HÜSEYN ABDULRƏHMAN OĞLU HÜSEYNLİ

HÜSEYN ABDULRƏHMAN OĞLU HÜSEYNLİ

HÜSEYN ABDULRƏHMAN OĞLU HÜSEYNLİ

tarix üzrə fəlsəfə doktoru, müəllim

Tel.: +994 12 5390121

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

  • 1989-cu il mayın 1-də Masallı şəhərində anadan olmuşdur.
  • 2006-cı ildə Masallı şəhəri “Dəfinə” lisey-məktəbini bitirmişdir.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

  • 2006-cı ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsində Regionşünaslıq (Amerikaşünaslıq) ixtisası üzrə bakalavr təhsili almış, 2010-cu ildə təhsilini fərqlənmə diplomu ilə bitirmişdir.
  • 2011-2013-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində Regionşünaslıq (Amerikaşünaslıq) ixtisası üzrə magistr təhsili almışdır.
  • 2014-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin “Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi” kafedrasında “Beynəlxalq münasibətlər tarixi” ixtisası üzrə doktorantura pilləsinə daxil olmuşdur.
  • 2018-ci il mayın 26-da “Türkiyə-NATO münasibətləri (XX əsrin 90-cı illəri-XXI əsrin əvvəllərində)” mövzusunda tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işini müdafiə etmişdir.
  • 2021-ci il 02 aprel tarixindən Bakı Dövlət Universitetinin Tarix fakültəsinin “Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi” kafedrasında “Ümumi tarix” ixtisası üzrə elmlər doktoru proqramı üzrə dissertantdır.

ƏMƏK FƏALİYYƏTİ

  • 2018-ci il 2 oktyabr tarixindən “Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi” kafedrasında daxili əvəzçiliklə müəllim vəzifəsində çalışır.
  • “Avropa və Amerika ölkələrinin yeni tarixi”, “Avropanın yeni tarixi”, “Müasir dünya tarixi” fənnlərindən Azərbaycan və ingilis dillərində mühazirə və məşğələlər aparır.
  • Ümumilikdə 25 tezis və elmi məqalə, 2 proqram, eləcə də 1 metodiki vəsait və 1 monoqrafiyanın müəllifidir.

TƏDQİQAT SAHƏSİ

  • Beynəlxalq münasibətlər tarixi;
  • Ümumi tarix;
  • XX əsrin sonları – XXI əsrin əvvəllərində NATO-Türkiyə münasibətləri;
  • 2002-2021-ci illərdə Türkiyənin Cənubi Qafqaz siyasəti.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  • Fidel Kastro tarixi şəxsiyyət kimi. Tezis // Görkəmli Azərbaycan tarixçisi və şərqşünas alim akademik Ziya Bünyadovun anadan olmasının 90 illiyi münasibətilə magistrantların və gənc tədqiqatçıların elmi-praktik konfransının materialları. Bakı, 2012, s.318-320
  • Fidel Kastro və Kubada 1958-1959-cu illər inqilabı. Tezis // Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə magistrantların və gənc tədqiqatçıların elmi-praktik konfransının materialları. Bakı, 2013, s.301-305
  • Körfəz müharibəsi zamanı NATO-Türkiyə münasibətləri. Məqalə // “Tarix və onun problemləri”. Nəzəri, elmi, metodik jurnal. Bakı, 2014, №4, s.110-115
  • NATO-un Kosovo əməliyyatı və Türkiyə. Məqalə // “Tarix və onun problemləri”. Nəzəri, elmi, metodik jurnal. Bakı, 2015, №4, s.355-360
  • NATO-nun Balkan siyasətində Türkiyənin rolu. Məqalə // “Kitabi-Dədə Qorqud” və Türk Dünyası. “Kitabi-dədə Qorqud”un tərcüməsi və nəşrinin 200 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransın materialları. Bakı, 2015, s.740-745.
  • Отношения Турции к расширения НАТО на восток. Статья // Гiлея. Науковий вiсник збiрник наукових праць. Випуск 114 (№11). Киев, 2016, с.423-426
  • Türkiyənin NATO-nun yeni üzvləri ilə münasibətləri (2004-2009-cu illər). Məqalə // Pedaqoji Universitetin xəbərləri. Humanitar, ictimai və pedaqoji-psixoloji elmlər seriyası, Bakı, 2016, №2, s.129-141
  • NATO-nun yeni strategiyasında Türkiyənin yeri və rolu. Məqalə // Материалы V Международной научно-практической интернет-конференции «Евразийское пространство в мировой цивилизации» посвященная 25-летию Независимости Казахстана. Астана, 2016, s.4-8
  • Türkiyənin NATO-nun yeni üzvləri-Çexiya, Macarıstan və Polşa ilə münasibətləri. Məqalə // Bakı Universitetinin Xəbərləri. Humanitar Elmlər Seriyası (tarix elmləri üzrə). Bakı, 2016, №3, s.182-191
  • NATO-nun Qərbi Balkanlarda yeni genişlənmə dalğası və Türkiyənin mövqeyi. Məqalə // “Geostrategiya” jurnalı, Bakı, 2017, №1, s.53-57
  • NATO-nun Cənubi Qafqaza doğru genişlənmə siyasətində Türkiyənin rolu. Məqalə // “Tarix və onun problemləri”. Nəzəri, elmi, metodik jurnal. Bakı, 2017, №2, s.152-158
  • Turkey's involvement in NATO peacekeeping operations. Article // Большая евразия: развитие, безопасность, сотрудничество. Выпуск 2. Часть 2. Москва – 2019, s.111-114
  • Brief overview of Turkey-NATO relations. Article // ATLAS International Congress on social sciences 6. Batumi-2020, s.27-30
  • Türkiyə-Gürcüstan münasibətlərində Rusiya amili (etnosiyasi proseslər kontekstində). Məqalə // “Geostrategiya” jurnalı, №3/4 (57/58) Bakı – 2020, s.78-82. Həmmüəllif: Fərhad Aydınlı
  • Bosniya müharibəsi zamanı Türkiyə-NATO əməkdaşlığı. Məqalə // Bakı Universitetinin Xəbərləri. Humanitar Elmlər Seriyası (tarix elmləri üzrə) Bakı - 2020, №4, s.127-131
  • Cənubi Qafqaz regionunda yeni reallıq; İkinci Qarabağ müharibəsi və onun nəticələri. Məqalə // Qarabağ zəfərinin hüquqi, tarixi və iqtisadi müstəvidə təhlili mövzusunda Beynəlxalq onlayn elmi konfrans. Bakı, 2020. s.30-37
  • Turkey's Methods of Combating Daesh and its Consequences. Article // International Paris Conference on Social Sciences – V. February 07-08, 2021. Paris, 2021. p.776-780
  • Türkiyə-NATO münasibətlərində Suriya məsələsi (XXI əsrin əvvəlləri). Məqalə // Bakı Universitetinin Xəbərləri. Humanitar Elmlər Seriyası (tarix elmləri üzrə). Bakı, 2021. s.126-132
  • Türkiyə - NATO münasibətləri (1991-2016-cı illər). Monoqrafiya / “Adiloğlu” MMC-nin mətbəəsi. Bakı, 2021. 232 səhifə
  • Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var. Tezis // Vətən Müharibəsi dövründə Bakı Dövlət Universitetinin Professor-müəllim heyəti və tələbələrinin ölkə mediasında çıxışları toplusu. Bakı, 2021. s.95-97
  • Bizim işimiz haqq işidir. Tezis // Vətən Müharibəsi dövründə Bakı Dövlət Universitetinin Professor-müəllim heyəti və tələbələrinin ölkə mediasında çıxışları toplusu. Bakı, 2021. s.121-124
  • Düşmənin başını yaran yumruğumuz bizim birliyimizdir! Tezis // Vətən Müharibəsi dövründə Bakı Dövlət Universitetinin Professor-müəllim heyəti və tələbələrinin ölkə mediasında çıxışları toplusu. Bakı, 2021. s.304-307
  • Avropa Tariхi (Yеni dövr). Proqram // BDU-nun mətbəəsi, Bakı 2022 (həmmüəllif Rövşən Hətəmov). 26 səhifə.
  • A New Era of European History (early 17th century - 1918). Proqram // BDU-nun mətbəəsi, Bakı 2022 (həmmüəllif Rövşən Hətəmov). 21 səhifə.
  • Yeni dövr tarixi. Metodik vəsait // BDU-nun mətbəəsi, Bakı 2022. 56 səhifə.
  • Türkiyə-Ermənistan münasibətləri (2002- 2010-cu illər). Məqalə // Bakı Universitetinin Xəbərləri. Humanitar Elmlər Seriyası, №1, Bakı 2023. s.89-101
  • Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı (2000-2010-cu illər). Tezis // Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Dahi Şəxsiyyət və Müdrik Lider” mövzusunda Respublika Elmi Konfransı materialları toplusu, Bakı 2023. s.111-113
  • Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycan-Türkiyə münasibətləri. Məqalə // Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Müstəqil Azərbaycanın Memarı” mövzusunda Beynəlxalq Elmi Konfransı, Bakı 2023. 355-364
  • Türkiyə-Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı. Tezis // “Türk dünyası: ortaq tarixi - mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış” mövzusunda I Beynəlxalq elmi konfransı, Bakı 2023. s.278-281

 

Əlaqə
Bakı Dövlət Universiteti, Yeni Tədris binası, 8-9-cu mərtəbələr, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: +994 12 5391068 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət