"ZƏFƏR SALNAMƏSİNİN MÜƏLLİFİ - İLHAM ƏLİYEV" ADLI TƏDBİR BAŞ TUTUB
06.11.2023-cü il tarixində Bakı Dövlət Universiteti Tarix fakültəsi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə "Zəfər salnaməsinin müəllifi - İlham Əliyev" adlı tədbir keçirilmişdir. Tədbirdə Bakı Dövlət Universiteti Tarix fakültəsinin professor-müəllim, tələbə heyəti və Qərbi Azərbaycan İcmasının nümayəndələri iştirak edərək Zəfər bayramımız və Ali Baş Komandan haqqında müxtəlif çıxışlar ediblər.
Bakı Dövlət Universiteti Tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov, Milli Məclisin millət vəkili, Bakı Dövlət Universiteti Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri professor Anar İsgəndərov, "AMEA" nın Qərbi Azərbaycan İcmasının müdiri, Qərbi Azərbaycan İcmasının üzvü və nümayəndəsi, dosent Cəbi Bəhramov, Prezident kitabxanasının şöbə müdiri, Qərbi Azərbaycan İcmasının nümayəndəsi Nazim Mustafa öz çıxışlarında Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin edən, Zəfər tariximizi yazan Ali Baş Komandanımızın dərin və güclü siyasətindən bəhs etmiş, Azərbaycan Respublikasını Zəfər bayramı münasibətilə təbrik ediblər. Həmçinin, Bakı Dövlət Universiteti Tarix fakültəsinin tələbələri Gülarə Mehdizadə və Mehdi Rzayev Ali Baş Komandanımıza və Zəfərimizə həsr olunan şeirlər ifa ediblər.
Sonda Tarix fakültəsinin tələbələri tərəfindən hazırlanan musiqili videoçarxın təqdimatı ilə tədbir başa çatıb.