Elm yolunda yeni addımlarını atan gənc tədqiqatçılar, dəyərliaraşdırmaçılar!
21-22 dekabr 2018-ci il tarixlərində Bakı Dövlət Universitetinin Tarix fakültəsində “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda Gənc tədqiqatçıların III Beynəlxalq elmi konfransı keçiriləcək. Konfrans Diasporla iş üzrə Dövlət Komitəsi, Azərbaycan Tarix Qurumu, Türk Dünyası Gəncləri Birliyinin dəstəyi ilə təşkil olunacaq.
III Beynəlxalq elmi konfrans dövlətçilik tariximizin çox böyük və şərəfli hadisəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi dövrünə təsadüf edir. Bu səbəbdən “Dünya azərbaycanlıları: tarix və müasirlik” adlı III beynəlxalq elmi konfrans Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən elan edilmiş Cümhuriyyət ilinin yekununda təşkil olunacaq konfransda Siz dəyərli tədqiqatçıları yeni və maraqlı araşdırmalarla gözləyirik.
Email: [email protected]
Elan
Hörmətlə, Təşkilat Komitəsi