TARİEL NAMİQ OĞLU ABBASOV

TARİEL  NAMİQ OĞLU ABBASOV

TARİEL NAMİQ OĞLU ABBASOV

tarix üzrə fəlsəfə doktoru, dosent

Tel.: +994 12 5390121

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

  • 1970-ci il sentyabrın 5-də Bakı şəhərində anadan olmuşdur.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

  • 1986-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinə qəbul olunmuşdur.
  • 1991-ci ildə təhsilini fərqlənmə diplomu ilə bitirmişdir.
  • 2010-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakixanov adına Tarix İnstitutunun nəzdindəki 07.00.02 “Vətən tarixi” ixtisası üzrə Dissertasiya Şurasında “XX əsrin 90-ci illərində Azərbaycan Respublikasının Yaxın Şərq ölkələri ilə münasibətləri ” mövzusunda tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq ücün namizədlik dissertasiya işini müdafiə etmişdir.
  • 2015-ci ildə BDU-nun Maqistratura və Doktorantura şöbəsinə qiyabi doktorant kimi daxil olmuş, “XX əsrin sonu - XXI əsrin əvvəllərində ABŞ-ın Yaxın və Orta Şərq siyasəti” adlı doktorluq dissertasiya işi üzrə tədqiqatlarını tamamlayaraq ilkin müzakirəyə təqdim etmişdir.

ƏMƏK FƏALİYYƏTİ 

  • Bakı şəhəri Yasamal rayonunun 20 saylı orta məktəbinə tarix müəllimi vəzifəsinə təyin olunmuşdur.
  • 1992-ci ilin yanvar ayında Qərb Universitetinin hazırlıq fakültəsinə, daha sonra “Politologiya” kafedrasının baş müəllimi və “İşgüzar inzibatçılıq” fakültəsinin dekan müavini vəzifəsinə təyin olunmuşdur. Universitetinin Mədəni-İdman Mərkəzinin rəhbəri kimi fəaliyyət göstərmişdir.
  • 1994-çü ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinə hərbi xidmətə qəbul olunmuşdur. Hərbi xidmət zamanı “Qüsursuz xidmətə” görə medalları ilə təltif olunmuşdur. 2009-cu ildə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Təhlükəsizlik orqanlarının Veteranlar Birliyinin üzvüdür.
  • 2012-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsiinin “Avropa və America ölkələrinin yeni və müasir tarixi” kafedrasına 0,5 ştat baş müəlləm vəzifəsinə qəbul olunmuş
  • 2014-cü ildə isə həmin kafedrada tam ştat baş müəllim vəzifəsinə kecirilmişdir. Hal-hazırda həmin kafedrada dosent vəzifəsində elmi-pedaqoji fəaliyyətini davam etdirir.
  • 2018-ci ildən Tarix fakültəsinin Elmi Şuranın üzvüdür.

TƏDQİQAT SAHƏSİ

  • ABŞ-ın körfəz dövlətləri ilə münasibətləri

Seçilmiş əsərləri

  • “ABŞ prezidenti Corc Buşun Yaxın Şərqdə xarici siyasət prioritetləri”, jurnal, “Вопросы истории”, Moskva, 2020, №3, səh.149-158
  • “XX əsrin sonu – 21-ci əsrin əvvəllərində ABŞ-ın Yaxın Şərq siyasətinin prioritetləri.”, 2020, Bakı, 174 s.
  • “Böyük Yaxın Şərqin “demokratikləşməsinin” nəticələri: Vaşinqtondan baxış”, 2020, Bakı, 326 səh.
  • “Amerika doktrinaları və Corc Buş administrasiyasının prioritetləri kontekstində Yaxın Şərqdə siyasi vəziyyətin inkişafı haqqında”, jurnal, “Вопросы истории”, Moskva, 2022, № 4 (1) , səh. 45-56
  • “ABŞ-ın siyasi və hüquqi çərçivəsi kontekstində beynəlxalq terrorizmlə mübarizə təcrübəsi”, “Tarix və onun problemləri” jurnalı, Bakı, 2023, №1, səh.92-96
  • “Barak Obamanın prezidentliyi dövründə rəsmi Vaşinqtonun Yaxın Şərq siyasətinin əsas istiqamətləri (2009 – 2017)”, jurnal, “Вопросы истории”, Moskva, 2023, (1), səh.190-197
  • “20-21-ci əsrlərin qovşağında ABŞ-ın Yaxın Şərq regionunda xarici siyasət strategiyasının təhlili”, II Beynəlxalq Elmi-Praktik Konfransın materialları (Vilnüs, Litva), 2023, 6-8 mart, № 145 , səh.16-24
  • “Heydər Əliyev müstəqil Azərbaycanı dünyaya açır (Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə,” II Beynəlxalq Elmi-Praktik Konfransın Materialları (Doha, Qətər), 2023, 16-18 mart, № 146, səh 13-15
  • “Böyük Orta Şərqin “demokratikləşməsinin” nəticələri: Vaşinqtondan baxış”, XI Beynəlxalq Elmi və Praktiki Konfransın materialları (Melburn, Avstraliya), 2023, 6-8 aprel, № 149, səh. 22-27
  • “XX əsrin sonunda Tehranın nüvə proqramının İran-Amerika münasibətləri prizmasından inkişafı”, II Beynəlxalq Elmi-Praktik Konfransın materialları (Amsterdam, Hollandiya), 2023, 6-8 iyun, № 157, səh.223-231
  • “21-ci əsrin əvvəllərində Vaşinqton və Tehran arasında münasibətlər kontekstində İranın nüvə məsələləri,” IV Beynəlxalq Elmi-Praktik Konfransın materialları (Praqa, Çexiya), 2023 və 19-20 iyun, № 34 ( 159), səh. 49-58

 

 

 

 

Əlaqə
Bakı Dövlət Universiteti, Yeni Tədris binası, 8-9-cu mərtəbələr, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: +994 12 5391068 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət