QISA BİBLİOQRAFİK MƏLUMAT
- 1959-cu ildə Hacıqabul rayonunda ziyalı ailəsində anadan olmuşdur.
- 1966-1976-cı illərdə Şirvan şəhərinin 14 saylı orta məktəbində təhsil almışdır.
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1977-1979-cu illərdə Bakı şəhərində Texnikumda təhsilini başa çatdırmışdır.
ƏMƏK FƏALİYYƏTİ
- 1990-cı ildən BDU-nun Azərbaycanşünaslıq ETM-nin “Arxeoloji və etnoqrafik tədqiqatlar” bölməsində laborant vəzifəsində çalışmışdır.
- 2001-ci ildən "Azərbaycanşünaslıq" ETL-in nəzdində "Arxeoloji Etnoqrafik tədqiqatlar" bölməsinin laborantı vəzifəsində çalışmışdır.
- 2015-ci ildən BDU-nun “Arxeologiya və etnoqrafiya” kafedrası nəzdində “Azərbaycanın maddi-mədəniyyət tarixi” ETL-nə böyük laborant vəzifəsinə keçirilib.
ELMİ FƏALİYYƏTİ
- Hər il ETL-in plan işinə uyğun olaraq uyğun olan materialların toplanmasında iştirak edir.
- Dünya azərbaycanlıları: tarixi-demoqrafiya ETL-i tərəfindən keçirilən “Dünya azərbaycanlıları: tarix və müasirlik” adlı IV Beynəlxalq elmi konfransın materiallarının yoxlanılmasında iştirak edib. Sertifikat təqdim edilib.
- BDU-da hər il keçirilən imtahan sessiyasında koordinator qismində iştirak edir.
- ETL-ə daxil olan əmrləri və ETL-dən çıxan sənədlərin qeydiyyatını aparır.
- “Azərbaycanın izahlı Etnoqrafik lüğəti” kitabının korrektoru (2019-cu il)
- Gülli Əbilovanın “Cənubi Qafqazın meqalit abidələri” adlı kitabının korrektoru (2020-ci il).
- “Davud bəy Şərifovun arxeoloji irsi” adlı kitabının korrektoru (2020-ci il) olmuşdur.
- “Dünya azərbaycanlıları: tarix və müasirlik” Elmi-nəzəri toplunun VII buraxılışında nəşr olunmuş “Azərbaycan Respublikasının Şimal-Qərb bölgəsində əhalinin təhsil səviyyəsi (1991-2017-ci illər)” adlı məqaləsinin həmmüəllifi (2020-ci il) olmuşdur.
- “Dünya azərbaycanlıları:tarix və müasirlik” mövzusunda Gənc tədqiqatçıların Beynəlxalq elmi konfransında Təşkilat komitəsinin üzvü və BDU-nun rektorunun 15. 02. 2019-cu il tarixli 2/34 saylı əmrlə Təşəkkür elan edilib.
- “Dünya azərbaycanlıları:tarix və müasirlik” mövzusunda Universitetdaxili I elmi konfransın Təşkilat komitəsinin üzvü olmuşdur.
- Görkəmli arxeoloq Məmmədəli Hüseynovun 100 illik yubileyinə həsr olunmuş "Azıx mağarası-Homo nəslinin beşiyidir: Məmmədəli Hüseynovun tədqiqatları" adlı kitabın materiallarının (azərbaycan və rus dillərində) tərtib edənlərdən biri. Bakı, 2022.
- Мамедов Мехти Мирза о - Культурно-просветительная работа в Азербайджанской ССР ( 1975-1985 г.г) Баку, "Füyuzat", 2022 г, 160 стр. – redaktor heyətinin üzvüdür.
- Qazax Bölgəsinin Tarixi-Etnoqrafik Atlası BDU Tarix fakültəsinin Elmi Şurasının 25 may 2023-cü il tarixli (protokol №11) iclas qərarı ilə çap olunur. Bakı-2023 "Füyuzat", 188 səh. redaksiya heyətindən biridir.