
  • Гейдар Алиев – азербайджанский гений, стоящий    выше         понятий «время»        и          «пространство»       // Великая личность тюркского мира. Бишкек: “Улуу Тоолор”, 2020, s. 5-8.
  • Şəki: Şimalı Qərbi Azərbaycanda sarsılmaz dövlətçilik qalası, Bakı, 2023
  • Azərbaycan Respublikasının türk dövlətləri birliyi yaratmaq siyasəti: Heydər Əliyevdən İlham Əliyevə, Xalq qəzeti, 2023
  • Azərbaycan Respublikasının türk dövlətləri birliyi yaratmaq siyasəti: Heydər Əliyevdən İlham Əliyevə. Azərbaycan Universitetinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə bağlı keçirilmiş beynəlxalq elmi konfrans. Bakı, 2023

 MONOQRAFİYALAR

  • "Öyrənilməmiş səhifələr". Bakı, 1972
  • "Səyyahlar Azərbaycanda". Bakı, 1977
  • "Odlar ölkəsinə səyahət". Bakı, 1980
  • "Səyyahlar, kəşflər və Azərbaycan". Bakı, 1985
  • "Ağqoyunlu dövründə Azərbaycan-Avropa qarşılıqlı əlaqələri (XV əsrin II yarısı)". Bakı, 1986
  • "Ağqoyumlu və Səfəvi dövlətlərinin Avropa ölkələri ilə münasibətləri (XV əsrin II yarısı- XVII əsrin əvvəlləri)". Bakı, 1991
  • Azərbaycan diplomatiyası (XV–XVII əsrlər). Bakı: Azərbaycan Universiteti, 1996.
  • Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti. Bakı: "Təhsil", 2002.
  • "Azərbaycan Xalq Cümhuriyyətinin Ensiklopediyası" (Y.M.Mahmudovun baş redaktorluğu ilə). Bakı 2004
  • “Azərbaycan: qısa dövlətçilik tarixi" kitabı (Azərbaycan, rus, ingilis, urdu və ukrain dillərində)
  • "Naxçıvan: tarixi və abidələri" kitabı (Azərbaycan və ingilis dillərində — həmmüəllif)
  • Azərbaycan tarixi atlası. Bakı: Bakı Kartoqrafiya Fabriki, 2007. (Atlasın xüsusi məzmununun redaktoru)
  • "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" kitabı (Azərbaycan, türk, ingilis, rus, rumın, italyan, ərəb, ispan və alman dillərində — həmmüəllif)
  • Qarabağ: real tarix, faktlar, sənədlər. Bakı, 2009 il (Azərbaycan, türk, rus, ingilis, ərəb, fransız və alman dillərində — həmmüəllif)
  • Orta əsrlər tarixi (erkən dövr) bakalavr üçün. Bakı, 2011
  • "Heydər Əliyev ideyalarının zəfər yürüşü" kitabı (Azərbaycan, rus və ukrain dillərində) Şuşa‐Pənahabad. Bakı: "Təhsil", 2012. (həmmüəllif)
  • Səyyahlar, kəşflər, Azərbaycan. Bakı, 2012
  • Şuşa: Pənahabad. Bakı, 2012
  • Heydər Əliyev. 2 cilddə. Bakı: Turxan NPB, 2013. (həmmüəllif)
  • İlham Əliyev və Azərbaycan tarix elmi. Bakı: Turxan NPB, 2014.
  • İlham Əliyev və Azərbaycan tarix elmi. Bakı: Turxan NPB, 2015, 480 s.
  • Il kanato di İrevan. La conquista russa e la migrazione degli armeni nelle terre dell’Azerbaigian settentrionale. Roma, 2015, 640 s.
  • Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır (Azərbaycan, ingilis və rus dillərində). Bakı, “Turxan NPB”, 2015.
  • Azərbaycan Respublikasının tarixi. 2 cilddə. Bakı: Azərbaycan Tarixçiləri İctimai Birliyi, 2016. (həmmüəllif)
  • Azərbaycan xalqına qarşı 1918‐ci il soyqırımları. Bakı: Azərbaycan Tarixçiləri İctimai Birliyi, 2016. (həmmüəllif)
  • Yaqub Mahmudov. Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır. Bakı, Elm, 2017, 68 s.
  • Pseudoscience falsificators or «The history» by Armenian / The book is dedicated to the 100th anniversary of the genocide of Azerbaijanis in 1918/. – Baku: Turkhan PPA, 2018. – 80 p.
  • Real tarix və "böyük Ermənistan" uydurması" (Azərbaycan, türk, rus, ingilis, gürcü, ərəb, fars, alman, ispan, fransız və ibri dillərində)
  • Ludobojstwo Turkijsko-musulmanskiej Ludnosci Azerbejdzanu w Latach 1918-1920. – Warszawa: Ambasada Azrbejdzanu w Polsce, 2019. – 79 p. /Polyak dilində/
  • "Saxtakarların yalançı elmi, yaxud ermənisayağı "tarix" kitabı (Azərbaycan, rus, ingilis və gürcü dillərində)
  • Demokratyczna Republika Azerbejdzanu (1918-1920): jasna strona historii narodu azerbejdzanskiego. – Warszawa: Ambasada Azrbejdzanu w Polsce, 2019. – 118 p. /Polyak dilində/
  • Seçilmiş əsərlər, XV Bakı, 2019.
  • ŞƏKİ: Şimal-Qərbi Azərbaycanda sarsılmaz dövlətçilik qalası. Bakı: Turxan NPB, 2020, 56 səhifə.
  • Travellers come to Bakı: Turxan NPB, 2020, 152 səhifə.
  • Öyrənilməmiş səhifələr. Yenidən işlənmiş ikinci nəşri. Bakı, 2020, 156 səh
  • Махмудов Я.М, Наджафли Г.Дж. Игры великих держав по созданию армянского государства на территории Азербайджана. Бишкек: «Улуу Тоолор», 2021, - 392 с.
  • Игры великих держав по созданию армянского государства         на территории Азербайджана. Бишкек: “Улуу Тоолор”, 2022, 392 s
  • Azərbaycan tarixi xəritələrdə. Atlas. Bakı: Azərbaycan Tarixçiləri İctimai Birliyi, 2022. (elmi redaktor, ön sözün müəllifi və naşir)
  • Seçilmiş əsərlər, XVII c., Bakı, 2023

YETİRMƏLƏRİ

  • Xavər Əbdülrəhman qızı Qambayzadə. Səfəvi dövlətinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XVI əsrin sonu – XVII əsrin əvvəlləri). — 1991. — /namizədlik/
  • Rövşən Arif oğlu Muğanlinski. XV–XVI əsrlər Azərbaycan dövlətləri ingilis tarixşünaslığında. — 1997. — /namizədlik/
  • Yeganə Hafiz qızı Gözəlova. IX–XII əsrlərdə Azərbaycanın beynəlxalq ticarət əlaqələri (ərəb mənbələri əsasında). — 2000. — /namizədlik/
  • Yılmaz Hüseyn oğlu Polat. Alixan Törə Saquni və onun Şərqi Türküstanın azadlığı uğrunda mübarizəsi. — 2000. — /namizədlik/
  • Şirinbəy Hacıəli oğlu Əliyev. İngiloylar: tarixi-etnoqrafik tədqiqat. — 2001. — /namizədlik/
  • Elvira Məhəmməd qızı Lətifova. İlisu sultanlığı: tarixi-etnoqrafik tədqiqat. — 2001. — /namizədlik/
  • İbrahim Feyzulla oğlu Kazımov. Naxçıvan bölgəsinin tarixi-demoqrafik tədqiqi (1828–1920-ci illər). — 2003. — /namizədlik/
  • Zərinə Ələkbər qızı Cavadova. Şimal-Qərbi Azərbaycan: tarixi-demoqrafik tədqiqat. — 2004. — /namizədlik/
  • Rəhimə İltifat qızı Dadaşova. Səfəvi dövlətinin tarixi ingilisdilli tarixşünaslıqda (XVII əsrin sonlarından süqutunadək). — 2005. — /namizədlik/
  • Məleykə Cəmşid qızı Əlizadə. Azərbaycanda türk-müsəlman soyqırımını öyrənmək üçün mənbələr (1918–1920-ci illər). — 2005. — /namizədlik/
  • Məlahət İbrahim qızı Həsənova. Azərbaycanda gender siyasətinin həyata keçirilməsində dövlətin rolu. — 2005. — /namizədlik/[32]
  • Füzuli Cahangir oğlu İsmayılov. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ABŞ-ın mövqeyi. — 2005. — /namizədlik/[33]
  • Aynur Əlövsət qızı Bəşirova. Azərbaycan-ABŞ münasibətləri Amerika mətbuatında ("Nyu-York Tayms" qəzetinin materialları əsasında: 1991–2001-ci illər). — 2007. — /namizədlik/
  • Salman Ərzuman oğlu İbişov. Quba xanlığının əhalisi: tarixi-demoqrafik tədqiqat. — 2007. — /namizədlik/
  • Nuru Ələkbər oğlu Quliyev. Naxçıvan xanlığının əhalisi: tarixi-demoqrafik tədqiqat. — 2007. — /namizədlik/
  • Telli Vidadi qızı Axundova. Əhməd Rəsmi Əfəndinin "Xülasətül-etibar" əsəri XVIII əsr Türkiyə diplomatiyası tarixinə dair ilk mənbə kimi. — 2008. — /namizədlik/
  • Fəridə Qara qızı Namazova. Qəhrəmanlıq dastanlarımız tarixi mənbə kimi ("Kitabi-Dədə Qorqud" və "Koroğlu" dastanları əsasında). — 2008. — /namizədlik/
  • Ataxan Əvəz oğlu Paşayev. XIX–XX əsrlərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları və deportasiyalar (arxiv sənəd və materialları əsasında). — 2008. — /doktorluq/
  • Hüseyn İsmayıl oğlu Yəzdi. Səfəvilər dövründə İran. — 2008. — /namizədlik/
  • Aygün Abbas qızı Abbasova. XVIII əsrdə Rusiyanın Cənubi Qafqaza qarşı işğalçılıq siyasətində dini-etnik amillər. — 2009. — /namizədlik/
  • Yunis Rza oğlu Hüseynov. "Qarabağnamələr" Azərbaycan tarixini öyrənmək üçün mənbə kimi. — 2009. — /namizədlik/
  • Almas Sabir qızı Cavadova. Azərbaycanın Osmanlı imperiyası ilə ipək ticarəti problemi müasir türk tarixşünaslığında (XV əsrin II yarısı – XVII əsrin əvvəlləri). — 2010. — /namizədlik/
  • Arzu Əşrəf qızı Məmmədova. Car-Balakən camaatlığı XVII əsrin sonları – XIX əsrin 30-cu illərində (tarixi-demoqrafik tədqiqat). — 2010. — /namizədlik/
  • Dilavər Mirzəkişi oğlu Əzimli. Azərbaycanın Qərbi Avropa ölkələri ilə ticarət əlaqələri və Türkiyə (XV əsrin II yarısı – XVII əsrin I yarısı). — 2010. — /namizədlik/
  • Mehriban Fəxrəddin qızı Əliyeva. XX əsrdə Azərbaycana qarşı erməni terrorizmi. — 2011. — /namizədlik/
  • Gülzar Tofiq qızı Novruzova. Rusiya Federasiyasında Azərbaycan diasporu: tarixi-demoqrafiya problemləri (1989–2002-ci illər). — 2011. — /namizədlik/
  • Zəhmət Əbülfət oğlu Şahverdiyev. XIX əsrdə və XX əsrin əvvəllərində Naxçıvanda siyasi vəziyyət, regionun sosial-iqtisadi və mədəni inkişafı. — 2011. — /doktorluq/
  • Tahirə Dadaş qızı Həsənzadə. XVIII–XIX əsrlər Əfşarlar və Qacarlar dövrünün azərbaycanlı ictimai-siyasi xadimləri (Mehdi Bamdadın "Tarixi-Ricali-İran" əsəri əsasında). — 2012. — /doktorluq/
  • Asəf Adil oğlu Hacıyev. Dərbənd əhalisi XIX–XX əsrin əvvəllərində (tarixi-demoqrafik tədqiqat). — 2013. — /namizədlik/
  • Sona Səbəddin qızı Məhərrəmova. Azərbaycan Respublikasının Almaniya Federativ Respublikası ilə əlaqələri (1991–2011-ci illər). — 2013. — /namizədlik/
  • Sitarə Oruc qızı Mustafayeva. Cənubi Qafqazda ərazi və sərhəd dəyişiklikləri (1917–1922-ci illər). — 2013. — /namizədlik/
  • Sevinc Sabir qızı Rəhimova. Dərbənd şəhəri XII–XV əsrlərdə. — 2013. — /namizədlik/
  • Ahmet Adem oğlu Çamalan. Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında təhsil əlaqələri (1991–2010). — 2014. — /namizədlik/
  • Leyla Əhliman qızı Hüseynova. Heydər Əliyev irsində Azərbaycan tarixi məsələləri (Müstəqillik dövrü). — 2014. — /namizədlik/
  • Səidə Zakir qızı Quliyeva. Heydər Əliyevin əsərləri Azərbaycan Respublikasının İslam Konfransı Təşkilatı ilə əlaqələrini öyrənmək üçün mənbə kimi. — 2014. — /namizədlik/
  • İradə Hacıəli qızı Əliyeva. Çar Rusiyasının Şimal-Qərbi Azərbaycanda dini siyasəti və ingiloylar (XIX əsr). — 2014. — /namizədlik/
  • Vidadi Aydın oğlu Muradov. Azərbaycanın İrəvan bölgəsində xalçaçılıq sənətinin inkişaf tarixindən: XVIII əsrin II yarısı – XX əsrin əvvəlləri (bölgəyə aid 100 orijinal xalça əsasında). — 2014. — /namizədlik/
  • Nazim Yusif oğlu Mustafayev. 1905–1906-cı illərdə İrəvan quberniyasında və Zəngəzur qəzasında ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar. — 2014. — /namizədlik/
  • Rəşad Əziz oğlu Mustafa. Tiflis əmirliyi. — 2015. — /namizədlik/
  • Rəna Şamil qızı Şahbazova. Azərbaycanın orta əsrlər tarixi məsələləri V.V.Bartoldun tədqiqatlarında. — 2015. — /namizədlik/
  • Sayad Çingiz qızı Mehtizadə. Azərbaycanın mədəni həyatı Qərbi Avropa səyyahlarının gündəliklərində (XV–XVII əsrlər). — 2015. — /namizədlik/
  • Təranə Gəray qızı Behbudova. Şimali Azərbaycanda 1877-ci il üsyanları. — 2015. — /namizədlik/
  • Akif Əlavəddin oğlu Məmmədli. Azərbaycanın Şimal-Qərb bölgəsinin tarixi abidələri (təsviri və təsnifatı). — 2016. — /namizədlik/
  • Fəxri Valeh oğlu Hacıyev. Azərbaycan xalqının XIX–XX əsrin əvvəllərində yadelli işğallarına və ermənilərin törətdikləri soyqırımı cinayətlərinə qarşı mübarizəsi tarixindən (Borçalı və ətrafındakı bölgələrə aid materiallar əsasında). — 2016. — /doktorluq/
  • İlqar Heydər oğlu Abdullayev. Orta əsrlərdə Azərbaycanın xarici ölkələrlə əlaqələri (Folklor materialları əsasında). — 2016. — /namizədlik/
  • Sevinc Əmirəhməd qızı Hüseynova. XIX–XX əsrin əvvəllərində Şimali Azərbaycanın qərb bölgəsinin sosial-iqtisadi və ictimai-siyasi həyatında köçkünlərin iştirakı tarixindən (Gəncəbasar, Gədəbəy, Allahverdi və Şəmkir materialları üzrə). — 2016. — /namizədlik/
  • Tofiq Hümbət oğlu Nəcəfli. Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti Türkiyə tarixşünaslığında. — 2016. — /doktorluq/
  • Akif Abduləzim oğlu Vəliyev. Qafqaz İslam Ordusu Cümhuriyyət dövrü mətbuatında. — 2016. — /namizədlik/
  • Mehmet Alauddin Ahmed oğlu İslamoğlu. İrəvan əyalətinin "Müfəssəl dəftəri"ndə Azərbaycan tarixi məsələləri. — 2017. — /namizədlik/
  • Tahirə Məmmədbağır qızı Salmanipur. İran Qacarların hakimiyyəti dövründə. — 2017. — /namizədlik/
  • Həbib Yusif oğlu Şiri Azər. Qacarlar dövründə İran-Rusiya müharibələri (farsdilli qaynaqlar əsasında). — 2017. — /namizədlik/
  • Rəşad Yaşar oğlu Şirəliyev. Səfəvi dövlətinin xarici siyasəti sovet tarixşünaslığında. — 2017. — /namizədlik/
  • Şöhrət Rüstəm oğlu Mustafayev. İrəvan xanlığının Osmanlı imperiyası ilə əlaqələri. — 2017. — /namizədlik/
  • Vaqif Şirin oğlu Abışov. Şimali Azərbaycanda sovet hakimiyyəti qurulmasının tarixşünaslığı. — 2018. — /doktorluq/
  • Bəxtiyar Şahvələd oğlu Əhmədov. XX əsrdə Göyçə mahalı azərbaycanlılarına qarşı deportasiyalar və soyqırımlar. — 2018. — /namizədlik/
  • Bəhruz Vidadi oğlu Baba. Azərbaycan Səfəvilər dövlətinin Şirvan bəylərbəyiliyinin inzibati və sosial-iqtisadi tarixi. — 2018. — /namizədlik/
  • Elmir Zakir oğlu Əliyev. Çar Rusiyasının işğalından sonra Şimali Azərbaycanın tarixi ərazi sistemində aparılan dəyişikliklər (XIX–XX əsrin əvvəlləri). — 2018. — /namizədlik/
  • Hacı Nəriman oğlu Abdulla. Azərbaycanın Zəngəzur bölgəsinin demoqrafik vəziyyətində dəyişikliklər (XIX əsr – XX əsrin 20-ci illəri). — 2018. — /namizədlik/
  • Tural Süleyman oğlu Məmmədov. İrəvan xanlığında sosial-iqtisadi münasibətlər və dövlət quruluşu (1747–1828). — 2018. — /namizədlik/
  • Eynulla Yadulla oğlu Mədətli. XX əsr Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında. — 2018. — /doktorluq/[34]
  • Günel Mobil qız Aslanlı. Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafında dövlət siyasəti (2003–2013-cü illər). — 2018. — /namizədlik/
  • Nihat Fethi oğlu Büyükbaş. Türk orta məktəblərində tarixin öyrənilməsi məsələləri (Azərbaycan və Türkiyə nümunəsi üzrə). — 2018. — /namizədlik/
  • Aslan Xası oğlu Xəlilov. Azərbaycan SSR-də sovet nomenklaturası: hakimiyyətdaxili mübarizə (XX əsrin 20–30-cu illəri). — 2018. — /doktorluq/
  • Vüsalə Elşad qızı Əfəndiyeva. Azərbaycan-Norveç əlaqələri (1991–2011-ci illər). — 2018. — /namizədlik/
  • Sevil Şivəxan qızı Bəhrəmova. Heydər Əliyev və Azərbaycan Respublikasında din siyasəti. — 2018. — /namizədlik/
  • Sevinc Məlikməmməd qızı Məlikzadə. İtalyan "Karmelitlərin xronikası"nda Azərbaycan tarixi məsələləri. — 2022. — /namizədlik/
  • Firuzə Akif qızı Həyatova. 1914–1919-cu illərdə Böyük Britaniyanın Cənubi Qafqaz siyasətində erməni amili. — 2022. — /namizədlik/
  • Vasif Vaqif oğlu Qafarov. Birinci dünya müharibəsi illərində Osmanlı imperiyasının Azərbaycan siyasəti. — 2022. — /doktorluq/
  • İlqar Vahid oğlu Niftəliyev. Azərbaycan SSR-də milli məsələ və kadr siyasəti (XX əsrin 20–30-cu illəri). — 2022. — /doktorluq/
  • Lamiyyə Səxavət qızı Namazova. Azərbaycan Səfəvi dövlətinin tarixi müasir Böyük Britaniya tarixşünaslığında (R.M.Seyvorinin tədqiqatları əsasında). — 2022. — /namizədlik/

DƏRSLİK VƏ DƏRS VƏSAİTLƏRİ

  • Orta əsrlər tarixi. Dərslik. Bakı. 1989
  • Orta əsrlər tarixi (erkən dövr) bakalavr səviyyəsi üçün dərs vəsaiti. Bakı, 2011.

HAQQINDA YAZILMIŞ ƏSƏRLƏR

  • Yaqub Mikayıl oğlu Mahmudlu (Mahmudov). Biblioqrafiya. Bakı: "Altay", 1998.
  • AMEA Tarix İnstitutu. Elmi əsərlər. XXX cild, 2009 (Görkəmli tarixçi alim Yaqub Mahmudovun 70 illiyinə həsr edilmiş xüsusi buraxılış).
  • Yaqub Mikayıl oğlu Mahmudlu (Mahmudov). Biblioqrafiya. Təkmilləşdirilmiş və yenidən işlənilmiş 2‐ci nəşri. Bakı: "Təhsil", 2012.
  • Yeganə Gözəlova. Tarix elmində Yaqub Mahmudov məktəbi. Bakı: "Təhsil", 2013.
  • Лятиф Шамхал. Во имя Азербайджана. Беседы журналиста с историком. Баку: ИПО Турхан, 2017.
  • Nazim Məmmədov. Akademik Yaqub Mahmudov elmi yaradıcılığında Qarabağ mövzusu. Bakı: "Avropa", 2018.
  • Yaqub Mikayıl oğlu Mahmudlu (Mahmudov). Biblioqrafiya. Təkmilləşdirilmiş və yenidən işlənilmiş 3‐cü nəşri. Bakı: Turxan NPB, 2019.
  • Şərəfli ömrün bir səhifəsi: Tarix fakültəsi (1986‐1990). Bakı: Turxan NPB, 2019. (ideya müəllifi, tərtibçi və ön sözün müəllifi: Güntəkin Nəcəfli)
  • Yaqub Mahmudovun tarixçilər məktəbi. Bakı: Turxan NPB, 2019. (tərtibçilər: İradə Əliyeva və Zakirə Əliyeva)
  • Tanıdığımız və tanımadığımız Yaqub Mahmudov. Bakı: Turxan NPB, 2019. (tərtibçilər: İradə Əliyeva və Zakirə Əliyeva)
  • Akademik Tarih ve Düşünce Dergisi, Prof. Dr. Yakup Mahmudov 80. Yıl Armağanı Özel Sayısı, Yıl: 2019, Cilt: VI, Sayı: 5.
  • Nazim Məmmədov. Akademik Yaqub Mahmudov irsində Qarabağda ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları tarixi. Bakı: "Avropa", 2021.
  • Nazim Xəlilov, Elnur Nəciyev. Ağır sınaqlarda sınmayan böyük alim: Yaqub Mahmudov. Bakı: "Zərdabi‐Nəşr" MMC, 2022
Əlaqə
Bakı Dövlət Universiteti, Yeni Tədris binası, 8-9-cu mərtəbələr, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: +994 12 5391068 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət