FƏZAİL FEYRUZ OĞLU İBRAHİMLİ

FƏZAİL FEYRUZ OĞLU İBRAHİMLİ

FƏZAİL FEYRUZ OĞLU İBRAHİMLİ

tarix üzrə elmlər doktoru, professor

Tel.: +994 12 5390837

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

  • 1951-ci il aprelin 12-də Azərbaycan Respublikasının Yardımlı rayonunda anadan olmuşdur.
  • 1968-ci ildə Yardımlı rayonunda orta məktəbi əla qiymətlərlə bitirmişdir.
  • 1977-1979-cu illərdə ordu sıralarında xidmət etmişdir.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

  • 1973-cü ildə Azərbaycan Pedaqoji İnstitutu tarix fakültəsinin əyani şöbəsini bitirmişdir.
  • 1986-cı ildə «Zəhmətkeşlərin əmək tərbiyəsi» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
  • 1998-ci ildə «20-ci illərdə Azərbaycan kəndində sosial-siyasi proseslər» mövzusunda doktorluq dissertasiüasını müdafiə etmiş və tarix elmləri doktoru elmi dərəcəsini almışdır.
  • 2000-ci ildə professor elmi adını almışdır.

ƏMƏK FƏALİYYƏTİ

  • 1973-1977- illərdə Yardımlı rayonunda müəllim işləmişdir.
  • 1977-1979-cu illərdə ordu sıralarında xidmət etmişdir.
  • 1979-1982-ci illərdə BDU-nun tarix ixtisaı üzrə əyani aspiranturasında təhsil almışdır.
  • 1982-ci ildə BDU-nun Elmi Şurasının qərarı ilə BDU-da müəllim vəzifəsini tutmuşdur.
  • 1982-ci ildən 1989-cu ilədək Sov.İKP tarixi kafedrasında işləmişdir.
  • 1989-1999-cu illərdə Siyasi tarix kafedrasında işləmişdir.
  • 2000-ci ildən bu günədək Azərbaycan tarixi (humanitar fakültələr üzr) kafedrasında professor vəzifəsində çalışır.
  • III, IV, V və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı və 2020-ci ildən Parlamentin sədr müavinidir.
  • Parlamentin ictimai birliklər və dini qurumlar komitəsinin sədridir.
  • Tarix, fakültəsinin bakalavr və magistr pillələrinin əyani və qiyabi şöbələrində Azərbaycan tarixi «Azərbaycanda sosial-siyasi proskslər 20-ci illər» fənnləindən mühazirə və seminar məşğələləri aparır.
  • 70-dən çox elmi məqalənin, 1 monoqrafiyanın, 2 dərsliyin və 2 kitabın müəllifidir,o cümlədən «Siyasi tarix», «Azərbaycan tarixi» üzrə 3 proqramı nəşr edilmişdir.

MÜKAFATLARI

  • 12 aprel 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

TƏDQİQAT SAHƏSİ

  • Azərbaycan tarixinin XIX –XX əsrin əvvəli dövrüdür. Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycanda ikinci respublikanın qurulması, müstəqil Azərbaycan Respublikasının yaranması və inkişafı məsələlərinə xüsusi diqqət yetirir. Tədqiqat işində 20-ci illərdə Azərbaycanın iqtisadi və sosial-siyasi həyatının tədqiqi mühüm yer tutur.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • «XX əsrin faciəli tarixi» Xocalı soyqırımına həsr olunmuş Beynəlxalq konfransda iştirak etmişdir. Berlin, 2008-ci il.
  • Müstəqil Azərbaycan: Azərbaycan Xalq Cümhuriyyətinin Siyasi Varisidir. 9-14. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransın Materialları 21-23 May 2018, Bakı

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  • Aprel həqiqətləri, uydurmalar və reallıq // Bakı, Tarix və onun probleməlri jurnalı, № 2, 2004
  • Qarabağ üsyanı tariximizin sərəfli səhifəsidir. Bakı, 2005
  • Azərbaycanın istiqlalında Türkiyə amili. Bakı, 2005
  • Bakının İslam Ordusu tərəfindən azad edilməsi tariximizin şərəfli səhifəsidir. Bakı, 2006
  • Azərbaycanın iqtisadi həyatı (XX əsrin 20-ci illəri). Bakı, 2006
  • Azərbaycanda siyasi repressiyalarda erməni amili. (XX əsrin 20-cii illəri). Bakı, 2006
  • Sovet Rusiyasının xarici siyasətində Qarabağ oynu (XX əsrin 20-ci illəri). Bakı, 2007
  • Azərbaycanın siyasi həyatı (XX əsrin 20-ci illəri). Bakı, 2007
  • Aprel işğalı. Tariximizin qaranlıq səhifələrindən. Bakı, 2008
  • Mart soyqırımının tarixi kökləri. Bakı, 2008
  • İrəvanın faciəli taleyi. Bakı, 2008
  • Zamanın acı hökmü. Bakı, 2008
  • Qafqaz İslam Ordusu və Azərbaycan. Bakı, 2008
  • Cumhuriyetin Çoküşünün ardından Azerbaycanda siyasal baskı ve tutuklamalar. Büyük Devletler Kiskacında Bağımsız Azerbaycan (1918-1920). Türkiye İQ Kültür sana yayımcılıqş 2010, s. 274-281 türk dilində
  • Azərbaycan tarixi (XİX-XXi əsrin əvvəli) Ali məktəblər üçün mühazirələr kursu. Kitabda Azərbaycan 20-30-cu illərdə adlı fəsli (kafedranın dosenti B.O.Əziz ilə birlikdə) yazılmışdır. Dərs vəsaiti Bakı, 2010.
  • Tarixin sərt sınağı-ümummilli fəlakət. Türk eli jurnalı N6, 2010.
  • Azərbaycan möhtəşəm quruculuq meydanına bənzəyir. Yüksək dövlətimiz kitabı 2010.
  • Tariximizin faciəsi, yoxsa faciəmizin tarixi Milli Məclis jurnalı, 2010, səh.64-69
  • 20 yanvar şərəf və faciə tariximiz. Milli Məclis jurnalı 2011, yanvar-fevral səh.46-49
  • 20-ci illərdə Azərbaycanda Sovet totalitarizminin xüsusiyyətləri. Elmi konfransın materialları Xəzər Universiteti 2012. səh 54-55
  • Müstəqilliyin süqutundan sonra Azərbaycanda siyasi və milli təqiblər. AMEA Tarix institutunun elmi əsərlər Bakı, 2012.
  • Siyasi çəkişmələr xalqın taleyində. Tarix və Onun problemləri 2013 N4
  • Milli mənəvi dəyərlərə münasibət (XX əsrin 20-ci illəri). Humanitar elmləri öyrənən aktual problemləri jurnalı Bakı, Slavyan Universiteti 2013 buraxılış 3.
  • Siyasi çərişmələr xalqın taleyində (XX əsrin 20-ci illəri) Tarix və Onun problemləri Bakı 2014 N1.
  • Boran Əziz. Xocalı soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri. Bakı Azərnəşr, 2014 Kitaba rəy.
Əlaqə
Bakı Dövlət Universiteti, Yeni Tədris binası, 8-9-cu mərtəbələr, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: +994 12 5391068 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət