BDU -nun Tarix fakültəsi “Azərbaycan Respublikası: Müstəqilliyin bərpasından Suv...
Azərbaycanda müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə Azərbaycanın milli dövlətçilik tarixinin müxtəlif mərhələləri, müstəqilliyin bərpası, möhkəmləndirilməsi, ərazi bütövlüyü və suverenliyin tam təmin edilməsi ilə bağlı son elmi tədqiqatları və əldə olunmuş mühüm elmi nəticələri müzakirə etmək məqsədi ilə 2026-cı il dekabrın 15-də “Azərbaycan Respublikası: Müstəqilliyin bərpasından Suverenliyin tam təmin olunmasına gedən tarixi yol” mövzusunda Respublika elmi konfransı keçiriləcək.