QISA BİOQRAFİK MƏLUMAT
- 1941-ci il martın 20-də Bakı şəhərində anadan olmuşdur.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
- 1958-1963-cü illərdə S.M. Kirov adına Azərbaycan Dövlət Universiteti, Tarix fakültəsində təhsil almışdır.
- 1975-ci ildə Azərbaycan SSR-in Avropanın sosialist ölkələri ilə elmi-mədəni əlaqələri (1959-1965)mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
ƏMƏK FƏALİYYƏTİ
- 1963-1964-cü illərdə Sumqayıt şəhərinin 2 və 3 saylı orta məktəbləri, həmçinin, 1 saylı internat-məktəbində tarix müəllimi kimi fəaliyyət göstərmişdir.
- 1964-1966-cı illərdə Azərbaycan xalq təsərrüfatı institutu (hal – hazırda ADİU), Sov.İKP tarixi kafedrasının laborantı vəzifəsində işləmişdir.
- 1966-1968-ci illərdə Azərbaycan Dövlət Universiteti (hal-hazırda BDU), Tarix fakültəsi, “Ümumi tarix” kafedrasında müəllim, (1980-ci ildən etibarən “Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi” kafedrası kimi müstəqil fəaliyyət göstərir) 1968-1982-ci illərdə baş müəllim vəzifəsində çalışmışdır.
- 1982-ci ildən Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dosenti, 2021-ci ildən həmin kafedranın müdiri vəzifəsini icra edir.
- Azərbaycan Sovet Ensiklopediyasının VI-X cildlərində Mərkəzi və Şərqi Avropa ölkələrinin tarixinə dair 60 məqalənin müəllifidir.
- MDB ölkələri içərisində Balkan ölkələrinin tarixini araşdıran alimlər haqqında 1993-cü il Nyu Yorkda Rusiya Elmlər Akademiyasının Slavyanşünaslıq və Balkanşünaslıq institutu tərəfindən çap edilən “Ensiklopedik lüğətdə” Elmira Əli qızı Hüseynova haqqında məlumat verilib.
- 40-dan çox elmi məqalə, dərslik, dərs vəsaiti və metodik vəsaitin müəllifidir.
MÜKAFATLARI
- 1978-ci ildə Azərbaycan SSR Ali və Orta İxtisas Təhsil Nazirliyi tərəfindən fəxri fərmanla təltif olunub.
- 1999-cu ildə yüksək ixtisaslı kadr hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyətinə görə və BDU-nun 80-illiyi münasibətilə fəxri fərmanla təltif olunub.
- 2009-cu ildə BDU-nun 90-illiyi münasibətilə fəxri fərmanla təltif olunub.
- 2019-cu ildə Bakı Dövlət Universiteti 100 illiyi münasibətilə yubiley medalı təltif olunub.
TƏDQİQAT SAHƏSİ
- Şərqi Avropa ölkələrinin postsosialist inkişafının problemləri
- Şərqi Avropa ölkələrinin NATO-ya və Avropa İttifaqına inteqrasiyası prosesləri
- Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrində yenilənmiş strategiya
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
- Almaniya Demokratik Respublikasının və Azərbaycan SSR tarixçilərinin elmi konfransı,1973
- Balkanşünasların və Slavyanşünasların konfransları (Moskva, Kiyev, Xarkov şəh.),1970-1980
SEÇİLMİŞ ƏSƏRLƏRİ
- ADR-də 1953-cü il iyun hadisələri // Tarix və onun problemləri, № 4, 2014.
- “İkinci dünya müharibəsi ərəfəsində və illərində beynəlxalq münasibətlər”, magistratura üçün proqram, 2014, 1 ç.v.
- Şərqi Avropanın NATO-ya və Avropa İttifaqına inteqrasiyası prosesləri //Tarix və onun problemləri, №3, 2015, səh. 108-118.
- Şərqi Avropa ölkələrində millətlərarası və dövlətlərarası münasibətlərdə millətçilik” // Tarix və onun problemləri / №3, 2016.
- Avropa və Amerika ölkələri müasir tarixi kurs proqramm Bakı, 2017
- Mərkəzi və Şərqi Avropa ölkələrində demokratiyanın formalaşması // Tarix və Onun problemləri N4, 2017
- Mərkəzi-Şərqi Avropa dövlətləri Avropa ittifaqı yolunda (rus dilində) // Tarix və Onun problemləri N3, 2018, s.73-80
- Mərkəzi və Şərqi Avropa Ölkələrində Sosializimdən Kapitalizmə Keçid. // Tarix və Onun Problemləri, 2019 N3, s.164-170
- “Avropa Amerika ölkələrinin müasir tarixi” kursunun proqramı. Tarix fakültəsi tələbələri üçün (rus dilində), 2019, s. 2-56
- Mərkəzi-Şərqi Avropanın strategiyasının yenilənməsi (rus dilində) // Tarix və Onun problemləri N3, 2021, səh.164-170
- Qarabağ Azərbaycandır.Zəfər epopeyası.Kollektiv monoqrafiya. Məqalə II.Qarabağ müharibəsi dövründə dost ölkələrin Azərbaycana dəstəyi, kollektiv,2021, s. 363-373
- Avropa və Amerika ölkələrinin müasir tarixi (2008-2020) // dərs vəsaiti (rus dilində). Bakı, 2022, Füyuzat, 6 ç.v