ELMİ İSTİQAMƏT

  • “Azərbaycan tarixi (təbiət fakültələri üzrə)” kafedrasının nəzdində fəaliyyət göstərən “Dünya azərbaycanlıları: tarixi demoqrafiya” elmi tədqiqat laboratoriyasının əsas elmi istiqamətləri:
  • əhali problemləri,
  • tarixi Azərbaycan əraziləri və onun hüdudlarından kənarda məskunlaşmış azərbaycanlıların tarixi-demoqrafiya problemləri, diaspora, miqrasiya prosesləri,
  • ərazi-sərhəd məsələləri.
  • Tədqiqatlar zamanı Azərbaycançılıq ideologiyası, əhali problemləri ilə əlaqədar imzalanmış dövlət sənədləri, Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramları əsas götürülür.
  • ETL əməkdaşları əsas elmi istiqamətə uyğun elmi araşdırmalar aparırlar. Plan işləri 3 illik təsdiq edilir.
  • 2024-2026-cı illər üçün plan işi mövzuları:
  • XIX-XXI əsrin əvvəllərində Azərbaycanın tarixi-demoqrafiyası: bölgələr üzrə (Qərbi Azərbaycan, Dərbənd şəhəri, Bakı şəhəri);
  • “Qafqaz təqvimi” tarixi demoqrafik mənbə kimi”.
  • 2021-2023-cü illər üçün plan işi mövzuları:
  • XIX əsrdə Şimali Azərbaycanın tarixi-demoqrafiyası: Bakı, Şamaxı, Gəncə v.d. bölgələr üzrə; hərbi-siyasi və sosial-iqtisadi proseslərin təsiri.
  • 2018-2020-cı illər üçün plan işi mövzuları:
  • Azərbaycan Respublikası (XX əsrin sonları – XXI əsrin ilk onilliklər);
  • Dünya azərbaycanlılar (İran İslam Respublikasında (Cənubi Azərbaycan), Özbəkistan Respublikası, Rusiya federasiyası (Dərbənd)) (tarixi-demoqrafik tədqiqat).
  • 2015-2017-ci illər üçün plan işi mövzuları:
  • XX-XXI əsrin əvvəllərində Azərbaycanın şimal-qərbində əhali problemlərinə dair elmi-nəzəri toplunun hazırlanması (siyahıyaalma materialları əsasında)
  • 2012-2014-ci illər üçün plan işi mövzuları:
  • XX əsrdə Azərbaycanın şimal-qərbində əhali problemləri (tarixi-demoqrafik tədqiqat)
  • 2009-2011-ci illər üçün plan işi mövzuları:
  • XIX-XX əsrlərdə Azərbaycanda miqrasiya prosesləri (tarixi-demoqrafik tədqiqat);
  • Dünya azərbaycanlılarının tarixi demoqrafiyası və diasporların formalaşması;
  • Qanunvericilik aktlar Azərbaycan əhalisi haqqında məlumatların qaynağı kimi (qədim zamanlar-müasir dövr);
  • XIX-XX əsr və XX əsrin əvvəllərində rusların Azərbaycana miqrasiyası (etnodemoqrafik tədqiqat);
  • I Dünya müharibəsi illərində Şimali Azərbaycanda demoqrafik dəyişikliklər;
  • Şəki-Zaqatala bölgəsinin tarixi-etnoqrafik səciyyəsi (XIX-XX əsrlər);
  • 1991-2005-ci illərdə Bakı Dövlət Universitetində milli kadrların hazırlanması;
  • Azərbaycan Respublikasının qaçqın və məcburi köçkünlərə dair qanunvericilik aktlarının təhlili və demoqrafik aspektləri;
  • Ermənistan SSR-dən deportasiya olunmuş azərbaycanlıların Azərbaycan ərazisində məskunlaşması (1988-ci ildən);
  • MDB məkanında yaşayan azərbaycanlıların tarixi-demoqrafiyası; Dərbənd əhalisi XIX-XX əsrin əvvəllərində (tarixi-demoqrafik tədqiqat);
  • XX yüzilliyin sonu – XXI yüzilliyin əvvəllərində Azərbaycanda demoqrafik vəziyyət.
  • 2006-2008-ci illər üçün plan işi mövzuları:
  • Qərbi Azərbaycan tarixi (tarixi-demoqrafik araşdırma) (XIX-XX əsr)
  • 2001-2005-ci illər üçün plan işi mövzuları:
  • XIX- XX əsrlərdə Şimali Azərbaycanda demoqrafik vəziyyət
  • 1999-cu il üçün plan işi mövzuları:
  • Rusiya imperiyasının şimali Azərbaycanda köçürmə siyasəti (XIX – XX əsrin əvvəllərində) (tarixi-demoqrafik tədqiqat). Quba xanlığının əhalisi v.s.
  • 1998-ci il üçün plan işi mövzuları:
  • Dünya azərbaycanlılarının tarixi-demoqrafiyası. Şimal-Qərbi Azərbaycan (tarixi-demoqrafik tədqiqat)
  • 1997-ci il üçün plan işi mövzuları:
  • XIX əsrin əvvəllərində Car-Balakən camaatlıqlarının əhalisinin dinamikası
  • 1996-cı il üçün plan işi mövzuları:
  • Car-Balakən camaatlığı XIX əsrin əvvəllərində (tarixi-demoqrafik tədqiqat);
  • XIX əsrdə İrəvan bölgəsi (tarixi-demoqrafik tədqiqat);
  • Qarabağ xanlığı (tarixi-demoqrafik tədqiqat);
  • Naxçıvan xanlığı (tarixi-demoqrafik tədqiqat).
Əlaqə
Bakı Dövlət Universiteti, Yeni Tədris binası, 8-9-cu mərtəbələr, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: +994 12 5391068 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət