Elmi-tədqiqat istiqamətləri və prioritetləri

Tarix fakültəsi, Azərbaycan Respublikasının ali, ümumtəhsil və orta ixtisas məktəbləri üçün yüksək ixtisaslı mütəxəssislər hazırlanması ilə yanaşı, tarix elminin aktual problemlərinə dair elmi-tədqiqat işləri aparılması istiqamətində də fəaliyyət göstərir.

Tarix fakültəsinin əsas elmi istiqaməti  Azərbaycan və ümumdünya tarixinin aktual məsələlərinin, onların mənbəşünaslığı və tarixşünaslığının, arxeoloji-etnoqrafik-antropoloji araşdırmaların nəticələrinin,  Tarix fənninin tədrisi metodikası və metodologiyasının müasir istiqamətlərinin  tədqiqindən ibarətdir.

Tarix elminin əsas istiqamətləri:

  • Azərbaycanda arxeoloji-etnoqrafik tədqiqatların tarixi və müasir inkişaf perspektivləri
  • Antropologiya, mədəni antropologiya və etnologiya elminin əsas məsələləri
  • Ən qədim dövrlərdən XXI əsrin ilk onilliklərinədək Azərbaycan tarixinin əsas məsələləri
  • Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı
  • Qədim Azərbaycanın Şərq ölkələri və antik dünya ilə əlaqələri
  • Orta əsrlərdə Avropa ölkələrinin qarşılıqlı ticarət, siyasi və mədəni əlaqələrində Azərbaycanın yeri və rolu
  • Avropa və Amerika ölkələrinin yeni və müasir tarixinin, beynəlxalq münasibətlər tarixinin mühüm hadisələrinin tədqiqi
  • Müasir dövrdə Yaxın Şərq və Şərqi Asiya ölkələrinin beynəlxalq münasibətlər sistemində rolunun araşdırılması
  • Slavyan ölkələri tarixinin (ən qədim zamanlardan günümüzədək) aktual problemləri
  • Türk xalqları tarixinin qədim dövrlərdən günümüzə qədər aktual problemləri
  • Qafqaz xalqları tarixinin qədim dövrlərdən günümüzə qədər aktual problemləri
  • Tarix fənninin tədrisi metodikası və metodologiyası

 

Əlaqə
Bakı Dövlət Universiteti, Yeni Tədris binası, 8-9-cu mərtəbələr, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: +994 12 5391068 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət