Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrası haqqında

Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrası 1924-cü ildə Ümumi tarix kafedrasının (1919) tərkibində fəaliyyətə başlayıb. 1980-ci ildən etibarən Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrası kimi müstəqil olaraq fəaliyyət göstərir. 

Hal-hazırda kafedrada 9 əməkdaş (4 t.ü.f.d., dosent, 1 baş müəllim, 3 t.ü.f.d., müəllim) fəaliyyət göstərir.

Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında Azərbaycanın xarici ölkələrlə əlaqələri və beynəlxalq münasibətlər tarixini araşdıran mütəxəssislər qrupu formalaşmışdır. (t.e.d., professor Məmməd Fətəliyev, t.e.d., professor Musa Qasımlı, baş müəllim Rafael Hüseynov, t.ü.f.d, dosent Elmira Hüseynova, t.ü.f.d, dosent Rövşən Hətəmov, t.ü.f.d, dosent  Tariel Abbasov, t.ü.f.d, dosent Məmmədağa Baxışov, t.ü.f.d Hüseyn Hüseynli, t.ü.f.d Samudə İskəndərova, t.ü.f.d Aytən Abbasova-Quliyeva). Kafedraya 1980-1998-ci illərdə t.e.d.,professor Ruhulla Orucov, 1998-2020-ci illərdə t.e.d., professor Məmməd Fətəliyev başçılıq etmişdir. Hal-hazırda kafedraya t.ü.f.d, dosent Elmira Əli qızı Hüseynova rəhbərlik edir.

Kafedranın əməkdaşları Yeni  dövr tarixi, Avropa tarixi (yeni dövr), Amerika tarixi (yeni dövr), Amerika tarixi (yeni və müasir dövr), Amerika ölkələrinin xarici siyasəti, Beynəlxalq münasibətlər tarixi, Müasir dünya tarixi (Avropa və Amerika ölkələri) Azərbaycan Respublikasının xarici siyasəti, ABŞ-nin Latın Amerikası siyasəti, ABŞ-nin Cənubi Qafqaz siyasəti, ABŞ-nin Yaxın Şərq siyasəti, Kanada tarixi, Amerikaşünaslığa giriş fənlərini tədris edirlər.

Kafedrada aşağıdakı elmi istiqamətlər üzrə tədqiqat işi aparılır:

  • Macarıstanın Avropa İttifaqı və NATO təşkilatları tərkibində fərqli siyasəti;
  • ABŞ-da Vətəndaş müharibəsi müasir tarixşünaslıqda;
  • ABŞ-nin Latın Amerikası siyasəti;
  • XX-XXI  əsrlərdə ABŞ-nin Yaxın və Orta Şərq regionunda siyasəti aspektində terrorizm təhlükəsinə qarşı mübarizənin aktual problemləri;
  • Türkiyənin Cənubi Qafqaz ölkələri ilə əlaqələri (1991-2023-cü illər);
  • ABŞ-nin Nüvə Strategiyası və onun Dünya siyasətində yeri (XX əsrin 40-cı illərinin ikinci yarısı – 80-ci illəri);
  • Fransanın Afrikada müstəmləkə işğallarının genişlənmə prosesini müəyyən etmək;
  • XX əsrin sonu XXI əsrin əvvəllərində Böyük Britaniyanının xarici siyasətində Aİ ilə münasibətlər;

2019-2023-cü illər ərzində Kafedra əməkdaşları tərəfindən aşağıdakı dərslik, dərs vəsaiti və monoqrafiyalar dərc edilmişdir:

  • E.Ə.Hüseynova. Avropa və Amerika ölkələrinin müasir tarixi (2008-2020) // dərs vəsaiti (rus dilində). Bakı, 2022, Füyuzat, 6 ç.v
  • M.Ə.Baxışov. Macarıstanın yeni və müasir tarixi // Dərs vəsaiti, AzTU-nun mətbəəsi, Bakı, 2021, 6,25 ç.v.
  • M.Ə.Baxışov. Braziliyanın yeni və müasir tarixi, // Dərs vəsaiti, Elm və Təhsil, Bakı-2021, 6,25 ç.v.
  • M.Ə.Baxışov. Şimalı Amerika İstiqlaliyyət müharibəsi, // Dərs vəsaiti, Elm və Təhsil. Bakı-2021 6,25 ç.v.
  • H.A.Hüseynli. Türkiyə - NATO münasibətləri (1991-2016-cı illər) / “Adiloğlu” MMC-nin mətbəəsi. Bakı, 2021. 232 səh.
  • M.Ə.Baxışov. İkinci dünya müharibəsi illərində ABŞ-İngiltərə münasibətləri - // magistratura səviyyəsi üçün dərs vəsaiti. Bakı, Fuyuzat, 2022.-6 ç.v
  • M.Ə.Baxışov. ABŞ və Avropa İttifaqı - // magistratura səviyyəsi üçün dərs vəsaiti. Bakı, Fuyuzat, 2022 - 6,25 ç.v.
  • R.Q.Hətəmov, A.Z.Abbasova-Quliyeva. Amerika tarixi(Yеni dövr)fənninin proqramı. Tariх fakültəsinin “Tarix”ixtisası üzrə təhsil alan tələbələri üçün. Bakı, “Füyuzat”. 20 səh,1,25 ç.v.
  • R.Q.Hatamov, A.Z.Abbasova-Guliyeva. Program of the course The history of America (New Age).For the students on the major of “History” of the faculty of History. Baku, “Published by Füyuzat Publishing House”, 2022. 24 səh, 1,5 ç.v.
  • R.Q.Hətəmov. Amerika tariхi (yеni və müasir dövr) fənninin proqramı. Tariх fakültəsinin “Regionşünaslıq (Amerika üzrə)”ixtisası üzrə təhsil alan tələbələri üçün. Bakı, 2022. 20 səh.
  • R.Q.Hətəmov, H.A.Hüseynli. Avropa Tariхi (Yеni dövr). Proqram // BDU-nun mətbəəsi, Bakı 2022. 26 səh.
  • R.Q.Hatamov, H.A.Huseynli. A New Era of European History (early 17th century - 1918). Proqram // BDU-nun mətbəəsi, Bakı 2022. 21 səh.
  • H.A.Hüseynli. Yeni dövr tarixi. Metodik vəsait // BDU-nun mətbəəsi, Bakı 2022. 56 səh.
  • S.E.İskəndərova. Azərbaycan Respublikası aparıcı Qərb dövlətlərinin xarici siyasətində // magistratura səviyyəsi üçün proqram, Bakı, 2022, 1,25 ç.v
  • S.E.İskəndərova. Müasir beynəlxalq münasibətlərin aktual problemləri // magistratura səviyyəsi üçün proqram, Bakı, 2022, 1,25 ç.v
  • S.E.İskəndərova. Yeni dövr tarixi // bakalavr səviyyəsi üçün proqramı, Bakı, 2023-cü il  
  • M.Ə.Baxışov. Amerika ölkələrinin xarici siyasəti - Bakalavr üçün proqram, Bakı, "Füyuzat" nəşriyyatı, 2021, 1,25 ç.v
  • M.Ə.Baxışov. Ölkəşünaslıq-Almaniya // Bakalavr üçün proqram, AzTU-nun mətbəəsi, Bakı, 2020, 1,25 ç.v
  • M.Ə.Baxışov. Meksikanın yeni və müasir tarixi // dərs vəsaiti// AzTU-nun mətbəəsi, Bakı, 2020, 6,25 ç.v.
  • M.Ə.Baxışov. Ölkəşünaslıq-Fransa Respublikası, Bakalavr üçün proqram, Az. TU-nin mətbəsi, Bakı, 2019, 1,25 ç.v

 

Əlaqə
Bakı Dövlət Universiteti, Yeni Tədris binası, 8-9-cu mərtəbələr, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: +994 12 5391068 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət