QISA BİOQRAFİK MƏLUMAT
- 1987-ci ilin yanvar ayının 27-də Gəncə şəhərində anadan olmuşdur.
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLAR
- 2004-cü ildə Gəncə şəhəri 24 saylı orta məktəbi fərqlənmə ilə bitirmişdir
- 2004-2008-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr pilləsini, 2010-2012-ci illərdə isə Bakı Dövlət magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
- 2013-ci ildə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Ümumi tarix” şöbəsinin doktorantura bölməsinə daxil olmuşdur. Tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yazdığı ABŞ-ın Qafqaz siyasəti (1992-2000-ci illər) adlı dissertasiya işi müdafiəyə təqdim olunub
ƏMƏK FƏALİYYƏTİ
- 2014-2016-cı illərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Qobustan Milli Tarix-Bədii qoruğunda direktor müavini
- 2016-2018-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İçərişəhər Dövət Tarix-Memarlıq qoruğu-Qala Dövlət Tarix-Etnoqrafiya qoruğunda şöbə müdiri
- 2016-cı ildən Bakı Dövlət Universitetin Tarix fakültəsinin “Slavyan ölkələri tarixi kafedrası”nda saathesabı müəllim
- 2018-ci ildən Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi
- 2018-ci ildən Bakı Dövlət Universitetinin Tarix fakültəsində müəllim
- 2019-cu ildən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, SABAH qrupları (Bakı Dövlət Universiteti, Tarix fakültəsi) müəllim
TƏDRİS ETDİYİ FƏNLƏR
- Slavyan ölkələri tarixi
- Rusiya-Azərbaycan münasibətləri (XX əsrin sonu-XXI əsrin əvvəlləri)
- Rusiya-ABŞ münasibətləri
- Slavyan ölkələrinin xarici siyasəti
- Cənub və Qərb slavyanlarının tarixi
- Rusiya tarixi
- XVIII əsrdə Rusiyanın xarici siyasəti
TƏDQİQAT SAHƏSİ
- ABŞ-ın Qafqaz siyasəti
- Rusiya Federasiyasının xarici siyasəti
- Çex Respublikasının xarici siyasəti
SEÇİLMİŞ ƏSƏRLƏRİ
- Çeçen xalqının azadlıq mübarizəsi və ABŞ-ın mövqeyi/Bakı Universitetinin Xəbərləri. Humanitar elmlər seriyası, 2013, №3
- ABŞ-Gürcüstan münasibətləri (1990-2001-ci illər)/ Tarix və onun problemləri. 2013, №4
- ABŞ-ın Cənubi Qafqazda hərbi-siyasi maraqları (1990-2001-ci illər)/ Bakı Universitetinin Xəbərləri. Humanitar elmlər seriyası, 2014, №1
- ABŞ-ın Abxaziya və Cənubi Osetiya münaqişələri ilə bağlı mövqeyi (1992-2000-ci illər)/ Geostrategiya, 2014, №5(23) sentyabr-oktyabr
- Позиция США по Нагорно–Карабахскому конфликту (1992–2000)/ Гылея, 2018, Выпуск 132 (№ 5)
- ABŞ-Ermənistan münasibətləri (1992-2000-ci illər)/ Gənc alimlərin əsərləri, 2015, №11
- 1917-ci ildə Rusiyada baş verən siyasi hadisələr və ABŞ //Bakı Universitetinin xəbərləri (humanitar elmlər seriyası) jurnalı. Bakı, 2017, №4, с. 52-59 (həmmüəllif: S. O. Mustafayeva)
- Şimali Qafqazda təhlükəsizlik problemləri və ABŞ/ Tarix və onun problemləri, 2020, №4
- ABŞ və Azərbaycan arasında iqtisadi və enerji təhlükəsizlik sahələrində əlaqələr (1992-2000-ci illər)/ “Akademik tarih ve Düşünce”, 2021, səh 651-663
- Şuşa bəyannaməsi və qlobal enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu/ “Tarix və onun problemləri. Xüsusi buraxılış. Şuşa-270”, №3, Bakı, 2022, s. 116-119
- ABŞ-Azərbaycan münasibətlərini şərtləndirən amillər (1991-2022) / Dünya Azərbaycanlıları: Tarix və Müasirlik (Elmi-nəzəri toplu), Bakı, 2022, s.284-287
- Rusiya-Polşa münasibətləri (1991-2022-ci illər)/Bakı Universitetinin Xəbərləri. Humanitar elmlər seriyası, 2023, №1, s.103-109 (həmmüəllif A.Məmmədova)
- Cənub və Qərb Slavyanlarının tarixi (Qədim dövrdən-XVIII əsrin sonlarınadək)-Bakı, 2023, s. 305( A. Cəlilov, S. Hüseynova)